MəHƏMMƏD Əliyev həMİd həMİdov


Müəssisə və təşkilatların get-gedə böyüməsi:-



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   135
KY0000382

1.Müəssisə və təşkilatların get-gedə böyüməsi:- 
Mexanikləşdirmə və Avto 
matlaşdırma sayəsində müəssisələr həcmcə böyümüş və nəticədə vahid mərkəzdən 
idarə edilən iri həcmli qurumlar meydana gəlmişdir. 
2.Qlobal rəqabətin artması: -
Ticarət və istehsal fəaliyyətləri ölkələrin 
sərhədlərini aşaraq, beynəlxalq əhatə dairəsinə girmiş, istehsal faktorlarının 
çatışmamazlığı, texniki tərəqqi, müəssisələr arası rəqabəti daha da gücləndirmişdir. 
Gündən-günə artan rəqabət nəticəsində müəssisə və təşkilatlar öz varlıqlarını qorumaq 
və inkişaf etdirmək üçün İnsan Resurslarının əhəmiyyətinin fərqinə varmışlar. 
 3.Texniki tərəqqinin inkiqşafı:
- Müəssisə və təşkilatlarda kompüter dəstəkli 
istehsal sisteminin istifadə edilməsi, yeni texnologiyanın istehsal proseslərində 
meydana gətirdiyi dəyişikliklər İnsan Resurslarının əhəmiyyətini artıran faktorlar 
downloaded from KitabYurdu.org


11 
arasında yer alır. İstifadə olunan texnologiya və proseslərdə baş verən dəyişikliklərlə 
ayaqlaşacaq işçiləri inkişaf etdirmək, bu gün müəssisə və təşkilatların əsas 
vəzifələrindəndir. 
4. İşçi qüvvəsinin quruluşundakı dəyişikliklər:
-
işçi qüvvəsinin demoqrafik 
xüsusiyyətləri gündən-günə dəyişməkdədir. Buna görə də insan resurslarının idarə 
edilməsindəki məsul olan şəxs və ya şəxslər bu dəyişiklikləri izləyə bilməli və lazımi 
tədbirləri vaxtında həyata keçirməlidir. Məsələn, Qadın işçilərin artması kənd 
təsərrüfatı sahəsində işləyənlərin bir hissəsinin sənaye sektoruna axını bu 
dəyişikliklərdən bəziləridir. 
5. İnsanların təhsil səviyyələrinin yüksəlməsi:
- Sənayedə baş verən inqilab,
 
insanların oxuyub-yazma qabiliyyətlərinin və təhsil səviyyəsinin yüksəlməsinə səbəb 
olmuşdur. Bununla əlaqədar olaraq insanların elmi səviyyələri artmış, tələbatları 
dəyişmişdir. İstehsalatın texnoloji inkişafı, təhsil səviyyəsinin yük səlməsinə və 
inkişafına zəmin yaratmışdır. Artıq işçi qüvvəsini meydana gətirən insanlar müstəqil 
qərar vermək, bacarıq və qabiliyyətlərini inkişaf etdirmək və istehsal prosesində bütün 
biliklərini nümayiş etdirmək istəyirlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə