75
bir işdir. Məs: Satış təmsilçisinin uzun boylu olması, və ya bəzi işlərə təkcə
kişilərin
bəzilərinə isə təkcə qadınların uyğun gəlməsi fikri kimi.
4.
Müsahibə aparan şəxsin aktiv davranışı
:
- Əsas məqsəddən uzaqlaşaraq
müəssisə planı haqqında daha çox danışmaq yerinə, müsahibəni aparan şəxs təşkilatı
tərifləyir, quruluşun nailiyyətlərindən danışır. Bu vaxt
əsas məqsəddən uzaqlaşaraq,
işçilərin özlərini tanıtmasına imkan yaradılır.
Müsahibənin mərhələləri.
Müsahibə aşağıdakı mərhəhələrlə həyata keçirilir.
1. Hazırlıq.
Müsahibənin ilk mərhələsi hazırlıq mərhələsidir. Bu vaxt müsahibənin əsas
məqsədi
müəyyən edilir, suallar hazırlanır. Sualların hazırlanması yüksək ixtisaslı
kadrlar tərfindən həyata keçirilir. Hansı tip suallara daha çox yer veriləcyininə bu
şəxslər qərar verirlər. Müsahibə əsnasında işçinin təhsilə olan ehtiyacı müəy
yənləşdirilir.
Müsahibənin məqsədi müəyyənləşdikdən sonra
bu məqsədə uyğun olan üsul
seçilir. Eyni zamanda müsahibə aparan şəxslərdə kimlərin müsahibələrə cəlb ediləcəyi
müəyyənləşdirilir. Birdən çox fərdlə müsahibə aparılacaqsa, onların siyahısı
hazırlanır. Müsahibənin vaxtı və saatı, aparılacağı yer ınüəyyən edilir.
Müsahibə aparan, bu mərhələdə müsahibəyə cəlb ediləcək şəxslər haqqında
müəyyən təsəvvürə malik olmalıdır. Müsahibə aparan şəxsin vaxtının qısa olması,
lazım olan bütün məlumatların ətraflı şəkildə toplanmasına imkan vermir. Buna görə
aparıcı şəxs, müsahibə vaxtı əsas məqsədin üzərində durmalıdır. Mövzu ilə əlaqəli
olan əsas məsələlər qabaqcadan
müəyyən edildikdən sonra, müsahibə zamanı da
iştirak edən şəxslərdən bəzi məlumatların toplanması müsahibə mərhələsinin
effektliyini artırır.
Dostları ilə paylaş: