MəHƏMMƏD Əliyev həMİd həMİdov


 Konfranslar, qrup yığıncaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   135
KY0000382

2. Konfranslar, qrup yığıncaqları. 
Ən az 10-15 işçinin (işə alışdırma proqramlarına) Təlimatlandırma proqram 
larına cəlb edildiyi zaman Konfranslar və qrup yığıncaqları təşkil olunur. Sayca çox 
olan yeni işçilərlə tək-tək maraqlanmaq əvəzinə, bütün işçilərlə təlimatlandırma 
proqramlarının eyni vaxtda çatdırılması vaxta qənaət edər və xüsusiylə satıcıların 
əmək şəraitinə uyğunlaşmaları ilə bağlı təhsillərinə müsbət təsir göstərir. 
Konfranslarda xüsusiylə işə yeni qəbul olunmuş işçilərə «Müəssisəyə xoş 
gəlmisiniz» kəlmələri deyildikdən sonra təşkilatla bağlı fikirlər, təşkilatla tanıtmaq 
üçün bəzi məlumatlar verilir. Konfransların sonunda mövzu ilə bağlı suallar verilmə- 
sinə şərait yaradılır. 
Qrup yığıncaqları isə qarşılıqlı dialoq şəkilində keçirilir. Bəzən də kinolentiərdən 
istifadə olunur. 
3 Kinolentlər. 
Qrup yığıncaqlarını tamamlayan kinolentlər, içərisində film və slaydlar olan 
lentlərdən, xüsusi sərgiiərdən, qapalı devrə leleviziya və müəssisəyə aid olan 
xəritələrdən ibarətdir. Xüsusiylə kinolentlərdə göstərilənləri izah edən təşkilatla 
təmsilçisi diqqəti cəlb etməkdədir. 
4. Müəssisədaxili gəzintilər. 
Müəssisədaxili gəzintilər gözlə görərək tapmaq baxımından çox əlverişlidir. Bu 
gəzintilər bir nəfər rəhbər tərəfindən həyata keçirilir. Rəhbər şəxs iş yerinin əhatəsini, 
işlə bağlı bəzi materialları izah etməyə çalışır. Beləliklə yeni işçilərdə təşkilatla bağlı 
müsbət fikirlər yaranır. Beləliklə, yeni işçilərin ilk əvvəl keçirdikləri həyəcanlar
müəssisə barədəki bəzi mənfi fikirlər ortadan qalxır. 
downloaded from KitabYurdu.org


84 
5. Rəhbər işçilər və ya mütəxəssislər tərəfindən həyata keçirilən 
təlimatlandırma: 
Xüsusiylə 
yeni 
işə 
başlayan 
işçilərin 
ayrı-ayrılıqda əmək şəraitinə 
uyğunlaşdırılması və işçilərə görəcəkləri işlər barədə danışıqlar aparmaq məqsədiylə 
rəhbər işçi və ya mütəxəssislər təzminatlandırılır. Bu şəxslər əsasən o rəhbər işçilərdir 
ki, onlar yeni işə qəbul olunan işçilərə iş yerini göstərir və gələcəkdə birlikdə işləyə 
cəyi digər işçilərlə onları tanış edirlər. Daha sonra yeni işçilərin öz üzərinə düşən vəzi 
fələrinin necə icra ediləcəyi sistemli bir şəkildə onlara izah edilir. Belə bir mühit yeni 
işə qəbul olunmuş işçinin bəzi işlə bağlı məlumatları almasına kömək edir və eyni 
zamanda onun başa düşmədiyi şeylərdən ona suallar vermək imkanı yaradır. 
Əmək şəraitinə uyğunlaşma hansı üsulla olursa-olsun məlumatlar birdən-birə 
işçiyə verilmir. Bu məlumatlar addım- addım, başadüşüləcək bir şəkildə işçilərə veril 
məlidir. 
İndiyə qədər izah edilənlərdən aydın olur ki, müəssisənin uzun müddətli 
fəaliyyət göstərməsi və inkişaf etməsi üçün tə- limatlandırma fəaliyyətlərinin böyük 
əhəmiyyəti vardır. Sadəcə seçmə mərhələsi müəssisənin məqsədinə çata bilməsi üçün 
kifayət etmir, eyni zamanda yeni işə qəbul edilən şəxslərin bütün bacarıq və 
qabiliyyətlərini istifadə edə bilmələri üçün müəssisənin amalına uyğun olaraq 
təlimatlandırma fəa- liyyətləri həyata keçirilməlidir. Təlimatlandırma fəaliyyəinin 
necə əhəmiyyət kəsb etdiyini aşağıdakı misal ilə izah etmək mümkündür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə