MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   135
KY0000382

Şekil 4. 
Sual listi
 
downloaded from KitabYurdu.org


38 
İŞİN TƏSVİRİ (İş TANIMI) 
Şəkil 5. 
İşin təsviri 
İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASI 
İşçi qüvvəsinin planlaşdırılması fəaliyyəti müəssisəsinin ehtiycı olan işçilərin 
kəmiyyət və keyfiyyət baxımından müəyyən bir qaydada iş fəaliyyətlərini təmin 
etməklə yanaşı, müəssisənin gələcəkdə işçi qüvvəsinə olan tələb və təklifinin 
müəyyən edilməsi prosesidir. Planlaşdırma fəaliyyəti heyətin idarə edilməsinin ilk 
mərhələsidir. İşçi qüvvəsinin planlaşdırılması fəaliyyəti müəssisənin qarşısına 
qoyduğu yəni, gələcəkdəki məqsədini həyata keçirmək üçün lazım olan plan və 
proqramları hazırlamaq və bu plan və proqramların hazırlanmasında hansı 
keyfiyyətdə və nə qədər sayda işçiyə ehtiyac olduğunu qabaqcadan müəyyən edər. 
downloaded from KitabYurdu.org


39 
Müəssisədə lazımi miqdarda az və ya çox işçi sayının olmaması üçün bəzi 
proqnozların və planların hazırlanması vacibdir. Əgər bir müəssisədə işçilərin sayı 
lazım olan miqdardan azdırsa, bu zaman istehsal prosesində ləngimə meydana gələr 
və müştəri firmaların sifarişləri vaxtlı-vaxtında yerinə yetirilməz. Əksinə, işçilərin 
sayı çox olarsa, işçilərə ödənilən xərclərin miqdarı da artar. Hər iki vəziyyətin 
müəssisə daxilində meydana gəlməməsi üçün, hazırlanmış olan plan və proqnozlar, 
müəssisənin öz məqsədinə çatması üçün lazım olan yerdə, lazım olan miqdarda işçi 
lərin olmasına təminat verəcəkdir. 
Planlaşdırma fəaliyyətinin aparılmasında digər bir məqsəd də cari ildə 
müəssisədəki işçilərin ağıl, bacarıq və qabiliyyətlərini işlərinə uyğun bir şəkildə 
istifadə etmələrinə nail olmaqdır. Yəni işçi qüvvəsinin maksimal bir səviyyədə iş 
fəaliyyətinin həyata keçirilməsinə nail olmaqdır. Planlaşdırma fəaliyyətinin həyata 
keçirilməsi digər fəaliyyətlə bağlantılı olaraq aparılır. Bu fəaliyyətlərin hər biri 
planlaşdırmaya öz təsirini göstərir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə