MəHƏMMƏD Əliyev həMİd həMİdov


Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   135
KY0000382

Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam
 
da bir hədisində belə buyurmuşdur: 
«
Beşikdən qəbrə qədər oxumaq
». 
Görüldüyü kimi təhsilin hətta dində də nə qədər 
əhəmiyyət kəsb etdiyi aydın olur. 
Ancaq təhsil və öyrənmək eyni mənanı verir. 
Təhsil 
- fərdin sosial zehni və fiziki inkişafını ifadə edir. 
Öyrənmək isə
 
- fərdin müəyyən bir peşəyə hazırlanması və bu istiqamətə yönəl 
dilməsidir. 
Yetişdirmək isə
 
şəxslərin inkişaf etdirilməsi, onların bilik və bacarıq səviy 
yəsinin yüksəldilməsidir. 
Elm və siyasət adamları təhsili
 
- yüksəklik mənbəyi olaraq da görməkdədirlər. 
Tanınmış alim 
Danton
 
təhsilə belə qiymət vermişdir: «Təhsil insan övladı üçün çörək 
qədər əhəmiyyətlidir». 
Təhsil insan üçün yüksək yaşayış tərzini əldə etmənin başlıca yolu, cəmiyyətin 
inkişafına təsir edərək, qabaqcıl ölkələr arasında yer alması üçün əsas vasitə və bir 
ölkədə demokratık bir quruluşun formalaşdırılmasına zəmin yaradan əsas götəricidir. 
Əgər bir ölkədə təhsil problemləri yox dərəcəsindədirsə, həmin ölkə inkişaf mərhə 
ləsini yaşayır.
 
Təhsil geniş mənada bir dəyişmədir. Buna görə də şəxsin davranmasında baş 
verən dəyişməyə də təhsil deyilə bilər.
 
Davranışlar həm düşüncə tərzini, bacarıq və qabiliyyəti, həm də mənəviyyatı 
özündə əks etdirir.
 
Müəssisə və təşkilatlar baxımından təhsil isə, fərdlərin ya da onların meydana 
gətirdikləri qrupların müəssisə daxilində daşıdıqları və ya daşıyacaqları vəzifələri 
daha da təsirli və bacarıqlı şəkildə yerinə yetirə bilmələri üçün onların biliklərini 
yenişləndirən, düşünmə, rasyonal qərar vermə qabiliyətini artıran fəaliyyətlərin 
məcmuyudur.
 
downloaded from KitabYurdu.org


91 
Müəssisə və Təşkilatların idarə edilməsi, mükəmməl kadr ehtiyacını meydana 
çıxarır.
 
Ölkədə əhalinin sıxlığı ilə bağlı olaraq hər il yüz minlərlə gənc kadr iş həyatına 
atılır. Bunların əksər hissəsinin iş pro- seeslərinə və iş həyatına hazır olmaması, müəs 
sisələrdə təhsil tədbirlərinin həyata keçirilməsinə zəmin yaradan amillərdəndir. İş 
həyatına yeni atılan şəxslər hər hansı bir ali təhsil ocağından məzun ola bilər. Lakin 
çalışma əsnasında müəssisələrin həyata keçirdiyi kadr siyasəti, işin texnologiyasını 
öyrənmək və əmək şəraitinə uyğunlaşmaq üçün müəssisə daxili təhsil tədbirləri 
zəruridir.
 
Yeni texnologiya, texniki birliyə malik olan işçilərin bilik səviyyələrinin yüksəl 
dilməsi sayəsində gətirilmişdir. Buna görə də texniki tərəqqinin sürətlə inkişaf etdiyi 
XXI əsrdə təhsilə olan ehtiyac birəmin artmaqdadır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə