MəHƏMMƏD Əliyev həMİd həMİdov


İŞÇİ QÜVVƏSİNİN TƏMİNATI FƏALİYYƏTİNİN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   135
KY0000382

İŞÇİ QÜVVƏSİNİN TƏMİNATI FƏALİYYƏTİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
Hər bir təşkilat öz imkanlarını nəzərə almaqla, nəzərdə tutduğu mənbələri 
araşdırmalıdır. Keyfiyyətli işçiləri əldə etmək üçün sərf edəcəyi səylər müvəffəqiyyət 
qazanmanın əsas təməlində dayanan ünsür təminat fəaliyyətinin düzgün 
qiymətləndirilməsidir. 
Birincisi hər bir işçi işə uyğun kriteriyalara uyğun şəkildə dəyərləndirilməlidir. 
Bacarıqlı işçi ilə onların təmin edildiyi mənbələr arasında yaxın əlaqə yaranarsa, bu 
mənbələri hərəkətə gətirmək üçün az vəsait xərclənməsinə səy göstərmək lazımdır. 
Məsələn: Hər hansı bir müəssisə, məqsədinə uyğun oiaraq özəl təhsil ocaqiarında 
başqa təhsii ocaqlarına nisbə- lon daha əlverişli və bacarıqlı şəxslərin yetişdiriidiyinə 
inanır, buna görə də müəssisə işçi təminatında bundan sonra özəl təhsil ocaqlarından 
işçi təminatı yolunu daha üstün tutur. 
Müəssisə, axtardığı yüksək ixtisaslı işçiləri cəlb etmək üçün özünü dəyərlən 
dirmə yolunu seçməlidir. Çünki bir təşkilat və ya qurumun cəmiyyətdə formalaş 
dırıldığı imic, onun cəlb edəcəyi işçilərin bacarıqları ilə düz mütənasibdir. Təşki- 
latlar, həcmləri, risk dərəcələri, qərar vermə qabiliyyətiəri, gəlirə verdiyi əhəmiyyət, 
apardıqları siyasət, müəssisə daxili tərtib edilmiş əmr vermə səlahiyyətlərinə görə 
dəyişiklik göstərirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, insanların bir qismi 
mükəmməl əmək şəraitində işləmək istədikləri halda, başqaları kiçik bir müəssisədə 
çalışmağa üstünlük verirlər. 
Mənbələr analiz edilərək müəyyənləşdirildiyi zaman, təminat proqramı daha 
diqqətli bir şəkildə hədəflərə uyğun istiqamətləndirir. ABŞ-da böyük bir sığorta 
şirkəti üç müxtəlif mənbənin məqsədinə uyğun olduğunu müəyyən etmişdir. 
Bunlar: 1) təhsil ocaqları, 2) mövcud işçilərin zəmanətləri, 3) qəzetdə verilən 
elanlardır. ABŞ- Michiqan Bell Telefon şirkəti, mövcud işçilərin zəmanətlərinə uyğun 
işçiləri təmin etmənin ən düzgün mənbə olduğunu araşdırmalar nəticəsində müəyyən 
etmişdir. 
downloaded from KitabYurdu.org


58 
Son nəticədə göstərmək lazımdır ki, işçilərin təmin edilməsi istiqamətində 
hazırlanmış proqramların müvəffəqiyyətlə həyata keçirilməsi üçün keçmişdəki 
təcrübələr də diqqətə alınaraq bütün mənbələrin diqqətlə araşdırılması və analiz 
edilməsi vacib şərtlərdən biridir. Bu mövzuda bu fəaliyyətin efektivliyini ölçmək 
üçün aşağıdakı kriterya diqqətə alınır: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə