62
rəqabət gücünü təyin edən əsas mərhələ işçilərin seçilməsidir.
Seçilmə mərhələsi
aşağıdakı qayda da həyata keçirilir.
1. İlk görüşrmə.
Bu vaxt təminat prosesində ərizə ilə müəssisəyə müraciət edənlər kadrlar
şöbəsinin məsul bir şəxsi tərəfindən qəbul edilirlər. İlk görüşmə üçün ayrılan vaxt çox
qısadır. Əgər müəssisə işə qəbul zamanı
yaş ünsürünə diqqət yetirirsə, bu zaman ilk
görüşdə uyğun olmayan şəxslər rədd cavabı alırlar. İlk görünüşdə şəxsin xarici
görünüşü və danışıq qabiliyyəti yerindəcə qiymətləndirilir.
Bundan başqa şəxslərə
bəzi suallar verməklə bu şəxslər barəsində bəzi fikirlər irəli
sürmək olar.
Verilən suallar təhsillə, əvvəlki iş yerləri ilə əlaqədar olaraq verilir. Bu
mərhələdə fərd də öz növbəsində müəssisəni qiymətləndirir.
2Formanın doldurulması.
Bir çox müəssisə və təşkilatlarda iş istəmə forması vardır. Bu formalarda fərdin
adı, ünvanı,
telefon nömrəsi, cinsi, yaşı, çəkisi, boyu kimi suallar birinci hissəni
meydana gətirir. İkinci hissədə isə onlara aşağıdakı suallar verilir:
Necə bir iş
istəyirsinz? Əsasən nə qədər miqdarda əmək haqqıyla qane olarsınız? Əvvəllər bu işə
uyğun başqa bir işdə işləmisinizmi? Üçüncü mərhələdə isə fərdin təhsilini və malik
olduğu qabilıyyətləri təyin edən suallar verilir. Məs: Bitirdiyiniz təhsil ocağı, (ilk
olaraq ili, diplom nömrəsi) xarici dil bilmə səviyyəsi (orta, yaxşı, əla) kimi.
Bu formanın köməyi ilə fərdlər haqqında qısa
bir məlumat əldə etmək
mümkündür.
Dostları ilə paylaş: