MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   135
KY0000382

İŞ QÜVVƏSİ: 
- Tapşırığın icrasında işçinin sərf etdiyi fıziki və mənəvi 
qabiliyyətlərin məcmuudur. 
PEŞƏ (məslək): 
dedikdə elə əmək mühiti nəzərdə tutulur ki, o, xüsusi bilik
bacarıq, istehsalat vərdişi tələb edir. Yəni işçi peşəyə malik olmaq üçün xüsusi 
hazırlıq keçməlidir. Konkret formada peşə dedikdə, əmək sərfinin müəyyən sferası 
başa düşülür. Məsələn: tornaçı, çilingər, traktorçu, sürücü və s. 
SƏNƏT: 
- peşəyə nisbətən dar anlayış olub, peşənin müxtəlif istiqamətlərini 
göstərir. Məsələn, sazlayıcı-çilingər, yığıcı-çilingər, quraşdırıcı çilingər; ticarətdə: 
sənaye malları satıcıları, məişət malları satıcıları, xörək paylayanlar və s. 
İXTİSAS: 
- işçinin müəyyən peşəyə yiyələnmə səviyyəsini xarakterizə edir. 
Yəni həmin işçinin seçdiyi peşəyə mükəmməl və ya qismən yiyələndiyini göstərir. 
Təcrübədə işçinin ixtisas səviyyəsini ona verilmiş tarif dərəcəsi xarakterizə edir, 
eyni zamanda həmin işçinin bilik, bacarıq və təcrübi vərdişlərinin məcmuunu özündə 
birləşdirir. 
downloaded from KitabYurdu.org


23 
BİLİK: 
- dedikdə əmək funksiyalarını müvəffəqiyyətlə icra etmək məqsədiylə 
fəhlə tərəfindən əmək prosesinin üsulları, fəndləri, prinsipləri və əsas qanuna 
uyğunluqları üzrə alınan texniki və iqtisadi məlumatların məcmuu başa düşülür. 
BACARIQ: 
- dedikdə işçinin aldığı biliyi istehsalata tez, dəqiq və başa düşülmüş 
formada tətbiq etmək qabiliyyəti nəzərdə tutulur. 
PEŞƏ ustalığı: 
- dedikdə işçidə bilik, bacarıq və istehsalat vərdişinin 
cəmlənməsi başa düşülür. 
KADR haztrlığı: 
- dedikdə peşəyə yiyələnmə prosesində fəhlənin istehsalat-
texniki biliklərə malik olması başa düşülür. Texniki-peşə məktəblərində tədris 
proqramı seçilmiş peşə üzrə nəzəri bilik, məktəbin emalatxanasında və ya istehsalatda 
təcrübi vərdişlər aşılanmasını nəzərdə tutur. Kadr hazırlığının müsbət cəhətləri 
aşağıdakılardır: a) nəzəri cəhətdən işçilər yüksək bilik səviyyəsinə malik olurlar; b) 
nəzəri və təcrübi bilik bir-biri ilə dolğun əlaqələndirilir. v) tədrisin ardıcıllığı 
gözlənilir; q) tədris vasitələri, müəllim heyəti kompleksləşdirilir və nəzarət təmin 
olunur; d) işçilərə qabaqcıl əmək fəndlərini və üsullarını öyrədir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə