MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   135
KY0000382

2. Müsahibənin aparılması.
Müsahibə aparan şəxs əvvəlcədən müəyyən edilmiş gündə və saatda müsahibə 
iştirakçılarını mehribancasına salamlayaraq qəbul edir. Müsahibə aparan şəxs 
downloaded from KitabYurdu.org


76 
müsahibə iştirakçıları ilə səmimi mühit yaradaraq, mövzu ilə əlacəsi olmayan bəzi 
suallar verdikdən sonra mətləbə keçir. Bu hal müsahib iştirakçılarının həyacanlarını 
azaldır, onların müsahibə zamanı özlərini sərbəst hiss etmələrinə şərait yaradır. 
Müsahibənin aparılmasında güdülən əsas məqsəd, fərdlər haqqında bəzi vacib 
olan məlumatları əldə etmək olduğu üçün, müşahidə aparan şəxs sualları çox diqqətlə 
və ustalıqla vermək məcburiyyətindədir. Verilən suallar sadə və maraqlandırıcı olma 
lıdır. Buna görə də «Mənə son işlədiyiniz iş yerlərindəki vəzifənizi, əlaqələrinizin nə 
cür olduğunu izah edə bilərsinizmi?» - tipli suallar verməkdə fayda vardır. Bundan 
başqa «Hesabat yaza bilərsinizmi?», «Maşınlarla bağlı son göstəriciləri sizmi 
verirdiniz?», «Başqa bölmələrlə əlaqə saxlayırsınızmı?» kimi tip suallardan istifadə 
edilməsi çox vacibdir. Müsahibə aparan şəxs sualları sadədən mürəkkəbə doğru 
sıralayaraq verməli, fərdin zehnindəki fikirləri öyrənməyə çalışmalıdır. Çünki fərdlər 
bəzi kritik mövzular haqqında daha ətraflı danışmaq istərlər. Müsahibə əsnasında bəzi 
yayındırıcı suallar verilməməli, həvəsləndirici suallarla fərdlərin fikirləri cəm edilmə 
lidir. 
3. Müsahibənin yekunlaşdırılması.
Müsahibə əsnasında xoş bir mühit yaradılmalıdır. Müsahibə məqsədəuyğun 
olaraq davam etdirilir və yekunlaşdırılır. Müsahibənin yekunlaşdırılması zamanı bəzi 
hallara diqqət edilir. 
Müsahibə aparan şəxs müsahibənin yekunlaşdığını bir işarə ilə bildirməlidir. 
Əgər belə bir işarə göstərilməzsə, fərd müsahibənin nə vaxt yekunlaşdığını müəyyən 
edə bilməz. Bu işarələri misal olaraq göstərmək mümkündür. Məs: Müsahibə aparan 
şəxsin qələmini stolun üstünə qoyması, kresloda geriyə boğru oturması, ayağa durma 
sı kimi işarələr və s. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə