MəHƏMMƏD Əliyev həMİd həMİdov


 Müsahibənin nəticələrinin qiymətləndirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   135
KY0000382

4. Müsahibənin nəticələrinin qiymətləndirilməsi.
Müsahibə sona yetdikdən sonra qapılar bağlanır. Müsahibə aparan şəxs və ya 
şəxslər fərdləri tək-tək analiz edərək qiymətləndirməlidir. Əgər müsahibə vaxtı bəzi 
downloaded from KitabYurdu.org


77 
yazılı qeydlər alınmışsa və ya lentlərə yazılmışsa, bu vaxt qiymətləndirmə bu 
vəsaitlərin köməyi ilə həyata keçirilir. Müsahibələrdən sonra bir forma doldurulur. 
Bundan sonra ən vacib olan və əhəmiyyət kəsb edən qərar, yəni fərdlərlə bağlı 
qərarlar verilir. Burada qiymətləndirmə prosesi obyektiv həyata keçirilir. 
KADRLARIN TƏLİMATLANDIRILMASI 
TƏLİMATLANDIRMA PROSESİNİN ƏHƏMİYYƏTİ VƏ BAŞLICA 
XÜSUSİYYƏTLƏRİ . 
Təlimatlandırma prosesi
- seçmə mərhələsindən sonra müəssisəyə qəbul edilən 
kadrların iş yerinə ya da əmək şəraitinə alışması üçün aparılan, həyata keçirilən 
tədbirlərin bütün məcmuudur. Yeni işə qəbul edilən şəxslərə əvvəlcədən hazırlanmış 
proqramlar vasitəsi ilə təlimatlar verilir. Müəssisədə yerinə yetirilən qanun və 
siyasətin köməyi ilə əmək şəraiti ilə tanışlıq mərhələsi daha da sürətlə həyata keçirilir. 
Bu mərhələ daha çox əhəmiyyət kəsb edir. Çünki, müəssisəyə yenicə gəlmiş işçinin o 
müəssisə haqqındakı ilk mülahizəsi daha sonra onun işləmə tərzinə böyük təsir 
göstərir. Müəssisədə qalıb-qalmamaqla bağlı qərar məhz bu mərhələdə düşünülür. 
İşdən ayrılma hallarına ilk çalışma aylarında digər vaxtlara nəzərən daha çox rast 
gəlinir. Bu mərhələyə qədər təminat və seçmə prosesində işçilər üçün böyük miqdarda 
pul vəsaiti artıq xərclənmişdir. Əmək şəraitinə uyğunlaşmamaq səbəbiylə işçinin 
işləməmək arzusu külli miqdarda xərcə səbəb olur. Buna görə də müəssisə və təşki 
latlarda əmək şəraitinə uyğunlaşmaq üçün işçi qüvvəsinin təlimatlandırılması xüsusi 
proqramlarla həyata keçirilir. 
Burada əsas amillərdən biri də müəssisə daxilində həyata keçirilən siyasət və 
fəaliyyətlərin müəssisədə sosial anlaşma və tarazlığı sürətləndirməsidir. Sosial 
anlaşma fəaliyyətləri müəssisə üçün çox əhəmiyyətlidir. Çünki, müəssisəyə yerləş 
dirilən işçilərə, fəaliyyət göstərdikləri mühit, müəssisə rəhbərlərinin davranışları və 
müəssisədaxili kadr siyasəti təsir edən amillərdəndir. Sosial anlaşma fəaliyyətləri 
nəticəsində müəssisəyə yeni gələn işçilər müəssisənin bir üzvünə çevrilir. Məhz bu 
downloaded from KitabYurdu.org


78 
fəaliyyətlər nəticəsində işçilər arasındakı münasibətlər, işçilərlə rəhbərlik arasındakı 
münasibətlər öz müsbət həllini tapır. 
İşçilərin əmək şəraitinə uyğunlaşmamasıyla əlaqədar problemlər nə vaxt öz 
təzahürünü göstərir? 
İşə yeni başlayan şəxsin iş və iş yerindən ümid etdiyi xüsusi dünya görüşü 
vardır. Hər kəs öz düşüncə tərzinə görə iş istər və axtardığı işdə bu spesifik 
xüsusiyyətləri görmədikdə şəxsdə ruh düşgünlüyü yaranır. Yeni işi yerinə yetirə 
bilməmək, cəsarətsizlik, işlə bağlı fiziki qaydalara uyğünlaşa bilməmək, əmək 
şəraitinə uyğunlaşmamaq gənc və yeni kadrların rastlaşdığı başlıca problemlərdəndir. 
Bu problemi doğuran səbəblər rəhbərliyin əmək şəraitinə uyğunlaşma istiqamətində 
həyata keçirdikləri tədbirlərin lazımi səviyyədə olmaması, təhsil və ixtisasartırma 
proqramlarının həyata keçirildiyi vaxt, meydana gələn nöqsanlar və fərdin xarakterinə 
bağlı olan nöqsanlar ola bilər. 
Əmək şəraitinə uyğunlaşmada əhəmiyyət kəsb edən nöqtə, problemi yaradan 
mühiti aradan qaldırmaqdır. Bu istiqamətdə ən təsirli vasitə isə təlimatlandırma 
proqramlarıdır. Sağlam iş əlaqələri işi tərketmə hallarını ən az səviyyəyə endirməkdə 
rəhbər işçilərə böyük dəstək verir. İşçi müəssisə daxilində tutduğu mövqeyi daha 
aydın dərk edir. İşin meydana gətirdiyi əngəllər dağılmağa başlayır. Nəticə etibarı ilə 
işçi müəssisəyə bağlı olduğunu hiss edir. 
İşə yeni qəbul edilən şəxslərin əmək şəraitinə uyğunlaşması məqsədilə həyata 
keçirilən təlimatlandırma proqramlarının bəzi keyfiyyətləri daşıması əhəmiyyət kəsb 
edən xüsusiyyətlərdəndir. 
-İşçilərə şərait yaradılmalıdır ki, onlar öz maraq dairələri çərçivəsində bəzi 
suallar versinlər. 
- işin texniki və sosial tərəfi ilə əlaqədar işçilərə geniş və anlayışlı məlumatlar 
verilməlidir. 
- İşçilərlə diqqət və nəzakətlə davranılmalı, bəzi alçaldıcı və tənqidedici 
davranışlar aradan qaldırılmalıdır. 
downloaded from KitabYurdu.org


79 
- Formal və informal münasibətlər inkişaf etdirilməlidir. 
- Onları bezdirən mühit yaradılmamalıdır. Məsələn, çoxlu sayda sənət 
hallandırmaq kimi. 
- Verilən məlumatlarda müəssisə və işlə bağlı bütün cəhətlər öz əksini tapmalı, 
qeyri müəyyənlik aradan qaldırılmalıdır. 
Yüksək ixtisaslı kadrlar tərəfindən hazırlanmış təlimatlandırma proqramları 
sosial anlaşma fəaliyyətlərini daha da gücləndirir. Başqa sözlə izah edilirsə, işçilər 
özünə və işə xas olan dəyərləri dərk edir, normalarla yaxından tanış olur. İmkanlarına 
uyğun olan bəzi işləri qəbul etməyə başlayırlar. Sosıial anlaşma fəaliyyətləri işçini 
müəssisənin ayrılmaz bir hissəsinə çevirir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə