MəHƏMMƏD Əliyev həMİd həMİdov


İŞÇİ TƏMİNATSNIN ƏHƏMİYYƏTİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   135
KY0000382

İŞÇİ TƏMİNATSNIN ƏHƏMİYYƏTİ
Müəssisədə işçilərin sayında azalma meydana gəldiyi zaman bu azalma halını 
aradan qaldırmaq üçün lazımi işçi qüvvəsini tapmaq və onların müəssisəyə axınına 
nail olmaq işçi qüvvəsinin təminatı prosesinin əsas vəzifələrindəndir. 
Ancaq hər hansı bir iş yeri boşalan zaman bu iş yerinin doldurulması prosesi 
aparılmaya da bilər. Əsas etibariylə işdən azad olma halları, müəssisənin böyüməsi və 
ya digər müəssisələrlə birləşməsi halları, yeni proyektlərin işlənib hazırlanması 
zamanı yeni işçi qüvvəsinin təminatı əvəzinə müəssisə rəhbərləri başqa strate qiyalar 
tərtib etməklə bu problemi həll etməyə çalışırlar. Məsələn: 
downloaded from KitabYurdu.org


50 

 
 
Gələcəkdə görülməsi nəzərdə tutularn işlər bir daha nəzərdən keçirilir və bu 
bölmələrdə olan başqa işçilər tərəfındən həyata keçirilir. 

 
Əlavə işləmə saatı və buna uyğun olaraq da əlavə əmək haqqı ödən məklə, hal-
hazırda müəssisə daxilində çalışan işçi qüvvəsinin əməyi sərf edilir. 

 
Avtomatlaşdırma tətbiq edilir. 

 
 
Bir neçə növbəli iş tətbiq edilir
.
Ancaq bu sadalanan yollar hər vaxt təsirli olmur. Çünki işçilər nəzərdə tutulan iş 
saatından çox işlədikləri zaman onlarda fıziki və zehni yorğunluq meydana gəlir. Bu 
isə onların məhsuldarlığına öz mənfi təsirini göstərir. Belə halların meydana 
gəlməməsi üçün çox vaxt yeni işçi qüvvəsinin müəssisəyə cəlb edilməsi və ya təmi 
natı yolu seçilir. 
İŞÇİ QÜVVƏSİNİN TƏMİNATI PROSESİNDƏ ƏSAS MƏRHƏLƏ VƏ 
ÜSULLAR 
İşçi qüvvəsinin təminatında planlaşdırma mərhələsində hazırlanan işçi 
qüvvəsinin planları və bölmə rəhbərlərinin tələbləri nəzərə alınır və bunlara uyğun 
lazım olan işçi sayı müəyyənləşqdirilir. 
Sonra isə görülməsi nəzərdə tutulan işlərin əsas xüsuilyyətləri iş analizində 
verilən düşüncələr, idarəedicilərin təklifləri, müəssisənin işlətdiyi siyasət nəzərə alınır 
və buna uyğun lazım olan işçi sayı və işçilərin spesifik xüsusiyyətləri müəyyən edilir. 
Bu prosesdən sonra potensial işçi qüvvəsini tapmaq, onları xəbərdar etmək və bu işçi 
qüvvəsinin müəssisəyə cəlb edilməsinə nail olmaq üçün bəzi strategiyalar həyata 
keçirilir. Strategiyalar müəyyən edildikdən sonra işçilərin təminatı prosesini həyata 
keçirəcək məsul şəxslər və mütəxəssislər təyin edilir. Aşağıdakı şəklin köməyi ilə bu 
proses daha ətraflı izah edilmişdir: 
downloaded from KitabYurdu.org


51 
Şəkil 8. İşçi qüvvəsinin təminatı prosesi
 
İşçi qüvvəsinin təminatı mərhələsində istifadə olunan mənbə və üsullar 
müəssisədən müəssisəyə dəyişməkdədir. Rəhbər işçilərin bu işdə məsləhətləri və 
mütəxəssislərin fikirləri nəzərə alınaraq işçi qüvvəsinin təmin edilməsində müxtəlif 
mənbələrdən istifadə olunur. Bu mənbələr aşağıdakilardır: 
-Müəssisə daxili və xaricində olan mənbələr. 
- Zəmanətlə müəssisəyə cəlb edilənlər. 
- Dövlət və özəl əmək məşğulluğu mərkəzləri
- Təhsii ocaqları
- Başqa quruplar
Bu mənbələrdən hansının istifadə olunması müəssisə üçün o qədər də əhəmiyyət 
kəsb etmir. Burada əhəmiyyət kəsb edən məqam fərdin keyfiyyətinin işə uyğun 
downloaded from KitabYurdu.org


52 
olmasıdır. İşçi qüvvəsinin təminatı prosesinin başlıca hədəfi çox sayda, ancaq işə 
uyğun olmayan fərdlər əvəzinə, lazımi qaydada bacarığa malik olan işçilərin 
müraciətinə nail olunmasıdır. Ehtiyat işçilər arasından müəssisə üçün lazım olanların 
seçilib işə yərləşdirilməsi çox məsrəfli və vaxt alan bir prosesdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə