Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə110/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
İm am   H üseyn  (ə.)  A llahın  nemətlərini  belə  qiymətləndir­
mişdir:  «H ansı  nem ətlərini  sayım,  hansı  nemətlərini  xatır­
layım?  H ansı  nemətlərinə  görə  təşəkkür  edim?  Bu  nemətlər 
saya biləcəyimizdən d ah a ç o x d u r...  Bütün bu nemətlər bizə əta 
olunm asaydı, çətinlik çəkməzdikmi?!»
Əvvəllər  qeyd  etdiyimiz  kimi,  insan  bədəni  torpağa  məx­
susdur.  Bütün  canlılar  kimi,  o  da  torpaqdan  yaradılmışdır. 
Vücud  torpağın  yetişdirdiyi  qidalarla  bəslənir  və  sonda  yenə 
torpağa dönüb o ra d a  faniləşir.
V axtın dəyirm anında daş əridi, qum  oldu,
Tarixə atdığım ız qayıtdı, lüzum oldu.
D ünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulm asın, axı dünya fırlanır.
Bəxtiyar  Vahazadə.
Ey insanlar,  gəlin mənəvi nemətləri də unutmayaq. Həzrəti 
M övlana buyurur:  «Bədəni həddindən artıq bəsləyib inkişaf et­
dirməyə  çalışma.  Çünki  o,  sonunda  torpağa veriləcək  bir qur­
bandır.  Sən  əsl  könlünü  bəsləməyə  çalış.  Ucalara  gedəcək  və 
şərəflənəcək olan o d u r!..»
Şəfəq  söküləndə,  ilk  işıqlarıyla  əşyam  aydınladan  Günəş, 
başlayan  yeni  günün  salamını,  adətən,  bizə  gətirməkdə:  «Oy­
an!» -  deməkdə və bizi bir sorğu-sual iqlimi içinə salmaqdadır.
-  Bax,  sənə  bu   sabah  da  həyat  dəftərindən yepyeni  bir sə­
hifə  hədiyyə  edildi.  Qiyamətdə  önünə  qoyulacaq  bu  səhifəni 
necə  dolduracaqsan?  «Oxu  kitabını,  bu gün sənə hesab sorğu­
su  olaraq  nəfsin  yetər»  -   deyiləcəyi  o  dəhşətli  gün  üçün  bu­
günkü hazırlığın nədən ibarətdir?
A xşam  olub, göy üzü öncə qızıla, sonra dalğa-dalğa qaraya 
boyandığı zam an isə gecə dilə gəlib bir hal lisam ilə insana gör 
ki, nələr deməyə hazırdır:
-  Bir  gün  d ah a  keçdi.  Ölümə  bir  addım daha yaxınlaşdın.
472
İntellektual ekologiya
A rtıq əbəs yerə ahü-fəqan etməyə gərək yox! N ə qədər çalışsan 
da, keçən günü geri qaytara bilməyəcəksən. İndi sən də ölümün 
qardaşı olan yuxunun qolları arasında özünü təslim edəcəksən. 
IIələ bir söylə: nə etdin? N ə etməliydin? Etdiklərini və etmədik­
lərini önünə qoy və düşün!..  Bəlkə bir daha şəhərin o gözəl işıq­
larım görməyəcəksən?..
Əgər H arun kimi olsa xəzinən,
Yenə də dünyadan sən köçəcəksən.
Sədi Şirazi.
Hörmətli  oxucu!  Deyilənlərin  əyani  sübutu  üçün  Qurani- 
Kərimə və hikmətli kəlamlara müraciət edək.
Qurani-Kərimdən:
Həqiqətən,  (nemətləri,  cah-cəlalı  ilə  fəxr  etdiyimiz)  dünya 
həyatı  göydən  endirdiyimiz  yağm ura  bənzər  ki,  onunla  yer 
üzündə  insanların  və  heyvanların  yeyəcəyi  bitkilər  yetişib  (əl­
van  çiçəklər  və  müxtəlif meyvələrlə)  bir-birinə  qatışar.  Nəhay­
ət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulu­
nu,  meyvəsini)  yığmağa  qadir  olduqlarını  zənn  etdikləri  vaxt 
gccə,  yaxud  gündüz əmrimiz (bəlamız) gələr və  Biz onu,  dünən 
üzərində bol  məhsul olmamış kimi,  (yolunub)  biçilmiş  bir hala 
gətirərik.  Biz  ayələrimizi  düşünən  bir  ümmət  üçün  belə  ətraflı 
izah edirik.
Yunus surəsi, ayə 24.
(Bəzi  adam ların  fəxr  etdiyi)  mal-dövlət,  oğul-uşaq  (oğul­
lar)  bu  dünyanın  bər-bəzəyidir.  Əbədi  qalan  yaxşı  əməllər  isə 
Rəbbinin  yanında  həm  savab,  həm  də  (Allahın  mərhəmətinə) 
ümid etibarilə daha xeyirlidir!
əl-Kəhf surəsi,  ayə 46.
473


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
K im  (dünyada) azğınlıq  etmişsə,  dünyanı (axirətdən) üstün 
tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
ətirNaziat surəsi, ayə 37-39.
Ey  insan!  Sən  (ölənə  qədər)  Rəbbinə  doğru  çalışıb- 
çapalayırsan!  Sən  O na  qovuşacaqsan!  (Sənin  qısa  ömrün  gü­
ndən-günə səni A llaha yaxınlaşdırır.  Ölümün gəlib çatması Al­
lah  dərgahına  qovuşm aq  deməkdir.  Öləndən  sonra  Allahın 
hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini ta­
mamilə  alacaqsan.  Yaxşı  əməllər  etmisənsə,  xoş  halına.  Pis 
əməllər etmisənsə, vay halına!)
əl-İnşiqaq surəsi,  ayə 6.
İnsanların  haqq-hesab  vaxtı  (qiyamət  günü)  yaxınlaşdı, 
onlar isə  hələ  də  qəflət içindədirlər  və  (qiyamətə  inanmaqdan) 
üz  döndərirlər.  (Qiyamət  insanlar  üçün  nə  qədər  uzaq  isə,  Al­
lah dərgahında bir  o qədər yaxındır.  Fani dünyaya,  şan-şöhrə­
tə olan meyil, varlanm aq həvəsi insanların başını elə qatmışdır 
ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
əl-Ənbiya surəsi, ayə 1.
Zülm  edənlərə  (rəğbət  bəsləməklə,  kömək  göstərməklə) 
meyil etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). 
Sizin A llahdan başqa dostunuz (himayədarınız) yoxdur.  Sonra 
sizə (dünyada  da,  axirətdə də  O nun əzabından heç  bir)  kömək 
olunmaz!
Hud surəsi, ayə 113.
Məhəmməd peyğəmbər  (s.)  buyurmuşdur:
Xalqla insani m eyarlar əsasında rəftar  et -  istər müsəlman 
olsun, istərsə dinsiz.
474
İntellektual ekologiya
Dünyəvi həyat əkin kimidir -  onun məhsulu o dünyada ye­
tişir.  Buna  görə  də  bu  dünyada  yaxşılıq  edin  ki,  o  dünyada 
yaxşılıq biçəsiniz.  Hər bir yaxşı əməl ehsandır.
Adəm  övladı  qocalar,  am m a  qocalanda  onda  iki  xasiyyət 
(arzu,  istək) cavanlaşar.  Biri  dünya  malına hərislik,  məhəbbət, 
əlaqə, o biri isə uzun-uzadı arzular.
Zərdüşt:
Təm izkar  dolanışıq  uğrunda  qeyrətlə  çalışmaqla  bir-biri­
nizdən  qabağa  düşün!  Bu  həyat  gücü  ilə  özünüzü  xoş  və  şad 
edin!
Həzrət Loğman öz oğluna etdiyi  nəsihətlərinin  birində belə 
buyurur:  «Ey  oğul!  Bu  dünyada  çəmənlikdə  otlayıb  kökələn 
qoyun kimi olma, onun ömrü və ölümü kökəlməyindədir...  Bu 
dünyaya  haradan  gəlmişik,  haradayıq,  haraya  gedəcəyik  sual­
larına cavab tapm aq barədə düşün...
Həzrət Loğm andan soruşdular ki, hikməti kimdən öyrənib 
dərs  almısan?  Loğman  cavab  verir  ki,  gözü  görməyən  şəxslər­
dən.  O na  görə ki,  onlar hərəkət edəndə yerin düz olmasım hiss 
etməyincə, addım  atmazlar.
İmam Əli (ə.) buyurmuşdur:
Dünya qəlbi kor olan üçün son nöqtədir.  Belə insan dünya­
dan  uzağı görməz.  Görən insamn  baxışı ilə dünyanı adlayar və 
bu  insan  bilir  ki,  dünyadan sonra  həqiqi bir  aləm var.  Demək, 
görən  kəs  ondan  nəzərini  çəkir,  qəlbi  kor  olan  kəs  isə  aldanır. 
Görən kəs ondan azuqə götürür,  qəlbi kor olan kəs onun üçün 
azuqə yığır.
475


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə