MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   135
KY0000382

 
 
downloaded from KitabYurdu.org


13 
Şəkildən də görünür ki, əvvəlcə ehtiyaclara əhəmiyyət verildiyi halda, get-gedə 
insanlar arası əlaqələr ön plana çıxmışdır. Bunun nəticəsində də Hərnkarlar İttifaqına 
bənzər quruluşlar (Sendikalar) meydana gəlmişdir. Bu hərəkat 50-ci illərə qədər zəif 
inkişaf etmiş, 70-ci illərdə isə fəaliyyətlərində bir dönüş yaratmışdır. Bu dönüşün 
meydana gəlməsinə səbəb olan amil, müəssisə və təşkilatlarda insanlara verilən 
qiymətin artırılması ilə əlaqələndirilir. Artıq insan müəssisə üçün bir resursdur, bir 
sərmayədir. Onun müəssisədaxili fəaliyyətlərə etdiyi təsir qüvvəsi böyükdür. Ona 
görə də insan, müəssisənin məqsədlərinə nail olmasında əsas faktordur. Bu çərçivədə 
hər bir işçinin müəssisə fəaliyyətlərinə etdiyi təsir qüvvəsi gücləndirilməli, daha 
effektli və məhsuldar iş rejiminə nail olunmalıdır. 
İnsan resurslarının məqsədəuyğun idarə edilməsi ilə müəssisə və təşkilatlar digər 
qurumlarla rəqabətetmədə üstünlüyü əldə edə bilərlər. 
İşçi qüvvəsinin idarə ediiməsindən insan resursiarının idarə 
ediiməsinə keçiddə əsas mərhələlər 
Fərdlərin idarəedilməsi və idarəedici şəxslərin rolu sənaye inqilabından sonra hər 
dövrdə fərqli şəkillərdə qarşımıza çıxır. Hər bir dövrün özünə məxsus xüsusiyyətləri 
sosial həyatla, iş və müəssisə ilə bağlı olan düşüncələri formalaşdırmışdır. 
Tarixi inkişaf aşağıdakı mərhələlərlə təzahür etmişdir:
1. XIX əsri xarakterizə edən xüsusiyyətlər sosial ədalətsizlikdir. İşəgötürənin 
davranışları tənqid atəşinə tutulur. 
2.İşə götürənin davranış tərzi bə'zi dəyişikliyə uğramış, bə'zi irəliləyişlər 
olmuşdur. İşçilərə yardımlar və haqlar verilmişdir. Məs: Uşaqların doğulması, 
sağlamlıq sığortası kimi. 
Fizioloji şərtlərdə bə'zi düzəlişlər baş vermişdir. İdarəçilikdə ixtisaslaşdırma, 
müəssisələrin böyüməsi halları müşahidə edilir. Bəzi seçmə, təhsil, işə yerləşdirmə 
kimi proseslər meydana gəlmiş, ağır olan iş şərtlərində zəifləmə baş vermişdir. 
Bürokratizm hökm sürmüş, işəgötürənə xidmət etmək əvəzinə təşkilata xidmət 
əhəmiyyət qazanmışdır. 
downloaded from KitabYurdu.org


14 
Bəzi Sosial elmlərin təzahürü də bu dövrdə baş vermişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə