MəHƏMMƏD Əliyev həMİd həMİdov


PSİXOLOJİ TESTLƏR VƏ MÜSAHİBƏLƏR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   135
KY0000382

PSİXOLOJİ TESTLƏR VƏ MÜSAHİBƏLƏR 
Yuxarıda izah edildiyi kimi kadrların seçimində ən əsas mərhələ psixoloji 
testlərdir. Bu gün cəmiyyətdə testlər bir çox məqsədlərə görə istifadə olunur. Kadr 
seçimində, bu testlərin tətbiq edilməsində əsas məqsəd fərdlərin, qabiliyyət
bacarıqlarının təyini və xarakterik xüsusiyyətlərinin aşkara çıxarılmasıdır. Bu testlər 
ilk dəfə I Dünya müharibəsi zamanı tətbiq olunmuşdur. 
ABŞ-da bir hərbi qarnizonda əsgərlərin seçilməsində meydana gələn 
problemlərin həll edilməsi üçün, ilk dəfə 
«
Army Alpha»
 
adlı bir şəxs bir zəka testi 
downloaded from KitabYurdu.org


67 
həyata keçirmişdir. Bu gün bu test forması bəzi dəyişikliklərə məruz qalmış və 
kadrların seçilməsində geniş şəkildə istifadə olunur. 
Testlərin düzgün tərtibatı və tətbiqi nəticəsində müəssisədə bəzi xərclər və 
xətaların azalması müşayət olunur. Seçmə mərhələsində istifadə edilən testlərin 
köməyi ilə uyğun fərdi tapmaq mümkün olur. Ancaq testlər, seçmədə tək vasitə olaraq 
istifadə edilməlidir. Çünki, araşdırmalar nəticəsində müsahibələrində testlər qədər 
güclü təsiredici qüvvəyə malik olduğu müəyyən edilmişdir. Psixoloji testlərin köməyi 
ilə fərdin qabiliyyəti, xarakterik xüsusiyyəti, savad və bacarıqlarının analiz etmək 
mümkündür. Qısaca izah edilirsə, testlər qiymətləndirilməsində istifadə olunan ən 
düzgün vasitələrdir. Buna görə də bu testlər, təkcə seçmə mərhələsiylə əlaqədar deyil, 
həmçinin aşağıda göstərilən bütün sahələrlə əlaqəlidir. 
1.Calışan fərdlərin ixtisasa yönəldilməsi. 
2. Fərdin iş yerinin dəyişdiyi zaman həyata keçirilir. 
3 Təhsil proqramlarının təsirliliyini artırır. 
4.Təhsil ehtiyacının müəyyən edilməsində əsas göstəricidir. 
5. Fərdlərə bəzi tövsiyələr verilməsində çox böyük əhəmiyyətə malikdir. 
Kadrların seçilməsində isə bu testlərdən istifadə edilməsində bəzi məqsədlər 
güdülür. Əvvəla, testlər işçilərin iş yerinə alışmasına imkan yaradır. İkincisi, iş ilə işçi 
arasında bir əlaqə yaradır. İş və işçi tarazlığının meydana gəlməsinə kömək edir. 
Testlərin köməyi ilə fərdin nəyə qadir olduğu və gələcək illərdə imkanlarının nələr 
olduğu təyin edilir. Müəssisə rəhbərləri bu testlərin köməyi ilə təxmini də olsa, 
kimlərdə təhsil və ixtisas artırmağa ehtiyacın olduğunu təyin edir. 
Testlər insan mənəviyyatının bir ölçüsüdür. Testlərdə bəzi suallar verməklə
insanın dünya görüşü, mədəniyyəti barədə məlumat əldə edilir. Qarşılıqlı müqayisələr 
aparılmaqla kimlərin yüksək mənəvi keyfiyyətlərə malik olduqları aşkara çixarılır. 
downloaded from KitabYurdu.org


68 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə