Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə97/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   93   94   95   96   97   98   99   100   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
X u d p ə s ə n d lik  v a rlığ ın   y o x sııllu ğ u d u r
X udpəsəndlik  insanı  cəmiyyətə  və  adamlara  münasibəti 
baxım ından  xarakterizə  edən  həyat  prinsipi  və  əxlaqi  key­
fiyyətdir.  D ah i  Nizami  Gəncəvi  isə  «Mən»  məfhumuna  belə 
m ünasibət bildirmişdir:
Çıxarkən bir sənlik, mənlik ortaya,
A h, necə doymasın cana bu dünya?!
Y əni dünyanın işləri  ona görə  düzəlmir,  insanlar ona  görə 
cana gəlmişlər ki, mən  və sən bir zam anda yaşayırıq, heç  biri­
miz bir-birimizi bəyənmirik, xudbinlikdən əl çəkmirik. Deməli, 
xudpəsəndlik insam n öz davranışında yalnız xüsusi mənafeyini 
rəhbər tutm asında, cəmiyyətin və  başqalarının mənafeyi ilə he- 
sablaşm am asında  ifadəsini  tapır,  fərdiyyəçiliyin  təzahür  for­
ması kim i özünü göstərir.  O nu da qeyd etmək lazımdır ki, xud­
pəsəndlik  ibtidai-icm a  münasibətlərinin  dağılması  və  xüsusi 
mülkiyyətin yaranm ası ilə meydana  gəlmişdir.  Xudpəsəndlik  -  
eqoizm  konkret-tarixi  anlayış  olub,  cəmiyyətin  inkişafının 
m üxtəlif mərhələlərində xüsusi məna  kəsb  etmiş və amoral  xa­
rakter daşımışdır. Bu proses müasir dövrdə də davam etməkdə­
dir.
Tarixə nəzər salaq:  xristianların müsəlmanlara qarşı üç sə­
lib  yürüşü (bu barədə  əvvəllər məlumat  verilib),  Qərbin  inkişaf 
etmiş  dövlətlərinin  Ə fqanıstanda,  İraqda  müsəlmanlara  qarşı 
separatist,  nasist,  faşist,  təbliğat və işğalları, minillik tarixi abi­
dələrin,  elmi  əsərlərin  məhv  edilməsi,  rusların  sovetlər 
dövründə  başqa  azlıqlara  qarşı  «böyük  qardaş»  siyasəti,  mən­
fur ermənilərin  «Böyük Ermənistan» siyasəti və  sərsəm arzula­
rı. ..  saym aqla  q u rtaran   deyil,  bütün  bunlar  «milli xudpəsənd­
lik -  eqoistlik» əlamətlər deyilmi?!  Yalmz Qurani-Kərim bütün 
zorakılıqları, xudpəsəndliyi,  qəddarlığı və s. lənətləyir, insanlar 
arasında  mehribançılıq,  şəfqət, mərhəmət təbliğ edir,  hətta ba­
laca qarışqanı belə öldürməyi, təbiətə zülm etməyi lənətləyir.
410
İntellektual ekologiya
Bir daha  Qurani-Kərim in Loğm an  surəsinin  18-19-cu  ayə­
lərinə müraciət  edək:  «A dam lardan  təkəbbürlə üz  çevirmə,  yer 
üzündə  lovğa-lovğa  gəzib  dolanm a.  Həqiqətən,  Allah  heç  bir 
özündən razını, lovğalanıb fəxr edəni sevməz!».
İslamiyyət eqoizmi və irqçiliyi qəbul etməmiş, bu məqsədlə 
də öldürməyi,  zülm etməyi,  başqasının malına,  ailəsinə, inancı­
na və şəxsi həyatına qarışmağı qadağan etmişdir.  Müsəlmanla­
rın başqalarının inancına hörmət etməsi  tövsiyə edilmiş,  inanc 
mövzusunda məcburiyyətə yol verməməsi istənilmişdir.
Həzrət Əli (ə.) buyurmuşdur:  «H ər bir kimsə özündən razı 
olsa,  onun  düşməni  çox  olar.  Çünki  təkəbbürlü  həmişə başqa­
ların nəzərində zəlil olar».
Əfzələddin Xaqani:
Xudpəsənd olmasan xalq səni sevər,
Təvazökar olan daim  yüksələr.
Sədi Şirazi:
Yarasa sevmirsə nurlu günəşi,
Günəşin əskilməz bundan atəşi.
Abbasqulu ağa Bakıxanov:
Dəniz  özü  üçün  dalğalanır,  çöpə  elə  gəlir  ki,  dəniz  onun 
üçün dalğalanır.
411


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
R iy a k a rlıq ,  h iy lə g ə rlik , ik iü z lü lü k , 
y a lta q lıq , x ə y a n ə t,  q e y b ə t, fitn ə k a r­
lıq , b ə d n a m lıq ,  lə y a q ə ts iz lik  ş e y ta n i 
x is lə tlə r d ir
M əhəm m əd R iza M əhdəvi  Kaniyə görə riyakarlara aşağı­
dakı xüsusiyyətləri aid etm ək olar:
1. M ünafiq və ikiüzlüdürlər.
2. X alqın gözü qarşısında həvəslə, böyük ruhiyyə ilə ibadət 
edirlər.
3. Təklikdə düşkün və halsızdırlar.
4. Bütün işlərdə ham ının onları tərifləməsini sevirlər.
5.  Onları tərifləyəndə əməllərini artırırlar.
6. Təriflənm əyəndə əməllərini azaldırlar.
7. Hiyləgər və kələkbazdırlar.
8. Etdikləri yaxşı əməlləri başqalarının üzünə vurarlar.
9.  İnsanların boynuna minnət qoyurlar.
10. İnsanların əlinə göz dikib, Allaha təvəkkül etmirlər.
11. Allahı qəlbdən yox, dildə zikr edirlər.
12. X udpərəst və lovğadırlar.
13.  Q arm qulu və rahatlıq sevəndirlər.
Hiyləgərlik  hər yaradılm ışın fitrətində müəyyən qədər var­
dır.  Bəla  b u   fitrətin  m ütləq  hala  keçməsindədir.  Açıq-aşkar 
düşmən  hiyləgər  do std an   daha  fərzdir.  Əfsuslar  olsun  ki,  bu 
şeytani  xislət  m üasir  dövrdə  istər  bəzi  ailələrdə,  cəmiyyətdə, 
hətta  dövlətlər arasında d ah a çox nəzərə çarpır.  İkiüzlülük hiy­
ləgərliyin iyrənc nəticəsidir.  İnsanları bir-birindən uzaqlaşdıran, 
onların  arasında  soyuqluq  yaradan  şeytani  xislətlərdən  hiyləgər­
lik,  ikiüzlülük,  yaltaqlıq,  fitnəkarlıq  və  bütün  bunlann  nəticəsi 
olan ləyaqətsizlikdir.  H ər bir başçının, dövlət məmurlarının  ən 
gözəl əxlaqa sahib şəxslərdən seçilməsi vacib məsələdir.  Layiqli 
rəhbər ətrafına elə insanları yığmalıdır ki, yuxarıda qeyd etdiy­
imiz  xislətlərdən  uzaq  olsunlar.  Belə  cəmiyyətdə  müsbət  intel-
412
İntellektual ekologiya
lcktual  sfera  yaranar,  doğru  kimi  görünüb,  hiylə  işlədənlər  öz 
mənfur hərəkətlərindən uzaqlaşdırılar.
Həzrət Əli (ə.)  buyurur:  «Şər insanlara arxa duran və şərik 
olanlar, sənin ən zərərli müşavirlərindir».
R iyakar, ikiüzlü, yaltaq, fitnəkar,  ləyaqətsiz bir insanı özü­
nə  yaxın  və  ya  şərik  edən  rəhbər  və  m əmur  məmləkətə  ən 
böyük xəyanət edir.  Bunlar qədər insanları məhv edən mikrob 
yoxdur. O nlar cəmiyyətin vəba m ikroblarıdırlar.
Başçı  m ədh  edənlərin  alqışlarından  qürurlanmamalı,  belə 
hala 
nifrət 
etməlidir. 
Çünki 
mədh, 
alqış 
məmurun 
mənəviyyatını  öldürür.  Onu  insanlıqdan  çıxarır,  zalımlaşdırır. 
Yaxşı  adam  insanı  yaxşılığa,  pis  adam   pisliyə  aparır.  Ləyaqət­
siz adam lar  iş  başına  gələndə,  özlərinə  oxşayanları  ətraflarına 
toplayıb,  vicdanlı  insanların  talelərini  onlara tapşırırlar.  Hərc- 
mərclik,  ədalətsizlik,  narazılıq  və  s.  elə  buradan  başlayır. 
Qanun  və  ədalət  naminə  şərin  və  pisliyin  aradan  qaldırılması 
üçün  ləyaqətsiz  adam lar  hakimiyyətdən  uzaqlaqdırılmalıdır. 
İnsan öz ağlı, intellekti ilə şərə qalib gəlməlidir.
Əziz  oxucu,  məsələnin  mahiyyətini  açmaq  üçün  Qurani- 
Kərimə və dahilərin hikmətli kəlam larına müraciət edək.
Qurani-Kərimdə buyurulur:
(Ya  Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəl­
dikləri  zaman:  «Biz  sənin,  doğrudan  da,  Allahın  Peyğəmbəri 
olduğuna şəhadət veririk!» -  deyirlər.  Allah sənin Onun həqiqi 
Peyğəmbəri  olduğunu  bilir.  Allah  həm   də  münafiqlərin  xalis 
yalançı olduqlarına şəhadət verir.
əl-Munafiqun surəsi, ayə L
Ey iman  gətirənlər!  Əgər  bir  fasiq  sizə  (pis)  bir xəbər gətir­
sə,  dərhal  (onun  doğruluğunu)  yoxlayın,  yoxsa  bilmədən  bir 
qövmə pislik edər, sonra da etdiyinizə peşm an olarsınız!
əl-Hucurat surəsi, ayə. 6.
413


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə