MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   135
KY0000382


 
İş analizi nəticələrinin istifadə edildiyi başqa bir sahə də insan resurslarının 
seçilməsi sahəsidir. Müəssisə və təşkilatlrın apardığı kadr siyasətinin ən çətin tərəfı, 
işə qəbul və yerləşdirmə fəaliyyətlərinin yerinə-yetirilməsi zamanı aşkar edilir. Yeni 
işçilərin işə qəbulu zamanı, işçiylə iş arasındakı uyğunluğun mövcud olub-olmadığını 
təyin etmək lazımdır. İşə uyğun insan seçilməsi mexanizminə riayət edilməlidir. Ona 
görə də işin quruluşu, xüsusiyyəti, işlə əlaqədar məsuliyyət dərəcəsi və əmək 
şərtlərinin təyin edilməsi vacibdir. 
downloaded from KitabYurdu.org


25 

 
İş analizi, təhsil və inkişaf mərhələlərinin həyata keçirilməsində mühüm rola 
malikdir. Bildiyimiz kimi iş analizinin köməyi ilə kimlərin hansı mövzularda və nə 
səviyyədə təhsilə ehtiyac duyduğu asanlıqla müəyyənləşdirilir. 

 
İş analizi sayəsində bütün mövqelərdəki vəzifələr açıq-aşkar müəyyən 
olunduğu üçün, müəssisə daxilində olan anlaşılmazlıqlar aradan qalxır. 

 
İş analizi nəticələri çalışma prosesində də istifadə edilir. Əldə olunan 
nəticələrin köməyi ilə proseslərin əhəmiyyət dərəcəsi müəyyənləşdirilir. İşlə əlaqədar 
bəzi detallar diqqətlə işlənib hazırlandıqdan sonra, insan-maşın arasındakı tarazlığın 
yaradılması, maddi baxımdan uyğun gələn və arzu edilən nəticələri ortaya çıxarır. 

 
İş analizi nəticələrindən bəhrələnməklə müəssisələrin malik olduqları əmək 
haqqı miqdarları ilə, digər müəssisənin ödədiyi əmək haqqı miqdarları müqaisə edilə 
bilər. 
İS ANALİZİ PROSESİ: 
İşlərin analiz edilməsi, olduqca çətin və vaxt aparan bir prosesdir. İş analizi 
prosesinin qənaətbəxş bir şəkildə həyata keçirilməsi üçün, bu prosesə başlamazdan 
əvvəl-bəzi qərarlar vermək və planlar hazırlamaqda fayda var. Verilən qərarlar və 
hazırlanmış olan planlar iş analizində nələrə diqqət ediləcək?, hansı məlumatlar 
toplanılacaq?, məlumatları toplamaq üçün hansı üsullardan istifadə ediləcək? iş 
analizi prosesini kimlər həyata keçirəcək?, bu şəxslərin seçilməsi və təhsili hansı 
çərçivələr daxilində yerinə-yetiriləcəkdir? - bu kimi və buna bənzər suallara cavab 
vermək iqtidarına malik olmalıdır. 
Çalışmalara başlamazdan əvvəl analizin səmərəsini artırmaqdan ötrü rəhbərliklə 
işçilər arasında işgüzar əlaqələr yaradılmalıdır. 
İş analizi planlarını hazırlayan müəssisədaxili komitələrə işçilərin bir qisminin 
üzv olması çalışanların effektini artıracaqdır. Bu çalışmalar zamanı «Doğruluq», 
«Diqqət» kimi ünsürlərə diqqət edilməlidir. 
downloaded from KitabYurdu.org


26 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə