Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə98/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   94   95   96   97   98   99   100   101   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
(D alda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halma!
əl-Huməzə surəsi,
 ayə 1.
...Fitnə (müşriklərin hiyləsi) qətldən daha şiddətlidir.
əl-Bəqərə surəsi, ayə 191.
...Əgər  A llahın  lütfü  (mərhəməti)  üzərinizdə  olmasaydı, 
şübhəsiz ki,  az b ir qisminiz müstəsna olmaqla, Şeytana uyardı­
nız.
ən-Nisa surəsi, ayə 83.
H ər kəs bir xəta və y a günah edib onu günahsız bir adamın 
b o y n u n a atarsa,  şübhəsiz ki,  öz boynuna böhtan və açıq-aşkar 
günah görmüş olar (günah üstündən günah qazanar).
ən-Nisa surəsi, ayə 112.
Q orxun  o  gündən  ki,  (Allahın  izni  və  köməyi  olmayınca) 
heç kəs, heç kəsin k arın a gələ bilməsin, heç kəsdən şəfaət bu və 
ya  digər  şəxsin  günahlarının  bağışlanması  barədə  xahiş,  iltimas) 
qəbul  olunm asın,  heç  kəsdən  (günahlaram  təmizlənib  əzabdan 
xilas  olması  üçün)  fıdyə  (əvəz)  alınmasın  və  onlara  (günahkar­
lara) heç bir köm ək göstərilə bilməsin.
əl-Bəqərə surəsi, ayə 48.
A llah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. 
(Allah)  onları  öz  azğınlıqları  içində  şaşqın  bir  vəziyyətdə  qoy­
ar!
əl-Əraf surəsi, ayə 186.
A llah  yaranda  (yer  üzündə)  gəzən  (yürüyən)  canlıların  ən 
pisi küfr edənlərdir. O nlar artıq im an gətirməzlər.
əl-Ənfal surəsi, ayə 55.
414
İntellektual ekologiya
Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət 
ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!
Yunus surəsi,  ayə 36.
...Köpük  heç  bir  şey  olmadığı  üçün  uçub  gedər.  İnsanlara 
fayda verən bir şey isə yer üzündə qalar...
ər-Rəd surəsi, ayə 17.
Pis  söz  yerdən  qopardılmış,  kökü  olmayan  pis  bir  ağaca 
bənzəyir.
ibrahim surəsi, ayə 26.
(Allah  buyurdu:  ...Sən  qiyamət  gününə  qədər  lənətlənmiş­
sən!
əl-Hicr surəsi,  ayə 35.
Ey insanlar!  Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və­
di  haqdır.  Dünya  həyatı  sizi  aldatmasın.  O  tovlayan  (Şeytan) 
da sizi tovlayıb yoldan çıxartmasın!
Fat ir surəsi,  ayə 5.
Ey  iman gətirənlər!  Əgər  bu fasiq sizə (pis) bir xəbər gətir­
sə,  dərhal  (onun  doğruluğunu)  yoxlayın,  yoxsa  bilmədən  bir 
qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!
əl-Hucurat surəsi, ayə 6.
...Hər kəs öz əməlinin girovudur!
ət-Tur surəsi,  ayə 21.
Onlar  (yalan)  andlarını  özlərinə  sipər  edib  (xalqı)  Allahın 
yolundan  döndərirlər.  Həqiqətən,  onların  törətdikləri  əməllər 
necə də pisdir.
əl-Munafiqun surəsi, ayə 2.
415


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
M əhəm m əd peyğəmbər  (s.) buyurmuşdur:
M illətim in içində xəyanət  olmasa,  düşmən qarşımızda tab 
gətirə bilməz.
* * *
R iyakar  ad am   iki  sürü  arasında  dolaşan  qoyuna  bənzər,
gah birinə, gah  da o birisinə qoşular.
***
Qeybətə qulaq asan  şəxs, qeybəti edən iki nəfərdən biridir.
***
R iyakar  təklikdə  süst  və  halsız,  xalqın  gözü qarşısında isə 
fəal və  çahşqandır.  O n u n   bütün  işləri  başqalarının  tərifinə  hə­
ris,  bütün  əməlləri  insanlar  arasında  özünü  gözəl  və  xeyirxah 
cilvələndirmək üçündür.
***
İnsanların  ən  fənası  birinə  bir  üz,  başqasına  başqa üz  gö­
stərən ikiüzlü adam dır.
***
Ey dildə im an gətirib,  qəlbi ilə iman gətirməyənlər!  Müsəl­
m anların  qeybətini  edib  gizli  eyiblərini  aramayın.  Çünki  hər 
kim   öz  din  qardaşım n  gizli  eyiblərim  arayarsa,  Allah-Təala
onun gizli sirlərini faş edib on u  öz ailəsində rüsvay edər.
***
Bir kəsin y anında din qardaşım n qeybəti edilərsə və o, im­
k an   daxilində  onu n   köməyinə  yetişərsə  (onu  himayə  edərsə),
A llah-Təala dünya və axirətdə onun köməyinə yetişər.
***
Bir  kəs  məclisdə  din qardaşının  qeybətini eşidib onu inkar 
etsə və müdafiəsinə qalxsa, dünya və axirət bəlaları ondan uza­
qlaşar.
***
Qəsdən  və  açıq-aşkar  günah  edənin  qeybəti  haram  deyil­
dir.
* * *
416
İntellektual ekologiya
Qeybət  insanın  dinini  puç  etməklə,  onun  bədənində  olan
xora xəstəliyindən daha güclüdür.
***
Qeybəti  tərk  etmək  Allahın  yanında  on  min  rükət  müstə- 
hob nam azdan daha əzizdir.
***
Çobanın  ağacı  silkələyib  yarpaqları  tökdüyü  kimi,  qeybət
də insamn imanını qolsuz-budaqsız edər.
***
Qeybətdən  çəkinin,  qeybət  zinadan  daha  pisdir,  çünki  zi­
nakarın  tövbə  edib  günalunm  bağışlanması  mümkündür,  qey­
bət  sahibindən  hallallıq  alınmamış  günahın  bağışlanması  isə 
qeyri-mümkündür.
***
Qeybətin  müsəlmanın  dininə  qoyduğu  təsir,  bədənindəki 
yaranın  təsirindən  (yaranın  daha  dərinə  işləməsindən)  daha 
güclüdür.
İmam Əli (ə.) buyurmuşdur:
İkiüzlü  münafiq  sifətli  şəxslərdən uzaqlaşın.  Onların  yalan 
danışığı, cilvəli, hiyləli əməlləri sizləri aldatmasın.  O nu bilin ki, 
onlar insanları düz, haqq olan yoldan uzaqlaşdıran, özləri xəta 
edən, başqalarını da xəta etməyə məcbur edənlərdəndirlər.
Qeybətə qulaq asan kimsə, qeybəti edənlərdən betərdir.
***
Ə n  pis  adam   odur  ki,  başqalarının eybini  axtarsın,  amma 
öz eybini görməsin.
Əbu Bəkr  (ə.) buyurmuşdur:
Q onşunun  qeybətini  eləmə.  Gördüyün  insanların  hamısı 
çəkilib gedər, sənə qonşular qalar.
417


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə