Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə105/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   101   102   103   104   105   106   107   108   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Bilikli adam ın b ir günü n ad an  adam ın bütün ömrünə bəra­
bərdir.
Alim  olub  zillətdə  yaşam aq,  cahil  olub  işrətdə  yaşam a­
qdan yaxşıdır.
N adanlıq  elə  bir  dəvədir  ki,  ona  minən  şəxs  alçalar  və 
onunla yoldaş olan itib-batar.
Ərəb atalar sözü:
Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
448
V FƏSİL
Q əbahət  d ü n y ad a  deyil, 
o n a ald an an d ad ır,  gələn 
qalm az, g ed ən  gəlm əz
«(Ey  insanlar!)  Bilin  ki,  dünya  həyatı 
oyun-oyuncaq, 
bər-bəzək, 
bir-birinizin 
qarşısında  öyünmək  və  mal-dövləti,  oğul  -  
uşağı  çoxaltm aqdan  ibarətdir.  Bu  elə  bir 
yağışa  bənzəyir  ki,  onun  yetişdirdiyi  bitki 
(məhsul)  əkinçilərin  xoşuna  gələr.  Sonra  o 
quruyar və sən onun saralıb-solduğunu, daha 
sonra çör-çöpə döndüyünü görərsən...  Dünya 
həyatı  aldanışdan  (yalandan)  başqa  bir  şey 
deyildir»
Qurani-Kərim 
əl-Hədid surəsi,  ayə 20.
«... 
Yenə 
bilməyəcəyiniz 
şeyləri 
yığmayın,  içərisində  yaşamayacağınız  evlər 
tikməyin, 
sabah 
tərk  edib 
gedəcəyiniz 
şeylərdən  ötrü  başqaları  ilə  çəkinməyin, 
hüzuruna 
qovuşub 
hüzurunda
toplanacağınız Allahdan qorxun, gedəcəyiniz 
və  orada  əbədi  qalacağınız  yer  üçün  hazırlıq 
görün».
Məhəmməd peyğəmbər  (s.)


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
H a n s ı y e rd ə  x ə z in ə  v a r, 
k e ş iy in i ila n  ç ə k ə r
Mal çoxluğu acı əzab verir insan həyatına, 
Əvvəlinin dadı şəkər, axırının dadı zəhər.
İmadəddin Nəsimi
İnsanda qəflət doğuran əsas səbəblərdən biri var-dövlət hə­
risliyidir.  Q urani-K ərim in əl-M unafıqun surəsinin 9-cu ayəsin­
də buyurulur:  « ...  N ə mal-dövlət, nə də oğul-uşağınız sizi Alla­
hın  zikrindən  yayındırmasın!  Hər  kəs  bunu  etsə,  belələri  əsl 
ziyana uğrayanlardır.» «Bilin ki, mal-dövlətiniz və övladınız si­
zin üçün  (Allah  qarşısında)  ancaq  bir  imtahandır...»  (əl-Ənfal 
surəsi,  ayə  28)  «Ehtiyatlı  olun  ki,  dünya  həyatı  sizi  aldatm a­
sın. . . » (Loğm an surəsi, ayə 33)
Həzrət Əli (ə) buyurmuşdur:  «Dünya ona ibrət gözü ilə ba­
xanları  bəsirət  sahibi,  onun  zinətlərinə  aldananları  isə  kor  et­
di.»  Lakin  H əzrət  Əli  (ə.)  onu  da  buyurmuşdur  ki,  zənginlik 
qürbəti vətən, kasıblıq da vətəni qürbət edər. Doğurdan da, si­
nifli  cəmiyyət  yarandıqdan  sonra  kasıblıq,  yoxsulluq, 
məhrumiyyət  həmişə  olmuşdur.  Kasıbın  həyatı  iztirablar,  sı­
xıntılar, əsarətlər içində keçmiş və keçir.
Vaxtilə dahi  Füzuli «salam  verdim  rüşvət  deyildir  deyə  al­
madılar» -deyə zəmanədən şikayətlənmişdi.
Nuri-çeşmammmısan, ey pul, ya cammmısan?
İsmətim, namusum , irsim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şöhrətim, şanımmısan?
Müsafim, M əkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imammmısan?
Kim  deyə  bilər  ki,  dahi  Sabirin  bu  ildırım sürətli  misralar 
müasir dövr üçün əhəmiyyətini itirmişdir?! Əsla yox!
450
İntellektual ekologiya
Kasıblıq  elə  bir  bəladır ki,  insan azadlığım,  zövqünü  itirir, 
onda həyata nifrət yaramr.
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti-malı gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun,
Alçaq, ufacıq daxmanı samanmı samrsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Allah  sənə  rəhmət  eləsin,  unudulmaz  ustad!  Hələ  bir  əsr 
əvvəl Sabirimiz demişdir ki, kasıblıq dünyada üz qaralığıdır.
Bir  arifin  dediyi  kimi,  qürbət  kasıblara  ikiqat  zindandır, 
faciə onda baş verər ki, öz vətənində həm kasıb,  həm də qərib 
olasan.
Gecə  vaxtı  insan  sıxıntı içində gedəcəyi yolu  görmədiyi  ki­
mi,  hər  şeydən  məhrum  olan,  vətənində  özünü  qərib  hiss  edən 
kasıb  şübhə  içində gedəcəyi  yolu görməyən  «axmağa»  bənzəy­
ir.
Yemək,  geymək  və  mənzil  ən  zəruri  şeylər dir.  Əgər  bütün 
dünyanı  bir adam a bağışlasalar, bundan yalnız öz ehtiyaclarım 
ödəyəcək qədər sərf edə bilər, yerdə qalan nemətlərin və sərvət­
lərin  hamısı  ürəyə  təsəlli,  gözə  sevinc  vermək  üçün  yarayar  və 
başqaları tərəfindən istifadə edilər.
«Qabusnamə»də deyilir  ki,  amandır,  miras  xatirinə ana  və 
atanın ölümünü arzulama. A ta-anan ölməsə də,  sənin ruzin ye­
tişəcəkdir,  çünki  hər kəsin qisməti özünə  çatacaqdır.  Artıq ruzi 
əldə  etmək  üçün  özünü  çox  da  ora-bura  vurma,  ora-bura  so­
451


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
xulmaqla  ruzi  artm az,  ona  görə  deyiblər:  «Zəhmət  çəkməklə 
yaşa, özünə əziyyət verməklə yaşam a.»
Həyatın  o  qədər  də  rəvan  keçmədiyini  başa  düşən  qədim  
yunan materialist filosofu Epikür (e.ə.  341-270) gələcək nəsillə­
rə  çox  müdrik  bir  kəlam   qoyub  getmişdir:  «Nəyə  qadirsənsə, 
nəyin varsa,  onunla  kifayətlən.»  (Q oşqar  Əliyev,  Təbabət  fəl­
səfəsi, Bakı, 2000, s.  139)
Qədim yunan materialist filosofu, atomistikanın banilərin­
dən biri D em okrit (e.ə.  460-370)  də buna  bənzər maraqlı fikir 
söyləmişdir:  «Ağıllı  o  kəsdir  ki,  malik  olmadığı  şey  üçün  fikir 
çəkmir,  nəyi  varsa,  o n a  sevinir.»  (yenə orada,  s.  139).  O nu  da 
qeyd  edək  ki,  D em okrit  quldarlıq  demokratiyasının  ideoloqu 
olmuş,  bəşər  tarixinin  hərəkətverici  qüvvəsini ehtiyac,  yəni  in­
sanların m addi  tələbatı  ilə  əlaqələndirmişdir.  Demokritə  görə, 
siyasət  quldarlıq  dem okratiyası  şəraitində  azad  vətəndaşların 
ümumi  mənafeyinə  xidmət  etməlidir.  Quldarların  mənafeyinə 
uyğun  əmək  bölgüsünü  D em okrit  ictimai  həyatın  vacib  şərti 
hesab edirdi. (ASE 3-cü c., s.  374-375)
Qəribədir, ibtidai icma quruluşu dağıldıqdan sonra, hakim 
təbəqənin yaranm ası ilə  siyasət onlara -  quldarların  mənafeyi­
nə xidmət etməyə başladı.  M üasir dövrdə də  bu siyasət  davam 
edir.  İstismarçının  və  istismar  olunanın  adı  dəyişib,  lakin 
ünvan eynidir.  Cəmiyyətin  ictimai formasiyaları dəyişdikcə  bu 
ədalətsizlik  bu  və ya  digər  form ada  davam  etmiş və  etməkdə­
dir.  Form a  başqa,  məzm un  eynidir,  intellektual  ekologiya  ta ­
razlığının pozulma prosesi davam  edir.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Q uruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyamn xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı dünya fırlanır.
Bəxtiyar  Vahabzadə
.
«Pul əl çirkidir»  -  demək də düzgün deyil. Pul tədavül va­
sitəsidir.  İnsam n əməyi pulla qiymətləndirilir, çox vaxt obyek­
452
İntellektual ekologiya
tiv  olmasa  da.  Pulun,  sərvətin çox  olması  dövlətin qüvvəsi  de­
məkdir.  Hər zənginlik işıq və qüvvətdir.  H ər  rahatlıq və zəfərə 
zənginliklə  nail  olmaq  mümkündür.  Qurani-Kərimin  əz-Zuha 
surəsinin  8-11-ci  ayəsində  M əhəmməd  əleyhissalama  xitabən 
buyurulur:  «Səni  yoxsul  ikən  tapıb  dövlətli  etmədimmi?!  Elə 
isə yetimə zülm etmə!  Dilənçini də (qapıdan) qovma!  Və (həmi­
şə) Rəbbinin sənə olan nemətindən söhbət aç!»
İnsan  A llah  yolunda  sevdiyi  şeylərdən  sədəqə  verməklə 
dünya  m alına  məhəbbətdən  yaxa  qurtarm alıdır.  Qurani-Kəri­
min Ali İm ran  surəsinin  92-ci ayəsində buyurulur:  «Sevdiyiniz 
şeylərdən  (haqq  yolunda)  sərf  etməyincə  savaba  çatmazsı­
nız...»
Deməli,  böyük  insanlar  böyük  işləri  bütün  qüvvəti  özündə 
toplayan var-dövlətlə həyata keçirmişlər.  Həzrət Ə bu Bəkr (ə.) 
kimi  varlı  müsəlmanlar  var-dövlətlərini Allah  yolunda  sərf et­
məklə İslamın güclənməsinə və inkişafına səbəb olmuşlar.
M əhəmm əd  peyğəmbərin  (s.)  doğru  adam ın  malını  mədh 
edərək:  «D oğru  kimsənin malı d a doğrudur» -  buyurması çox 
ibrətamizdir.
Arzu  edirik  ki,  müasir  «xırda padşahlar»m   tükənməz var- 
dövlətləri  xalqın  rifahına,  elmə,  torpaqlarımızın  azad  olunma­
sına, sağlamlığa, əmin-amanlığa sərf olunsun.  Unutmayın:
Bu dünya qalmamış ulu şahlara,
Zülm də, zalım da var ola bilməz.
Səməd Vurğun.
Əziz  oxucu,  indi  də  Qurani-Kərimin  ayələrinə,  müqəddəs 
şəxslərin  və müdrik insanların kəlamlarına müraciət edək.  Əv­
vəlki iki ayəni bilərəkdən bir də təkrar etmək qərarına gəldik.
453


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə