Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə99/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   95   96   97   98   99   100   101   102   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Nizami Gəncəvi:
K içikdən ən böyük bir fitnə doğur,
H ər qurdun sümüyü ayağa oxdur.
Əfzələddin Xaqani:
Fitnə törətmə, ey fitnəkar cavan,
Fitnədir elləri dərd-şərə salan.
C ana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarimar.
Yaxşılığa yamanlıq istəyən bir adamın,
Yaxşı baxsa, özünün qarşısına çıxar şər. 
D ostlarına dünyada zəlillik istəyənin,
Özü zəlil bir halda dünyadan köçüb gedər.
Çalış alçaq adam lardan tikə alm a dünyada,
O nlar səni rüsvay edər, gedər hörmətin bada.
***
Bir piyada olub düz getmək xoşdur,
Bir vəzir olub əyri getməkdən.
Nuşirəvan Adil:
Özündən  aşağı  adam a  m öhtac  olmaq  böyük  müsibətdir,
suda boğulm aq, alçaq adam dan kömək ummaqdan yaxşıdır.
***
Sənə pis deyəni o n u  sənə xəbər gətirəndən tez bağışla.
Ləyaqətsiz adam ları diri hesab etmə.
Ə claf  adam ın  çörəyi  ilə  dolanmaqdansa  acından  ölmək 
yaxşıdır.
418
İntellektual ekologiya
İbn Sina:
H ər kəsi özünə dost bilmə, dostum,
Hər kəsə sirrini verib inanma!
Hiyləgər, bədəsil bir nanəcibi,
Özünə vəfalı köməkçi sanma!
İstəsən getməsin hörmətin əldən,
Alçaq adam ların oduna yanma!
Abrını, həyanı yaxşı qoru sən,
Başım dik tutub eldən utanma!
Nəsirəddin  Tusi:
Qeybət,  böhtan,  iftira və yalançılıqdan  çəkinməli,  heç vaxt 
belə  şeyə  yol  verməməli,  o  cür  xasiyyətli  adam larla  ünsiyyət 
saxlamamalı,  onlara  qulaq  asmaqdan  çəkinməlidir.  Ümu­
miyyətlə, az danışmalı, çox eşitməlidir.
A dam ların  alçaqlığını  bilmək  istəyirsənsə,  onların  lazım 
olmayan  sözlər  danışmasına,  məsuliyyət  daşımadığı  şeylər 
haqqında  şayiəyələr yaymasına  fikir  ver!  Bil  ki,  başqaları  haq­
qında bəd niyyətdə olan adam  fitrətən bədxah olar!
Məhəmməd Riza Məhdəvi Kani:
Niyyət insanın şəxsiyyətini nümayiş etdirməkdən əlavə əqi- 
dəvi,  ictimai və milli bağlılıqlardan da bizə xəbər verir.
Qeybət etmək  kimi,  qeybətə qulaq  asmaq da  haram və gü­
nahdır.
Əvhədi Marağayi Rüknəddin: 
Özgə minnətilə çörək yeyincə,
419


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
Yemə o çörəyi, zəhər ye, məncə.
Əbdürrəhman Canü:
Dişinlə didərək poladı əzmək,
D əm ir dırnağınla qayam kəsmək,
Başınla od dolu kürəyə girmək,
Kirpiklə kürədə atəş süpürmək,
Yüz dəvə yüküylə bel bükə-bükə,
D ünyanı dolaşm aq tər tökə-tökə,
A sandır Camiyə, inan buna sən,
Alçaq adam lardan minnət çəkməkdən!
***
Özü ləyaqətsiz olan adam  heç kəsə ləyaqət öyrədə bilməz. 
Şeyx Şamil:
D ünyada mənfəət üçün sevgi göstərənlərdən alçağı yoxdur. 
M irzə Fətəli Axundzadə:
Pis  və  çirkin  adətləri  insanın  qəlbindən  tənqid,  istehza  və 
məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
Əbül Fərəc:
Hiyləgər alim  siyrilmiş qılınca bənzər.
Qasım bəy Zakir:
Bir adam  ki, qoya hiylə binası,
A qibət özünə dəyər xətası.
420
İntellektual ekologiya
A bay:
Hiylə ilə yaşamaq, yaxud ağlayıb yalvarmaq yaşamaq dey­
il, gün keçirməkdir.
Hüseyn Cavid:
Bəzi dostlar da var ki, üzləri şən,
İçi lakin daşır zəhərli tikan.
Qəlbi kin püskürüb də üzdə gülən,
D aha qorxunc olur köpəklərdən.
Qorxun azğın ləkələrdən, qorxun,
Ev yıxan təhlükələrdən qorxun.
Zahirin pək gözəl, fəqət nə çıxar,
Oynaşır bətnində şeytanlar.
Səməd  Vurğun:
Xəyanət durduqca yenə dünyada,
Bütün yer üzünü verəcək bada.
Nəbi Xəzri:
M əğrurdur igidtək çinar -  çinarsa,
Yaltağın söyüdtək düz qəddi yoxdur.
Dünyada ağlın tək sərhədi varsa,
Yalnız axmaqlığın sərhədi yoxdur!
Nəriman Həsənzadə:
Asılı yaşama, özündən asıl,
Yıxılsan özünə söykən azacıq.
Olsan da axırda özünə qul ol,
Y azıq... qulxasiyyət olana yazıq.
421


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Kəlilə və Dimnə»dən:
Hiylə və xəyanət ağacının b arı müsibət və fəlakət olar. 
Azərbaycan atalar sözləri:
Söz gəzdirən ad am  bir ömürlük yaxşılığa qayçı vurar. 
İkibaşlı dostluq, dostluq sanılmaz.
İblisə qul olunca, məsləkinə qul ol.
İnsan qulağından, heyvan boğazından rahat olur.
İtə bir sümük versən sülhə  gələr,  namərdə canını versən də 
vəfa etməz.
Hiylə ilə iş görən, m öhnət ilə can verər.
Y a la n  z a lım ın  d in id ir, 
lə n ə t  q is m ə ti
Məhv olsun yalançılar! Allah onlara lənət eləsin!
Quram-Kərim, 
əz-Zariyat surəsi, ayə 10.
Y alan həqiqətin təhrif olunm uş ifadəsidir. Psixoloji baxım­
dan   yalan  qəsdən,  yaxud  bilməyərəkdən  ola bilər.  Qəsdən  ya­
lan zam anı insan həqiqəti başa düşərək təhrif edir və başqaları­
n a   b u   barədə  yanlış  m əlum at  verir.  Bilməyərəkdən  deyilmiş 
yalan insanın özünün anlam adığı həqiqətin təhrifidir.
Tarixdən m əlum dur ki, ibtidai icma quruluşu üçün istehsal 
vasitələrinə m ünasibətin və ictimai məhsuldan pay almağın cə­
miyyət üzvləri  üçün  eyni  olması  səciyyəvi  idi.  ibtidai icma  qu­
ruluşu  sonrakı  ictimai  inkişaf  mərhələlərindən,  xüsusi 
mülkiyyətin,  siniflərin  və  dövlətin  olmaması  ilə fərqlənir.  Təd­
ricən  xüsusi  mülkiyyət  form alaşm ağa  başladı,  sosial  antoqo- 
nizmlər  və  siniflər  arasında  ziddiyyətlər  yarandı.  Dövlət  tə-
4 2 2
İntellektual ekologiya
şokkül  tapm ağa başladı.  Dövlətin  təşəkkül tapması səbəblərin­
dən  ən  əsası  soyğunçuluq  məqsədilə  aparılan  müharibələrin 
daha geniş vüsət alması idi.  Bütün  bunlar nisbətən  daha iri et­
nik  birləşmələrin  və xalqların  m eydana  gəlməsinə  səbəb  oldu. 
Sinifli  cəmiyyətin  təşəkkül  tapması  ictimai  şüura  da  təsir  gö­
stərdi.  İctimai icma quruluşunun əxlaq norm aları getdikcə ara­
dan qalxdı və sinfi əxlaqla əvəz olundu. Sinifli cəmiyyətdə insa­
nın insan tərəfindən istismarı möhkəmləndi. Bunun nəticəsində 
əmtəə  istehsalı  durm adan  genişləndi.  Cəmiyyətdə  müəyyən 
hüquqlu  təbəqə  və  silklər  m eydana  gəldi.  Beləliklə,  ictimai 
icma  quruluşunu  quldarlıq,  sonra  feodalizm,  kapitalizm,  bir 
dövr  isə  SSRİ  və  bəzi  dövlətlərdə  müvəqqəti  olaraq  sosializm 
deyilən  bir  quruluş  əvəz  etdi.  Sivilizasiya  inkişaf etdikcə,  zəh­
mətkeş  təbəqənin  istismarı  durm adan  artm ağa  başladı.  H aq­
sızlığı,  zülmü  müdafiə  edən  yalan  bütün  hakim  siniflərin,  döv­
lətlərin silahına çevrildi.  Bəşəriyyət ümumi və  intellektual eko­
loji tarazlığın pozulması ilə üz-üzə qaldı.  Müasir dövrdə isə bə­
şəriyyət məhv  olmaq  təhlükəsi ilə qarşılaşmaqdadır.  Bu bir hə­
qiqətdir.  Lakin  hələlik  həqiqət zorakılıqla,  yalanla  qəfəsə  salı­
nır.  Lakin  bu  müvəqqətidir.  Hindistanın  dövlət  gerbində 
«Ancaq  həqiqət  qələbə  çalır»  sözləri  yazılıb.  Bəxtiyar  Vahab­
zadə yazır:
M ayasında haqq durur hər am lan zəfərin,
Zorla, zorakılıqla qazanılan zəfərin 
Adı zəfərdir, özü zəfər sayıla bilməz.
Əbədi ola bilməz, haqla zorakılığın əbədi döyüşündə, 
Məğlubiyyət -  qələbə! Bir əbədi silsilə!
Keçəcək əldən-ələ.
H aqsız qalib sabahın məğlubuna çevrilər,
Zəncirvari: bu ona, o da buna çevrilər.
Sən ey zorakılıqla həqiqəti tapdayan,
Həqiqətin gücündən xəbərsizsən, bir oyan!
Öyünmə qazandığın «şanlı» zəfərinlə sən,
Öz içində boğduğun həqiqətin səsini.
423


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə