MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   135
KY0000382

Hüquqi normalar 
İşçi qüvvəsinin idarə edilməsi ilə bağlı hüquqi normalar uzun zamandan bəri 
meydana gəlmiş və zamanla dəyişiklik göstərir. Planlaşdırmada məsuliyyətli olan 
fərdlər bu normaları və onlarda baş verən dəyişiklkiləri hər zaman analiz etməli- 
dirlər. Məsələn: Kimsə yaşına, cinsinə, gücünə uyğun olmayan işlərdə işləməmə lidir. 
Kiçik yaşlı işçilər, qadın işçilər, ruhi xəstə olan işçilər iş yerində xüsusi olaraq 
qorunmalıdırlar, Dincəlmək işçilərin haqqıdır və bu haqqı onlardan heç kim ala 
bilməz. Məzuniyyət zamanı işçilərə ödənəcək maaş miqdarı qanunla müəyyən edilir. 
Planlaşdırmada məsuliyyətli olan şəxslər hüquqi normalarda və qanunlarda 
meydana gələn dəyişiklikləri yaxından izləməlidirlər. Dövlətin apardığı pul siyasəti
ithalat-ixracatla hağlı aparılan tədbirlər planlaşdırmaya təsir edən əsas amillərdən 
biridir. Məsələn: Ölkənin Gömrük Birliyinə girməsi, xarici investisiya miqdarının 
artması, özəlləşdirmə, vergi qanunlarında meydana gələn dəyişikliklər işçi qüvvəsi 
planlaşdırılmasına öz təsirini göstərir. 
İqtisadi amillər 
Ölkə iqtisadiyyatında baş verə biləcək durğunluqlar və ya inkişaf planlaş 
dırmaya öz təsirini göstərir. Ölkədəki inflyasiya, iqtisadi inkişaf tədbirləri həm 
müəssisənin qarşısına qoyduğu məqsədlərə böyük təsir göstərir, həm də işçi 
qüvvəsinin keyfıyyətinə təsirsiz qalmamalıdır. İqtisadi amillər müəssisədə maaş 
miqdarının təyin edilməsinə, işçinin işə götürülməsi və ya işdən çıxarılmasıyla bağlı 
qərarlarda əhəmiyyətli rol oynayır. Məsələn: Ölkə iqtisadiyyatı böhran vəziy yətində 
downloaded from KitabYurdu.org


43 
olduğu vaxtlarda bəzi müəssisələrdə öz fəaliyyətlərini dondura bilərlər, bunun 
nəticəsində minlərlə adam iş yerini itirə bilərlər. 
Türkiyə Respublikası 2001-ci ildə belə bir vəziyyətlə qarşılaşdı. Ölkədə ABŞ 
dollarının qiymətinin yüksəlməsi ölkə müəssisələrində böhran yaratdı. 
Bütün bu xüsusiyyətləri nəzərə alaraq planlaşdırmanı yerinə yetirənlər baş verə 
biləcək bu kimi dəyişiklikləri əvvəlcədən müəyyən etməlidirlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə