Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə102/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Əziz  oxucu,  bizim  qənaətimiz  belədir  ki,  zor,  zülm,  nəfs, 
həsəd  insan  övladı  ilə  birgə  əmələ  gəlib.  Lakin həmişə,  hər  bir 
dövrdə, istər sadə, istismar olunan insanlar və onlara rəhbərlik 
edən xalq qəhrəm anları, istərsə də mütəfəkkirlər, alimlər zülmə 
qarşı çıxmış və çıxış yolları axtarmışlar.  Məhz belə dahilərdən 
biri N izam i Gəncəvi olmuşdur.
Əvvəlki  bölmələrdən  birində  qeyd  etdiyimiz  kimi,  bütün 
öm rü  boyu  inam   bəslədiyi  «ədalətli  şah»,  «ideal  hökm dar» 
ideyasını  təbliğ  edən  dahi  sənətkar,  tədricən  «ədalətli»  hök­
m darın  d a  bəşər  cəmiyyətinə  insanlarm  həmişə  arzulamış  ol­
duğu səadət gətirə biləcək fikrindən əl çəkməyə başlayır,  yara­
dıcılığının  zirvəsi  sayılan  «İsgəndərnamə»nin  ikinci  hissəsi  -  
«İqbalnam ə»də  İsgəndəri  azad  cəmiyyət  münasibətləri  hökm 
sürən səadət ölkəsinə gətirir və bununla d a  təsdiq edir ki, bəşər 
cəmiyyətinin səadətli gələcəyi ədalətli  şah konsepsiyası ilə dey­
il,  ancaq  m addi və  mənəvi  azadlıq ideyaları  ilə  bağlıdır.  D ahi 
N izam inin bu fikri m üasir dövrdə reallıqdır,  insanlarm mənəvi 
azadlıqları  cilovlanan,  mənəviyyatsız  rəhbərlərin  başçılıq  et­
dikləri  bir  cəmiyyətdə yalnız yalan,  onun  nəticəsi  olan zorakı­
lıq  və zülm inkişaf edə  bilər.  Biz yaxm,  müasir tarixə  bir  səya­
hət  edək.  XX  əsrin  əvvəllərində  həqiqət  olan  bir  möcüzə  baş 
verdi:  «proletar  diktaturası» yaradıldı,  sonra «sosializm»,  «in- 
kişafh  sosializm»,  «kommunizmin  ilk  mərhələsi»  yaradıldı. 
Sov.İK P M ərkəzi Komitəsinin Baş katibi N.Xruşşov vəd  etdi: 
«Xalqımızın  indiki  nəsli  kommunizmdə  yaşayacaqdır»,  sonra 
on u   əvəz  edən  L.Brejnev  isə  dedi:  «Kommunizm  üfüqdə 
görünür».  İnkişaf etmiş sosializm kommunizmin ilk mərhələsi­
dir,  fikri siyasi avantüra idi. Yalan vədlər, yalan ifadələr...  La­
kin 70 ildən sonra bütün bu vədlər «sosializm» ilə birlikdə  tari­
xə q a ra  hərflərlə yazılmış bir cəfəng nağıla çevrildi...Səbəbi nə 
idi?  K om m unizm   ideologiyasına  görə:  «Hər  kəs  qabiliyyətinə 
görə işləyəcək və tələbatına görə alacaq» («Bolşaya Sovetskaya 
Ensiklopediya»,  M oskva,  24-cü c.,1953, s. 176).  Beləliklə,  kom ­
m unizm  ideoloqları  bu dünyada  hamıya cənnəti vəd  edirdilər. 
Y enə  yalan  və  onu  idarə  edən  zorakılıq.  Təkcə  bunu  xatırla­
434
İntellektual ekologiya
m aq  kifayətdir  ki,  Stalin  öləndən  sonra,  sovetlərin  süqutuna 
qədər dünyanın altıda birini idarə edən bir nəfər ağıllı adam  ta­
pılmadı: Xruşşov, zorla danışan, Bakıda olarkən Odesseya gəl­
diyini  güman  edən  Brejnev,  xəstə  A ndropov,  yenə  xəstə  Çer- 
nenko,  avantürist,  ekstremist,  qatil  Q orbaçov...  və  Sovet  So­
sialist Respublikaları İttifaqının gülünc sonu.
Gəlin  bir  neçə  fakta  nəzər  salaq.  Leninin  «insani»  mənə­
viyyatı və artıq Sovet hökumətinin başçısı vəzifəsində necə «iş­
lədiyi»  barədə  A natoli  Latışevin  «Leninin  yırtıcılaşma  məktə­
bi»  məqaləsindən:  «Budur  hökum ət  başçısının  (Leninin) 
R SFSR   inqilabi  hərbi  sovetinin  sədr  müavini  Sklyanskiyə 
1920-ci  ilin  avqustunda  göndərdiyi  sənədin  mətni:  «Əla  plan­
dır.  O nu  Dzerjinski  ilə  birgə  qurtarın.  «Yaşıllar»  adı  altında 
(biz sonra elə onların da üstünə yıxarıq)  10-20 verst gedərik və 
qolçomaqları,  keşişləri,  mülkədarları  asarıq,  mükafat  hər  bir 
asılana görə  100000 (yüz min) rubl».  İkinci sənəd:  «Hərbi ölçü­
lər  götürməli,  yəni  Latviyam  və  Estoniyam  hərbi  qaydada  bir 
verst keçməli  və orada olanların  100-1000  m əm urunu  və  varlı­
sını asmalı.» («Moskovskiye novosti» jurnalı, №  21,  1996)
Məlumdur  ki,  proletar  diktaturası  (!)  dövründə  istər 
Rusiyada,  istərsə də ruslar  tərəfindən  işğal  olumuş  respublika­
larda  milyonlarla  günahsız  insan  -   alim,  ziyalı,  din  xadimi 
«proletar diktaturası»nm təşkil edtdiyi «üçlük» tərəfindən  istin- 
taqsız, mühakiməsiz amansızcasına qətlə yetirildi.  Proletar dik­
taturası  tam  bərqərar  olduqdan  sonra  repressiyalar  başladı. 
Bu  amansızlıq  İkinci  dünya müharibəsi  dövründə  bir  qədər  sə­
ngidi.  Qalib  sovet  dövləti  zülmün  başqa  növlərinə  başladı. 
Krım   türkləri,  Məhsəti  türkləri,  çeçenlərin  çoxu,  Qərbi  azər­
baycanlılar  öz  dədə-baba  yurdlarından  deportasiya  edildilər. 
Onların  əksəriyyəti  yeni  şəraitə  uyğunlaşmayıb  kütləvi  surətdə 
qırıldı.  Sovet  quruluşu  süqut  etdikdən  sonra  d a  çeçenlərin 
«böyük  qardaşımız»  ruslar  tərəfindən  öz torpaqlarında  kütləvi 
məhv  edilməsi.  Bosniya  müsəlmanlarının  serblər  tərəfindən 
kütləvi  qırğım  başladı.  Təkcə  bir  faktı  nəzərinizə  çatdırmaq  is­
tərdik:  «Serblər  11  iyulda  Srebrenitsam  tutandan  sonra  13000
435


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
adam  itkin düşmüş, 30000-dən çox, əsasən, qadınlar və uşaqlar 
isə  Tuzlaya  qaçm ağa  m əcbur  olmuşlar»  («Günay»  qəzeti,  27 
iyul,  1995).  Q azaxıstan,  Gürcüstan  və Azərbaycanda -  Bakıda 
dinc əhalinin ruslar tərəfindən  kütləvi qətlə yetirilməsi,  1990-cı 
il  19-20 yanvar qanlı faciəsi.  İraq  əhalisinin indi də Qərbin su­
per  dövlətləri  tərəfindən  qırılması,  Misirdə,  Tunisdə,  Livanda, 
Suriyada,  Yəm əndə və  b.  müsəlman  ölkələrində kütləvi qırğın­
lar, dövlət çevrilişləri -  bütün bu saydığımız və yada salmadığı­
mız hadisələr son dövrlərin vəhşilikləri, cinayətləri, zorakılıq və 
zülmün müasir, «sivil» növləri deyilmi?!
Əziz  oxucu!  Saleh  bəyin  «Dünyanın  taleyi»  (Bakı,  1998) 
kitabından  bir  hissəni  sizin  nəzərinizə  çatdırmaq  istərdik: 
«Böyük P yotrdan, Böyük Yekaterinadan və hətta onlardan əv­
vəlki  qorxunc  İvandan  bu  yana  yüz  illər  ərzində  Rusiyanın 
ənənəvi  məqsədi  və  əsas  işi  hərbi  gücün  durm adan  artırılması 
və  qonşu ölkələri istila etməklə ölkə ərazisinin daima  genişlən­
dirilməsi, yəni militarizm və qəsbkarlıq olub. Tatarlara (və dig­
ər  yerli  etnoslara)  m ənsub  olan  Sibirin  («Sibyer»  -   o  diyar 
türklərin  dilində  «Böyük  torpaq»  deməkdir)  Yermak  tərəfin­
dən  istila  edilməsini  təsvir  edən  şəkillər  bəzi  Sibir  şəhərlərində 
hələ də nümayiş etdirilir!
Rusiya çarlarının əsas yürüş istiqaməti türk torpaqları, qır­
dıqları,  qovduqları,  tabe  etdikləri xalqlar,  əsasən,  türk  xalqları 
olmuşdur.  Yakutiyadan  Sibirə,  Altaya,  Başqırdıstana,  T a­
tarıstana,  orad an  O rta Asiyaya, oradan Qafqaza,  Zaqafqaziy­
aya  -   bu   ucsuz-bucaqsız  torpaqların,  demək  olar  ki,  hamısı 
türk  xalqlarına mənsub  olmuşdur.  Hətta  «xalqlar  dostluğu  və 
qardaşlığı»nı  bəyan  eləyən  keçmiş  Sovetlər  ittifaqında  belə 
türklərə, m üsəlm anlara qarşı, yumşaq desək,  ayrı-seçkilik siya­
səti  işləyirdi.  Bircə  fakt  göstərirəm:  SSRİ-də  elə  bir  müttəfiq 
xristian respublikası yox idi ki, orada avtomobil zavodu olma­
sın və pam bıq əkilsin (dörd belə respublikada pambıq üçün şə­
rait, məsələn, Qırğızıstandakmdan pis deyildi) və əksinə, elə bir 
müsəlman  m üttəfiq  respublikası  yox  idi  ki,  orada  avtomobil 
zavodu olsun və pam bıq əkilməsin!..
436
İntellektual ekologiya
Bunları  deməkdə  mənim  məqsədim  müsəlman,  türk  tor­
paqları  «problemini»  qaldırmaq  deyil.  M ən  başqa  sual  veri­
rəm:  bütün  bu istilalar  nəticəsində  əldə  edilmiş  ucsuz-bucaqsız 
ərazilərin  rus  xalqı  (məhz xalqı!)  -  rus  fəhləsi,  kəndlisi ziyalısı 
üçün  xeyri  çox  olub,  yoxsa ziyam?  Dünyanın  altıda  birini  tut­
m aq nə üçün idi? Yarımaçlar diyarına çevirmək üçünmü? «Ana 
Rusiya  böyükdür,  həyat  üçün  darısqaldır»  («Lit.qazeta»,  14 
fevral,  1996).  Rusiyanın bütün  tarixinə aid  olan  bu klassik ifa­
də  kommunistlərin  dövründə tam  reallığa  çevrilmişdi.  Xalqın, 
məhz  xalqın  (!)  həyatı  və  inkişafı  üçün  bu  geniş  ölkədə  sanki 
yer  çatışmırdı,  dünya  bir  məngənə  kimi  sıxıntılı  idi,  ona  görə 
ki, insan üçün ən vacib amil -  azadlıq, yox idi.»
Əziz  oxucu!  Rus  imperiyasının,  daha  doğrusu,  bu  xalqa 
tarix  boyu  rəhbərlik  edənlərin,  yırtıcı,  qəsbkar,  zülmkar  xüsu­
siyyətlərini  nəzərə  alaraq  belə  demək  mümkündürmü:  «Rus, 
zülmkarlıq  və  zorakılıq»  xəstəliyi.  X X   əsrdə  Rusiya  vətəndaş­
larının  heç  bir  nəslinə  müharibəsiz  yaşamaq  müyəssər  olma­
mışdır.» («Lit.qazeta»,  1  may,  1996)
Hər  bir millətin müəyyən qədər özünə xas  olan xüsusiyyət­
ləri var. «Erməni xəstəliyi» buna misal ola bilər.
Yenə  də  mənfur  ermənidən,  erməni-rus  birliyindən  danış­
m am aq  mümkün  deyil.  Bu  birlik  1920-ci ildən sonra Rusiya -  
Erm ənistan bloku adlandırılsa, daha doğru səslənər.
Eynşteynə  görə,  işıq  sürətindən  böyük  sürət  yoxdur.  Var! 
İnsan intellektinin sürəti.  Gəlin bu amilin qanadlarında erməni 
tarixinin keçmişinə və müasir dövrünə qısaca səyahət edək:
Erməni əsilli  Cəhl İbn Sumbatm xəyanəti nəticəsində ərəb­
lər Babəki ələ keçirirlər. 4 oktyabr 837-ci ildə Babək və qardaşı 
Abdulla  Samirə  şəhərinə  aparılır,  xəlifə  Mütəsim  Babəki  işg­
əncə ilə edam etdirir.
Əm ir Teymur: «Erməniləri bir millət kimi Yer üzündən sil­
mədiyim üçün  gələcək  xalqlar ya  məni  alqışlayacaq,  ya  da  ki, 
lənətləyəcəklər.»
Jurnalist  Oktay  Eldəgəz  rəzil  bir  qanunauyğunluğu 
müəyyən edib («Təzadlar» qəzeti,  28 fevral,  1997):
437


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə