MəHƏMMƏD Əliyev həMİd həMİdov


İşçi qüvvəsirıin (kadrların) idarə edilməsiylə insan resurslarının idarə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   135
KY0000382

İşçi qüvvəsirıin (kadrların) idarə edilməsiylə insan resurslarının idarə 
edilməsi arasındakı fərqli cəhətlər 
İşçi qüvvəsinin idarə edilməsinə paralel olaraq inkişaf etmiş bütün nəzəriyyələrin 
təməlini işçilərlə iş təşkil edir. İşçilərin tapılması, təhsili, əmək haqqı sistemlərinin 
təşkili və əmək şəraitinin yaxşılaşdırılması kimi işçi qüvvəsi ilə əlaqədar olan bütün 
fəaliyyətlər tam olaraq izah edilir. İnsan resurslarının idarə edilməsi ilə bağlı 
nəzəriyyələrdə isə çalışanlar ayrı- ayrı izah edilir. Hər bir işçinin müəssisəyə verdiyi 
faydanın maksimum səviyyəyə yüksəlməsinə çalışır. İşçi qüvvəsinin idarə edilməsi 
fəaliyyəti idarəçilik ilə paralel təzahür etmir. Buna görə də işçilərlə rəhbərlik arasında 
əlaqə yaradıcı rolunu həyata keçirir. 
İnsan resurslarının idarə edilməsi rəhbərliyin ehtiyac duyduğu İnsan resurslarını 
təmin etmək istiqamətində fəaliyyətlərin həyata keçirilməsinə əsaslanır. İnsan gücünə 
olan tələbat nəzərə alınır. Planlaşdırma, izləmə və nəzarət fəaliyyətləri burada daha 
çox əhəmiyyət kəsb edir. İnsan resurslarıyla əlaqədar meydana çıxan problemlərin 
həll edilməsində məsuliyyət daşıyan şəxslər rəhbər işçilərdir. 
Rəhbər işçilərlə çalışanlar arasında əlaqələri inkişaf etdirmək vəzifəsini insan 
resurslarının idarəedilməsi departamentinin rəhbəri həyata keçirir. 
Bu rəhbər işçi birləşdiriciçi funksiyasını həyata keçirərək təşkilatı bütün birvarlıq 
olaraq ələ alır, məhsuldarlığın yüksəlməsi istiqamətində fəaliyyətləri həyata keçirmək 
üçün digər bütün departamentlərin rəhbərləriylə iş birliyi yaradır. İnsan resurslarının 
idarəedilməsi prooktivdir. Yəni hadisələr cərəyan etməmişdən əvvəl planlar tərtib 
olunur və vəziyyətin tə'min edilməsi istiqamətində tələblər hazırlanır. Ancaq işçi 
qüvvəsinin idarəedilməsi isə reaktivdir. Hadisələr və problemlər meydana çıxdığı 
zaman onların həlli yolu axtarılır. Bu fərqliliklər aşağıda daha aydın bir şəkildə izah 
edilmişdir. 
downloaded from KitabYurdu.org


16 
Müəssisə 
daxilində 
işçilər 
mahiyyəti 
artıran 
bir 
amil 
olaraq 
qiymətləndirilməməli, əksinə bir sərmayə (Human capital) kimi, yəni investisiya 
qoyulan bir resurs olaraq qiymətləndirilməlidir. Buna görə də insan resurslarının 
idarəedilməsində əsas diqqət edilən fəaliyyətlər bunlardır: İşçilərin seçilməsi, işgörmə 
qabiliyyətinin (performans) təyini, inkişaf və mükafatlandırma. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə