MəHƏMMƏD Əliyev həMİd həMİdov


İş analizində istifadə olunan üsullar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   135
KY0000382

İş analizində istifadə olunan üsullar: 
İş haqqında informasiyaları 3 mənbədən əldə etmək olar: 
1.
Bu işdə çalışan işçilərdən. 
2.
Bu işlər haqqında məlumatı olan digər işçilərdən. 
3. İşçilərə nəzarət edən rəhbər şəxslərdən. 
downloaded from KitabYurdu.org


30 
Bu mənbələr arasında əlaqə yaratmaq və onların zəncirvari işləyişinə nail olmaq 
üçün bir neçə məlumat toplama üsulları vardır. Bu üsüllardan ən geniş tətbiq 
olunanlar aşağıda izah edilmişdir. 
1.Gözlə nəzarət üsulu:
- Bu üsulla, işin icrasına lazım olan şərtlərin yerinə-
yetirilməsi üçün planlaşdırılan vəzifə və öhdəliklər təyin edilir. Bu üsülla analizçi 
işləri normal iş günündə nəzarətdə saxlayır və müşahidə etdiklərini sistematik bir 
şəkildə qeyd edir. 
Analizçi şərh edəcəyi iş haqqında zəruri məlumata malik olmalıdır. Bundan 
başqa müəssisə daxilində çalışan bütün şəxslərin nəzarət aitında saxlanılması 
mümkün variant deyil. İnsanlar nəzarətdə olduqlarını hiss etdiklərinə görə, işlərini 
daha səlist yerinə yetirirlər. Bir çox insan nəzarət altında çalışmaqdan çəkinib, bəziləri 
isə narahatlıq keçiririər. Əgər şəxs əmək haqqı miqdarının təyin edilməsi məqsədi ilə 
nəzarətdə olduğunu hiss edərsə, yüksək əmək haqqı əldə etmək üçün fəaliyyətlərini 
yüksək səviyyədə idarə etməyə çalışar. 
Bu üsulun digər bir zəif tərəfı odur ki, zehni işlərdə bu üsul öz mahiyyətini itirir. 
Həmçinin bu üsul çox vaxt aparır. 
Bu üsulun istifadəsi aşağıdakı hallarda daha məqsədəuyğundur. 
1. Texniki vasitələrin köməyi ilə nəzarət etmək mümkündürsə 
2. Fiziki olaraq icra olunan işlərdə. 
3. İş vaxtının çox qısa olması zamanı 
2. Görüşmə üsulu
:
- Bir işin vəzifə və öhdəliklərinin təyinində istifadə olunan 
digər bir üsul da görüşmə üsuludur. Bu vaxt işçi gördüyü işi qısa şəkildə təsvir edə 
bilər. Bu üsul daha çox zehni işlərlə bağlı məlumat toplandığı zaman müvəffə- qiyyət 
qazanmışdır. 
Görüşməni həyata keçirən şəxs, işini mükəmməl bilməli, o icra etdiyi vəzifənin 
əhəmiyyətini dərk etməli və bu istiqamətdə təhsil almalıdır. Sualların tərtibatında 
diqqətli olmalı və bütün biliklərin, məlumatların təyin edilməsinə can atmalıdır. 
downloaded from KitabYurdu.org


31 
İş analizini yerinə-yetirərkən şəxs, işçilərlə dostluq əlaqələri yaratmalı, çalışan 
ların isə ona güvənməsini və inanmasını təmin etməlidir. 
Bu üsulun tətbiq edilməsi zamanı qarşımıza çıxan problem ondan ibarətdir ki, 
işçi bəzən yüksək əmək haqqı almaq urzusu ilə öz işini olduğundan daha ağır və çətin 
olaraq təsvir edə bilər. 
Görüşmə üsulu çox məsrəfli bir üsuldur. Buna görə də bəzən təşkilatlarda 
işçilərlə tək-tək görüşmək əvəzinə, qrup halında görüşməyə daha çox üstünlük verilir. 
Bunun nəticəsində də görüşmə üsulu öz effektliyini itirir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə