MəHƏMMƏD Əliyev həMİd həMİdov


İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASINDA İSTİFADƏ OLUNAN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   135
KY0000382

İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASINDA İSTİFADƏ OLUNAN 
BAŞLSCA ÜSULLAR 
1. Qarşılıqlı fikir mübadiləsi aparılmaqla istifadə olunan üsullar və ya 
qeyri-analitik üsullar
Bu üsullardan birincisi müəssisə daxilindən olan yüksək ixtisaslı kadrların 
planlaşdırma mövzusunda fikirlərinin alınmasıdır. Müəssisədə işləyən idarə edicilər 
müəssisənin işçi sayını, müəssisənin güclü və zəif tərəflərini çox yaxşı bilən 
şəxslərdir. Buna görə də təxmini işçi sayını müəyyən etməkdə bu fərdlərin rolları 
olduqca çoxalır. 
Bu üsulun nöqsanlı tərəfləri də vardır. Bəzən idarə edənlər keçmişdəki 
məlumatların gələcəkdə də eyni qalacağını düşünə bilərlər. Əgər gələcəkdə baş 
verəcək dəyişikliklər keçmişdəkinə bənzəmirsə, bu üsul qənaətbəxş olmaz. Çox sadə 
bir üsuldur. Ucuz başa gəldiyi üçün çox istifadə olunur. 
Delfi taktikası:
Bu zaman müəssisənin idarəedənləri müəssisə xaricindən olan yüksək ixtisaslı 
kadrlarına müraciət edərək planlaşdırma mövzusunda onların fikir və düşüncələrini 
toplayırlar. Bu fikir və düşüncələr yazılı şəkildə onlardan alınır. Suallar paketi 
hazırlanaraq onlara göndərilir. Əgər cavablarda fikir ayrılığına çox rast gəlinirsə
cavablar yenidən onlara geri qaytarılır. 
Bu proses bir neçə dəfə təkrarlanır. Sonra planlaşdırma mövzusunda oxşar olan 
görüşlərə uyğun qərar verilir. 
Bu taktikanın da nöqsanlı tərəfləri vardır. Çox baha bir üsuldur. Müəssisə 
xaricində olan şəxslər müəssisəni daha yaxından tanımadıqlarına görə düzgün qərar 
verməyə bilərlər. 
2. Statistik üsullar. 
Bu üsullar daha çox riyazi hesablamalara əsaslanır. Statistik üsullardan ən sox 
istifadə olunanı 
Reqresyon
Analizidir. Bu analizdə bir və ya birdən çox dəyişkənlər 
downloaded from KitabYurdu.org


46 
arasında əlaqə qurulur. Reqresyon analizində gələcəkdəki işçi qüvvəsinə olan ehtiyac 
keçmişdəki insan qüvvəsinə olan ehtiyaca nəzərən müəyyən edilir. Reqresyon analizi 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə