MəHƏMMƏD Əliyev həMİd həMİdov


Testlərin effektli olmasına təsir edən faktorlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   135
KY0000382

Testlərin effektli olmasına təsir edən faktorlar.
İnsan düşüncə 
və öyrənmə 
qabiliyyətini, spesifik xüsusiyyətlərini,əl 
qabiliyyətini,yaradıcılıq qabiliyyətini ölçməsində əsas meyar olan testlərin təsirli 
olması, bəzi faktorlardan asılıdir.
 
1.Testlər iş analizi ilə olaqəli olmalıdır:
- Müəssisə daxilindəki işlər 
əvvəlcədən analiz edilmişdir. İşin şərtləri, xüsusiyyətləri əvvəlcədən müəyyən edildiyi 
üçün, testlərin tərtibatında iş analizində göstərilən məlumatlardan istifadə olunmalıdır. 
Müəssisədəki ixtisaslı kadrlar işin tərifini, şərtlərini, xüsusiyyətlərini, qaydalarını 
məqsədlərinə uyğun olaraq təyin edir. Buna görə də seçmə mərhələsində bu 
məlumatlardan istifadə olunur. 
2
.
 
Fərd testin düzgünlüyünə inanmalı və güvənməlidır
:
 - 
Əgər fərd testin düz-
 
günlüyünə inanırsa və güvənirsə onda bu testlər daha çox təsir qüvvəsinə malikdirlər. 
Testin düzgünlüyü aşağıdakı qaydada yoxlanılır. 
Eyni şərait və şərtlər altında eyni test bir neçə dəfə tətbiq edilir. Nəticədə 
fərdlərin aldığı ballar eyni qalırsa, onda bu testə güvənmək mümkündür. 
3.
 
Testlərin anoloji olması:
 -
Testin bütün bölmələri bərabər olarsa, onların təsir 
qüvvələri də yüksək olar. Yeni fərd hər sual ətrafında düşünmə qabiliyyətini eyni cür 
istifadə edə bilər. 
4

Testin aktuallığı
; - Testlərdə iş qabiliyyəti, dünya görüşü ilə bağlı verilən 
suallar hər dövrdə öz aktuallağını qorumalıdır. Eyni zamanda testlərin məqsədəuyğun 
tərtib olunması da əsas faktorlar arasındadır. 
5

Testlərin istifadəsi:
- Testlər savadlı tərtib edilməli, tez-tez yoxlanılmalı və 
nəticələri hər zaman araşdırılmalıdır. Testlərin müəssisə və təşkilatların məqsədin 
uyğun olaraq seçilib istifadə olunması çox vacib şərtdir. Testlərin müəssisə və 
təşkilatların məqsədinə uyğun seçilməməsi və yaxud tək bir testin köməyi ilə işçilərin 
qiymətləndirliməsi nəticəsində bəzi xoşagəlməz nəticələr müşahidə oluna bilər. 
Testlərin nəticə və yekunları çox diqqətlə yoxlanılmalıdır, bu işə nəzarət edən və 
downloaded from KitabYurdu.org


69 
həyata keçirən şəxs yüksək ixtisaslı kadr olmalıdır. Eyni zamanda testlərin tətbiqində 
qarşılaşılan problemləri aradan qaldırmaq üçün eyni test bir ne 
çə dəfə tətbiq edilməli və alınan nəticələr müqayisə edilməlidir. Sualların tərtibatı 
zamanı hər sualın yerində verilməsinə və asan başa düşülən olmasına diqqət 
edilməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə