MəHƏMMƏD Əliyev həMİd həMİdov


İNSAN RESURSLARININ ƏSAS FUNKSİYALARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   135
KY0000382

 
İNSAN RESURSLARININ ƏSAS FUNKSİYALARI 
Bütün təşkilatların ortaq varlığı insandır. İnsan təşkilatların ən dəyərli varlığı 
olmaqla bərabər, digər fiziki varlıqları, məhsuldar qüvvələri təşkilatın məqsədinə 
uyğun bir şəkildə birləşdirən, təsirli və keyfiyyətli bir şəkildə birgə çalışmalarını 
təmin edən bir ünsürdür. 
İnsan resurslarının idarə ediiməsi, müəssisənin ehtiyacına cavab verən, kadrların 
tapılması, inkişaf etdirilməsi, təhsilinin tə'min edilməsi; qiymətləndirilməsi, əmək 
haqqı ilə təmin olunması və mükafatlandırılması kimi əsas funksiyalardan ibarətdir. 
Kadrlarla bağlı yuxarıda sadalanan funksiyaların yerinə yetirilməsində işçi qüvvəsi ilə 
bağlı olan müxtəlif problemlərin həll edilməsi üçün müəssisə və təşkilatların 
daxilində bu bölməyə böyük ehtiyac vardır. Ümumiyyətlə, müəssisə və təşkilatların 
məqsədlərinə nail olmaq üçün düzgün planlaşdırılmış, seçilmiş və ixtisaslaşdırılmış 
insanları müəssisədə saxlamaq və məqsədyönlü şəkildə istiqamətləndirmək lazımdır. 
Bu fəaliyyətlər insan resurslarının idarə edilməsinin ən vacib şərtlərindəndir. 
downloaded from KitabYurdu.org



İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi 
İnsan Resurslarının İdarə edilməsi, bəşəriyyətin yarandığı gündən paralel olaraq 
inkişaf etmişdir. İnsan resurslarının idarə edilməsi fənninin əsasını fərdlər arasındakı 
münasibətlər təşkil edir: Bu münasibətlərə tə’sir edən faktorlar getdikcə dəyişərək 
inkişaf etməkdədir. Bu faktorların mənbəyi sosial, siyasi, texniki və mədəni mühitdir. 
Əvvəllər işçi qüvvəsinin idarə edilməsi adı ilə ədəbiyyatda yer alan, fərdlərlə 
bağlı olan bu elm, bu gün İnsan Resurslarının İdarəedilməsi adı altında ifadə 
edilməkdədir. İşçi qüvvəsinin idarəedilməsi ikinci dünya müharibəsi illərində bir elm 
kimi tətbiq edilməyə başlamışdır. Ancaq işçilərə bağlı olan problemlərin əhəmiyyət 
kəsb etməsi, insanlararası iş əlaqələrinin izah edilməsi XIII əsrin sonlarında sənaye 
dövründən sonra inkişaf etmişdir. Sənaye dövründən əvvəl maşınlarla həyata keçirilən 
işlər əhəmiyyət qazanmadığına görə bütün işlər insan əməyinin köməyi ilə həyata 
keçirilirdi. İnsanlar evlərdə və otelyelərdə kiçik həcmli istehsalla məşğul olur və 
bazarlardakı satış fəaliyyətlərini dar bir çərçivədə həyata keçirirdilər. 
Sənaye dövründən sonra maşın və digər texniki vasitələr insan əməyini əvəz 
etməyə başlamış, fabrik və zavodlardakı istehsal həcmindəki artım müəssisələrin işçi 
qüvvəsinə olan tələbatını ortaya qoymuşdur. Müəssisələr getdikcə böyümüş, 
sərmayələr müəyyən əllərdə toplanmış, işçi qüvvəsinin təşkilatlandırılması fəaliyyəti 
təzahür etmişdir. O dövrlərdə təhsil səviyyəsinin aşağı olması ilə əlaqədar insanlar 
əsasən az miqdarda əmək haqqı ilə çətin əmək şəraitində çalışmaq məcburiyyətində 
idilər. Əmək haqqı səviyyəsi, işləmə müddəti və əmək şəraiti ilə bağlı olan bir çox 
problemlər sənayeləşmə dövründə meydana gəlmiş və elmi qarşıdurmalara səbəb 
olmuşdur. 
Sənaye dövrünün xüsusiyyətləri qısaca olaraq aşağıda sıralanmışdır: 
- Evlərdə olan istehsal, fabrik və zavodlarda həyata keçirilən istehsalla əvəz
olunmuşdur. 
- İnsan əməyinin yerini maşınlar tutmuşdur. 
downloaded from KitabYurdu.org



- İxtisaslaşma artmış və keyfiyyət yüksəlmişdir. 
- Elmi və texniki tərəqqidə sürətli inkişaflar baş vermiş və sənayedə tətbiq 
edilməyə başlamışdır. 
- Fabrik və zavodları quran sərmayədarların sayı artmışdır. 
- Fabrik və zavodlarda iş bölgüsü, ixtisaslaşma və elmi idarəçilik prinsipləri 
tətbiq olunmağa başlamışdır. 
Sənayedə baş verən bu inqilab I Dünya müharibəsi illərində hərbi texnikanın 
inkişafına zəmin yaratmışdır. İşə uyğun olan insanların seçilməsi və təhsilin tərəqqisi 
əhəmiyyət qazanmağa başlamışdır. İşçi qüvvəsinin idarəedilməsinin əhəmiyyətini 
dərk edən bir çox quruluşlarda kadrlar şöbəsinə bənzər bəzi şö'bələr yaratmağa 
başlamışdır. 
İstehsalın kiçik oteliyelərdən böyük həcmli fabrikalara doğru istiqamətlənməsi 
çoxlu sayda işçinin əmək fəaliyyəti nəticəsində bu günkü Həmkarlar İttifaqının 
fəaliyyətinə bənzər işçilərin hüquqlarını qoruyan və müdafiə edən bə'zi qurumlar 
yaradılmışdır. Bəhs edilən bu qurumlar əsas məqsədi, əmək haqlarının artırılması, iş 
saatlarının azaldılmasına, əmək şəraitinin yüngülləşməsinə nail olmaq idi. 
Müharibələrin də işçi qüvvəsinin idarəedilməsinin inkişaf etməsində böyük rolu 
vardır. Müharibələr zamanı yüksək ixtisaslı hərbiçilərə olan ehtiyac hiss edilmiş, ordu 
rəhbərləri ixtisaslı hərbiçiləri tapmaq və inkişaf etdirmək kimi tədbirlərin 
əhəmiyyətini dərk etməyə başlanılmışdır. 
II Dünya müharibəsindən sonra idarəçilik elmində də sürətli inqilab baş vermiş, 
orta və üst təbəqə idarəediciləri daha çox əhəmiyyət qazanmışdır. İdarəçilik elmində 
bəzi yeni üsullar inkişaf etdirilmiş, işçi qüvvəsinin sosial və psixoloji tərəfləri nəzərə 
alınaraq işçilərin müəssisə daxilindəki davranışları araşdırılmış və nəticə etibarilə 
«motivasion», mənəviyyat, mükafatlandırma kimi mövzular forma laşmağa 
başlamışdır. 
M.s Gregorun «X və Y teoriyası», Maslovun «Ehtiyaclar piramidası» kimi elmi 
çalışmaları insanların idarə edicilik mövzusundakı düşüncələrinə yenilik gətirmişdir. 
downloaded from KitabYurdu.org


10 
Digər tərəfdən işçilərin təhlükəsizliyi, əmək şəraitləri və iş şərtləri əmək haqqı və 
işdən azad olma kimi bir çox mövzular hüquqi normalarla qanunlaşdırılmışdır. 
İnsanlar bu gün sahib olduqları bir çox haqlarının böyük bir qismini 1960-1970-ci 
illərdə əldə etmişdir. 
Bu tarixi proseslər işçi qüvvəsinin idarəedilməsi fəaliyyətlərinin əhəmiyyətini 
ortaya çıxarmışdır. 1990-cı ildən başlayaraq insan amilinə verilən qiymət daha da 
artmış, məhsuldar çalışmaqda əsas vasitə olan insan əməyi daha yüksək dəyər 
qazanaraq «insan sərmayəsi» (Human capital) düşüncəsini formalaşdırmışdır. 
Son 20-30 ildə İnsan Resurslarında sürətli dəyişikliklər baş vermiş, işi icra edən 
şəxslərdə axtarılan bəzi keyfiyyətlər dəyişmiş və həyata keçiriləcək işçilərin 
xüsusiyyətləri də dəyişikliyə məruz qalmışdır. 
Bu dəyişikliklər zamanı getdikcə inkişaf edəcək insan resurslarının idarə 
edilməsi ilə bağlı bir sahənin formalaşmasına zəmin yaratmışdır. 
İnsan resurslarının idarəedilməsinə təsir edən amillər aşağıda göstərilmişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə