MəHƏMMƏD Əliyev həMİd həMİdov


 Əldə edilməsi vacib olan biliklər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   135
KY0000382

1. Əldə edilməsi vacib olan biliklər:
İş analizi ilə bağlı olan planların hazırlanması zamanı, ilk əvvəl biliklərin əldə 
edilməsinə qərar verilir. Bu biliklər sahələrə uyğun olaraq əldə edilir. Fərqli sahələr 
üzrə əldə edilən biliklər, iş analizləri proqramında yer alır. Proqramda yer alan 
müddəaları və yaxud bilik formalarını ayrı-ayrılıqda belə izah etmək olar: 

 
 İŞİN ADI VƏ YERİ:
-
bu başlıq altında işin adı, yeri, bu məlumatların 
toplandığı gün, işi həyata keçirənin adı, iş ünvanı ilə bağlı biliklər əldə edilir. 

 
 İŞÇİNİN VƏZİFƏLƏRİ:
- bir işlə əlaqədar bütün vəzifələr, öhdəliklər və 
cavabdehlik təyin edilir. İşçi nə iş görür?, necə iş görür?, bu işləri nədən ötrü yerinə 
yetirir?, bu işləri nə vaxt yerinə yetirir kimi suallara cavab verilir. 
Həmçinin işçinin müəssisə daxilindəki yeri və işi müəyyən edilməlidir. 

 
 TƏHSİLİN VACİBLİYİ:
- işin həyata keçirilməsi üçün la- 'im olan təhsil 
səviyyəsi müəyyən edilir. 

 
 TƏCRÜBƏ:
- işçinin işi yerinə yetirə bilməsi üçün lazım olan təcrübənin 
müddəti müəyyən edilməlidir. 

 
 XÜSUSİ MƏLUMATLAR
(özəl bilgi): 
- bəzi işlərin icrası zamanı xüsusi 
məlumatlara malik olmaq lazımdır. İş analizində bu məlumatların müəyyən olunma 
sına nail olunur. 

 
ÇALIŞMA ŞƏRTLƏRİ:
- əmək şəraitinin vəziyyəti və şərtləri hər işə görə 
dəyişir. Məsələn: işıqlandırma, səs, nəm, açıq hava, qapalı mühit, toz və s. təyin 
edilməsi vacib olan çalişma şərtləridir. 

 
FİZİKİ BACARIQ VƏ QABİLİYYƏT: 
- İşçilərin hansı avadanlıq, alət və 
təhcizatdan istifadə edəcəkləri qabaqcadan müəyyənləşdirilir. Bundan sonra işlə bağlı 
fiziki qabiliyyətlər - əl qabiliyyəti, göz, əl-ayaq arasındakı kordinasiya yarat maq kimi 
əlaqədar məlumatlar toplanır. İşin icrasında bunlara nə dərəcədə ehtiyac duyulduğu 
müəyyənləşdirilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə