Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə37/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
un  poeziyası düşmənə nifrət,  d osta m əhəbbətlə  dolu humanist 
bir poeziyadır.  S.Vurğun lirikasının qəzəb və məhəbbət motiv­
ləri yalnız milli xüsusiyyətləri ilə yox, həm də ümumbəşəri məz­
m unu ilə mənalı və dərindir.
S.Vurğun  yazırdı:  «M ənsub  olduğu  xalqın  varlığı  ilə  fəxr 
etməyən,  onun  eşqini  müqəddəs  b ir  məşəl  kimi  öz  qəlbində 
yandırm ayan bir insan öz vətəndaşlıq haqqım  dərk edə bilməz, 
ona vətənpərvər demək də gülünc  olar.»  («Azərbaycan məktə­
bi» jurnalı,  1945, №  2, s.13)
Şair  yaradıcılığının  ilk  dövründən  torpağa,  zəhmətə,  qu­
ruculuğa bağlı,  onu tərənnüm  edən  sənətkar  olmuşdur.  O, po­
eziyasında  əməyi  yalnız  fiziki  fəaliyyət  kimi  deyil,  əməyin  ro­
mantikasım  məharətlə  tərənnüm   etmişdir.  M əhz  bu  səbəbdən 
onun  qəhrəm anları  təkcə  əmək  keyfiyyətlərinə  görə yox,  həm 
də  mənəvi  yüksəklik,  ucalıq  keyfiyyətləri  ilə  romantik  qəhrə­
m an  səviyyəsinə  qalxırlar.  M üasirlik,  həyatın  anbaan  dəyişən 
sürətindən geri qalm am aq,  zam anın hər anından faydalanmaq 
Səməd V urğun yaradıcılığının əsas  keyfiyyəti,  ideya çalarlarm- 
dandır.  Səməd  Vurğun  şeirinin  əsas  fəlsəfi  mənası belədir:  əta­
lətə,  süstlüyə,  durğunluğa  etiraz,  yaşam aq,  yaratmaq,  sellər­
dən,  sulardan yeyin  axm aq,  şimşəklə yanaşı  göylərdə gurulda­
maq, aləmə səs-salmaq, sevmək, sevilmək!
Şair  yaradıcılığında  böyük  problem lərə  müraciət  etmiş  və 
onun  həllinə  çalışmışdır.  O nun  m üraciət  etdiyi  sahələrdən  biri 
də dram aturgiyadır.  «Yazıçı öz əsərinin övladı və ideoloqu  ol­
malıdır», «M ən istərəm filosoflar səhnəmizə söz yaratsın» kimi 
müddəaları Səməd  Vurğun  öz dram aturji yaradıcılığına da tət­
biq edirdi.
Fikrimizi  K am al  Talıbzadənin  sözləri  ilə  yekunlaşdırmaq 
istərdik:  «Səməd  V urğun  yeni,  böyük  bir  poetik  məktəbin  ba­
nisidir.  O,  ecazkar  sənəti  ilə  26  ildən  artıq  bir  dövrün  bədii  tə­
fəkkürünə güclü təsir göstərmiş,  özünün davamçılarını yetişdir­
miş,  onları  uzun  zam an  öz  nüfuz  təsirində  saxlamış  və  daha 
böyük yüksəliş üçün onları silahlandırm ışdır,» (Səməd Vurğun, 
seçilmiş əsərləri,  1-cicild, Bakı,  1986, s.  14)
146
İntellektual ekologiya
Bəxtiyar  Mahmud  oğlu  Vahabzadə  (1929-2009).  Azər­
baycan xalq şairi, dram aturq, ədəbiyyatşünas, ictimai xadim.
Biz  Bəxtiyar  Vahabzadə  haqqında  nə  yaza  bilərik?  Desək 
ki,  Bəxtiyar gözəl  şair idi, bunu hamı bilir, vətənpərvərdir -  ye­
nə təzə bir şey demirik,  ictimai xadimdir -  bunu bütün  Şərq bi­
lir, filosofdur -  əsərləri buna tam  cavab verir.
Yazıçı  Mehdi  Hüseyn  Bəxtiyar  Vahabzadə  haqda  yazdığı 
məqalələrdən  birində  onu  «narahat  şair»  adlandırmışdır. 
B.Vahabzadə özü yazır:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız bundadır.
Çingiz  Aytmatov:  «...D ünyada  ad  çıxaran  çox  şair  var. 
Qəzet  və  jurnalları  vərəqlədikcə,  görürsən  ki,  əsl  şair  azdır. 
Ток-tənha  qalanda  bir  neçə  kəlmə  ilə  «həyat  nədir?»  sualına 
cavab axtaranda yalnız sözü fikrindən,  obrazdan,  ruh və nəfəs­
dən  yoğrulmuş  həqiqi  şairlər sənin  yaşamaq  eşqinə,  düşüncələ­
rinə  qol-qanad  verir.  Müasirimiz  Bəxtiyar  Vahabzadə  belə  şa- 
irlərdəndir.»
Professor  Ağamusa  Axundov:  «...şair  (B.Vahabzadə  - 
O. M.,  Z.H .),  şirəsi  el  ədəbiyyatından,  ətri  Vətən  torpağından, 
ruhu xalqın  ürəyindən  gələn  doğm a  ana  dilində  həyatın  bütün 
sahələrinə,  insan  qəlbinin  ən  incə,  ən  dərin  guşələrinə aid  əsər­
lər yazıb.»
Sevgin  gözlərində bizi böyütdü,
Öyündün  bizimlə, ey xalq, ey Vətən!
Həmişə qəlbimdən bir sual ötdü:
Sənin hörmətinə layiqəmmi mən?
B.Vahabzadə  məsləkli  şair  idi.  O,  həyatı  boyu  öz məsləki 
uğrunda mübarizədə heç bir maneədən çəkinməmişdir.
B.Vahabzadə təbiətin,  torpağın vurğunu,  ekoloji  normala­
rın pozulmasının amansız düşməni idi.
147


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Təbiətin sümüyündə dirəndik,
Üiyini sorasıydıq, sorası.
Əlimizdə bu anam ız torpağın 
Dağlanmamış görən qaldı harası?
Y aram şdan biz övladıq, o, ana,
Bu sitəmi necə qıydıq biz ona?
H ara gedir o, fırlana-fırlana,
Sinəsində çalın-çarpaz yarası?
Dil  uğrunda  ən  mübariz  ziyalılardan  olan  şair yazır:  «Biz 
dilimizə  heykəl  qoymadıq,  heç  olmasa,  gəlin  ona  xəyanət  et­
məyək».
B.Vahabzadə maarifpərvər şairdir.  O yazır:  «Biliksiz müəl­
lim  işıqsız  çıraq,  quruyan  bulaq  kimidir.  Savadsız müəllim ol­
m aq  ən  böyük  cinayətdir,  o,  neçə-necə  uşaq  nəslini  şikəst  edə 
bilər, cəmiyyətə nə qədər «zay məhsul» verər! O dur ki, müəllim 
kadrlarının  hazırlanmasına  çox  böyük  diqqət  və  məsuliyyətlə 
yanaşmaq  lazım  gəlir.»  (B.Vahabzadə,  «Gəlin  açıq  danışaq», 
Bakı,  1988, s. 81)
Hörmətli oxucu, Bəxtiyar poeziyasından, sənətindən, fəlsə­
fəsindən,  vətənpərvərliyindən,  humanizmindən,  mübarizliyin­
dən,  insana  məhəbbətindən  neçə-neçə  monoqrafiya,  elmi  əsər 
yazmaq  olar.  Bəxtiyar yaradıcılığı  hələ  illərlə  tədqiqat  obyekti 
olacaq,  Bəxtiyar  cismani  bizi  tərk  etsə  də,  Bəxtiyar  şamı  daim 
yanacaq, bəşərin müsbət intellektual yoluna şəfəq saçacaqdır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Hörmətli  oxucu!  Biz  Bəxtiyar  Vahabzadənin  vəfatı  m üna­
sibətilə  «İrfan»  (№  28,  2009)  jurnalında  Saleh  Zeki  Mericin 
«Xəzərdə batm ayan günəş Bəxtiyar Vahabzadə» məqaləsindən 
bir  hissə  verməyi  məqsədəuyğun  hesab  etdik:  «Şairlər  bir  cə­
miyyətin  yüksələn  fəryadı,  ağlayan  gözləri  və  gülən  üzləridir. 
Bir millətin  dəyərləri qəsb  edilə,  hətta yox edilə bilər.  Ancaq  o
148
İntellektual ekologiya
millətin  şairlərinin yüksək  səsi,  ədəbiyyatı,  sənəti  heç  bir  şəkil­
də yox edilə bilməz.  Şairlər zam anı gəldikcə  tarix  səhnəsindən 
fani  bəndələriylə  çəkilsələr  də,  arxalarında  qoyduqları  ədə­
biyyat mirası əbədiyyətə qədər davam  edər.
Bəxtiyar  Vahabzadə  həm   öz  millətinə,  həm  də  bütün 
dünyaya qoyduğu ədəbi mirası ilə gələcək nəsillərə səsini çatdı­
ran  böyük  bir şair,  ədəbiyyatçı,  ziyalı bir  ağsaqqal  idi.  84  illik 
ömrü  boyunca  millətinin  azadlığı  üçün  varını-yoxunu  ortaya 
qoymuşdur.  2009-cu  ilin  bir  fevral  axşamında,  Xəzərin  mavi 
sularında  bir  günəş  batması  kimi  aram ızdan  ayrıldı  Bəxtiyar 
Vahabzadə...
Bir millətin azadlıq mübarizəsində simvollaşmışdı Bəxtiyar 
Vahabzadə.  «Türk» deyilincə onun üçün hər şeyin mənası dəy­
işirdi.  Səsi  titrək idi,  am m a eyni zam anda illərlə millətinə rəva 
görülən  əsarətə qəzəbli  idi.  Bir  fevral axşamında  Şərqin yüksə­
lən çinarlarından biri də yıxıldı.  Bəlkə Xəzərdə yavaş-yavaş bir 
günəş  batdı,  ancaq  arxada  minlərlə  Vahabzadə  aşiqi  onu  son 
mənzilinə yola salmaq üçün gəlmişdi...
Şair  ölkəsinin  sərhədlərini çoxdan aşmış və Türk  Dünyası­
nın ortaq dəyəri  olmuşdur.  Elə  bu yaxınlarda itirmişdik Çingiz 
Aytmatovu,  ona  ağlamışdı  bütün ədəbiyyat  aşiqləri və azadlıq 
üçün  ürəyi  çırpınanlar.  Bəlkə  öz  torpaqlarında  azad  doğulan, 
azad  böyüyən  insanların  bunu  dərk  etməsi  çətindir.  Lakin  bir 
zam anlar dünyanın qüdrətli imperiyası olan SSRİ-nin əsarətin­
də  ola-ola  öz mənliyini  qorum ağı bacarm aq və  şeirlərində,  he­
kayələrində rom anlarında həmişə azadlıq ideyalarım əks etdir­
mək  hər  igidin  işi  deyildi.  H əm   Çingiz  Aytmatovu,  həm  də 
Bəxtiyar  Vahabzadəni  o  birilərindən  ayıran  ən  əhəmiyyətli 
xüsusiyyətləri  də  məhz  bu  idi...  O,  (B.Vahabzadə  -   Ə.M., 
Z .H .)  içindəki  azadlıq  atəşini  və  millətinin  səsini  əsərləri  sayə­
sində bütün  dünyaya  eşitdirməyə çalışmışdır.  B.Vahabzadənin 
əsərləri  arasında  ən  əhəmiyyətlilərindən  biri  1960-cı  ildə  yaz­
dığı  və  parçalanmış Azərbaycan xalqının  azadlıq mübarizəsini 
izha etdiyi «Gülüstan» poemasıdır.  Bu poemasına görə  1962-ci 
ildə  «millətçi» damğası ilə universitetdəki müəllimlik vəzifəsin­
149


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə