MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   135
KY0000382


 
Çalışmaq arzusunda olanların sayı. 

 
Müraciət edənlərə təklif olunan işlərin sayı. 

 
İşə qəbul olanların sayı. 

 
İşə qəbul edilənlərdən müvəffəqiyytli olanların sayı. 
Bu sadalanan kriteriyalardan ən çox əhəmiyyət kəsb edəni dördüncü kriteriyadır. 
Doğrudan da təminat prosesinin nailiyyəti ondan ibarətdir ki, təmin edilən işçilərin 
uzun müddətli çalışmasına nail olunsun. 
downloaded from KitabYurdu.org


59 
İSÇİ İSTƏMƏ FORMASI 
Şəkil 9. 
İşçi istəmə forması
 
Mənbə: Wendel L.French: The Personnel Management Process. 4 Ed., New 
York: Houghton Mifflin Company, 1958, s. 213. 
downloaded from KitabYurdu.org


60 
KADRLARIN SEÇİLMƏSİ 
 
Bildiyimiz kimi 21 əsr texniki tərəqqinin inkişaf əsri olaraq qiymətləndirilir. Bu 
inkişafa uyğunlaşmaq və digər müəssisələrlə rəqabət etmə gücünə malik olmaq üçün 
müəssisə təhsilli, qabiliyyətli və bacarıqlı işçilərə ehtiyac duyur. Buna görə də 
kadrlarla işin ən vacib mərhələsi seçmə mərhələsidir. Fərdləlrin arasından işə ən 
uyğun olanları seçmək isə çox asan bir fəaliyyət deyil. Seçilən işçilər müəssisənin 
məqsədinə çata bilməsi üçün ona kömək olan və dəstək verən əsas qüvvələrdir. Bu na 
görə də inkişaf etmiş müəssisələr, həcmcə böyük olan firmalar texniki tərəq qinin, 
texnologiyanın və qlobal rəqabətin sürətlə inkişaf etdiyi dövrlərdə kadrlar bölməsini 
quraraq, işçi qüvvələrinin necə və hansı mənbələrdən təmin ediləcəyinə, yeni 
kadrların seçilməsində hansı vasitələrdən istifadə olunacağına, və nələrə diqqət 
ediləcəyinə və s. kimi suallara cavab vermək üçün yüksək səviyyədə araşdırmalar 
həyata keçirirlər. 
Kadrlar idarəsinin başqa bir mərhələsi olan seçmə, iş axtaran və müraciət edənlər 
arasından işin tələblərinə ən uyğun olanların təyin edilməsi prosesidir. idarə, müəssisə 
və təşkilat rəhbərləri işçi qüvvəsinin təmin edilməsi və seçilməsi mərhələlərini həyata 
keçirərkən çox diqqətli olmalıdırlar. Hər bir şəxs fərqli dünya görüşünə, biliyə, 
düşüncəyə, qabiliyyət və bacarığa malikdir. Eyni zamanda müəssisədə yerinə-yetirilən 
işlər də müxtəlifdir. Müəssisə üçün əsas məqsəd bu işlər ilə işçilər arasında bir 
uyğunlun əlaqəsi yaratmaqdır. Bu uyğunluq əlaqəsinin yaradılması isə, işçinin işə 
götürülməsi əsnasında başlayır. İşçi qüvvəsini tapıb, bu qüvvələr arasından ən uyğun 
və bacarıqlı olanları seçmək idarəetmə işinin əsas məqsədlərindən biridir. Seçmə 
işində veriləcək qərarlar gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin əsasını təşkil edir. 
Çünki düzgün olmayan bir qərar gələcəkdə meydana gələcək xəta və qəzalara zəmin 
yaradır. 
downloaded from KitabYurdu.org


61 
Seçmə fəaliyyətinin əsas məqsədi icra ediləcək işin tələblərinə uyğun olan bir işçinin 
təyin edilməsidir. Başqa sözlə desək iş ilə işçi arasında bir uyğunluq və tarazlığın 
yaradılmasıdir Buna görə də əvvəlcə işin tələbləri və şərtləri təyin edilməlidir. İşin tələblərini 
təyin etmək üçün müəssisə və təşkilatlarda işlərin analiz edilməsi mərhələsi həyata keçirilir. 
Əvvəlki bölmələrdə bu barədə məlumat verilmişdir. 
Müəssisələrdə iş ilə işçi arasında tarazlıq yaradılmaması, həm müəssisəyə, həm də 
müəssisə daxilində çalışan işçilərə öz mənfi təsirini göstərir. Bilindiyi kimi seçmə prosesi çox 
vəsait tələb edən bir işdir. Çünki, işçini toplamaq və seçmək müəyyən miqdarda xərc tələb 
edir. İşçilər arasında qabiliyyətsiz və bacarıqsızların uzaqlaşdırılması halı, bu xərclərin 
miqdarını daha da artırır. Çünki yeni işçilərin tapılması, seçilməsi və
 
işə yerləşdirilməsi üçün 
əlavə pul xərclənməlidir. 
Bundan başqa işçi, gördüyü işin öhdəsindən gəlmədiyi zaman onda ruh düşkünlüyü 
yaranır. Ona görə də işçi yeni işlərdə işləməkdən qorxacaqdır. İşlə təmin olunan şəxsin 
gələcəkdə irəli getmə hissinə malik olması da əsas şərtlərdəndir. 
Diqqətli seçilmiş işçi müəssisə üçün ən məhsuldar və ixtisaslı olandır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə