MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   135
KY0000382




MƏHƏMMƏD ƏLIYEV 
HƏMİD HƏMİDOV 
 
 
 
 
 
 
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ 
(Ali məktəblər üçün dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - «NURLAN» - 2002 
 
 
downloaded from KitabYurdu.org



Ön söz 
Yenicə müstəqiliik yoluna qədəm qoyan Azərbaycan Respublikası keçid 
dövrünün özünəməxsus sosial-iqtisadi problemləri ilə üzləşmişdir. 
İstənilən ölkədə iqtisadi islahatların uğurlu sonluqla nəticələnməsi ilk növbədə 
köklü dəyişikliklərin həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılma 
sından asılıdır. 
Respublikanın keçid dövründə qarşısında duran əsas sosial-iqtisadi vəzifələrinə 
yeni təsərrüfat formalarının yaradılması, iqtisadiyyatın bazar struktu runu 
formalaşdırmaq, istehsal, sosial-məişət və bazar infrastrukturlarını inkişaf etdirmək 
bazar münasibətləri şəraitində işləyə biləcək yüksək ixtisaslı kadrların hazırlanması və 
ixtisaslaşdırılması ilə əlaqədardır. 
Respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi ilə yanaşı 
elm və təhsil sistemində aparılan islahatlar milli iqtisadiyyatımızın dirçəlməsinə təkan 
verəcəkdir. 
Təbii ki, iqtisad elminin bir çox sahələrinin son illər sürətlə inkişaf etməsi insan 
amili ilə sıx bağlı olduğundan «insan resurslarının idarə edilməsi» mövzusu 
müəllifləri dərindən düşündürmüş məhz buna görə də belə bir dərsliyin yazılmasına 
ehtiyac duyulmuşdur. 
«İnsan resurslarının idarə edilməsi» kitabı ali məktəb təiəbələri, magistirlər üçün 
dərs vəsaiti olmaqla yanaşı, müəssisə, təşkiiat və iş adamları üçün də tövsiyə edilir. 
Dərslik müxtəlif misallar və praktiki məsələlərlə zəngin olduğuna görə olduqca 
oxunaqlıdır, lakin şübhəsiz nöqsansız və qüsursuz olmayacaqdır. 
Həmin nöqsanları, arzu və təkliflərini müəlliflərə çatdıran hər bir oxucuya onlar, 
əvvəlcədən öz təşəkkürlərini bildirirlər. 
Dərsliyin ərsəyə gəlməsində əməyi olanların hamısına dərin minnətdarlığımızı 
bildiririk. 
MÜƏLLİFLƏR

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə