66
8. Kadrların işə qəbulu.
Bu mərhələdə isə işə qəbul edilən şəxslərə iş yerində təhsil verilir.
Təhsil
istiqamətində həyata keçirilən tədbirlər əvvəlcədən hazırlanmış plan və proqramlar
əsasında aparılır.
Daha sonra isə yeni qəbul olunanların işə alışıb-alışmadıqlarına nəzarət edilir.
Tez-tez onlarla görüşmək və əgər problemləri varsa, bu problemləri dərhal həll etmək
lazımdır.
KADRLARIN SEÇİLMƏSİNDƏ MƏSUL OLAN ŞƏXSLƏR
Müəssisənin bütün bölmə rəhbərləri kadrların seçilməsində eyni səlahiyyətə
malikdirlər.
Kadrların seçilməsini işəgötürən və müəssisədə hal-hazırda
işləyən fərdlərdən
meydana gələn bir komitə də həyata keçirə bilər. Əsas məsuliyyət isə kadrlar
şöbəsinin üzərinə düşür. Çünki, əmək müqaviləsinin bağlanması prosesini onlar həy
ata keçirirlər. Bu əmək müqaviləsində işlə və işçi ilə bağlı hər bir məlumat, əmək
şəraiti,
funksiyalar, işlə bağlı bəzi şərtlər mövcuddur. Əmək müqaviləsində əsas
etibariylə idarənin, işçinin adı, müqavilənin müddəti, işçinin əmək funksiyaları, əmək
şəraitinin şərtləri, əməkhaqqı
üzrə bəzi məlumatlar, iş və istirahət vaxtı üzrə bəzi
məlumatlar, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin
tənzim lənməsi,
yekun qaydalar haqqında geniş məlumatlar öz əksini tapır. (bax əmək müqaviləsinə).
Dostları ilə paylaş: