Ənvər M ete Həmidov, Zərnurə Həmidova
tidai icma cəmiyyəti insanm a məxsus fantastik təsəvvür (bir
qayda olaraq şifahi nağıllar - əsatirlər form asında verilirdi) və
miflərin mənşəyini və onlarda gerçəkliyin inikasım öyrənən
elm. İbtidai icma dövründə insan özünə yaxın və doğma olan
icma-tayfa münasibətlərini, on u əhatə edən bütün əşya və hadi
sələr üzərində keçirirdi. T orpaq, səma, bitki və heyvanlar aləmi
universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada
bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və
mütləq
bir-birilə qohum məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mi
fologiyada ümumiləşirdi. Buna görə allah-sənətkar, allah-əkin-
çi, allah-maldar, allah-döyüşçü və s. mifoloji obrazlar yaranır
dı. Mifologiyanın ilkin form aları fetişizm, totemizm, inkişafı
nın daha yüksək pilləsi isə animizm idi.
Mifoloji təfəkkür müxtəlif tarixi ümumiləşdirmələrə çox
erkən gəlib çıxmışdı. İnsanların oturaq həyat tərzinə keçməsi
ilə əlaqədar, onlarda tayfa və nəsil birliyi haqqında təsəvvür
möhkəmləndi, əcdadlara sitayiş və buna uyğun əsatirlər ya
randı. İbtidai icma quruluşunda mifologiya özünəməxsus sadə
lövh inam olub, idologiyanm yeganə forması idi.
Erkən sinifli cəmiyyətdə mifologiya müxtəlif cür dini, sosi
al-siyasi, əxlaqi və fəlsəfi ideyaların alleqorik ifadə forması
olub, ədəbiyyat və incəsənətdə geniş istifadə edilirdi. Mifolog
iyanın öyrənilməsinə elmi münasibət Renessans - İntibah
dövründə təsadüf edir. Bir çox filosof və alimlər mifologiyanı
ümumxalq müdrikliyinin ifadəsi hesab edirdilər. Romantizm
mifologiyaya m arağı daha d a gücləndirdi. Bir çox ölkələrdə
xalq rəvayətlərinin, əfsanə, nağıl və əsatirlərin toplanmasına
başlandı, beləliklə də, mifoloji məktəb yarandı.
Azərbaycan mifologiyası qədim tarixə malikdir. Xeyir və
Şəri, İşıq və Zülməti təmsil edən iki allahın - Hürmüzd və Əhri-
mənin, bu iki başlanğıcın mübarizəsi haqqındakı təsəvvür Y a
xın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda uzun
zaman sadəlövh etiqad forması olmuşdur. Azərbaycanda xal
qın arzu və ideallarının təcəssümü olan müsbət şəxsiyyətlərin
divlər, təpəgözlər, əjdahalar və müxtəlif əcaib varlıqlar üzərin-
58
İntellektual ekologiya
do qələbəsini əks etdirən m if və əfsanələr geniş yayılmışdı. Bu
qəbildən olan rəvayətlərin çoxu xalq dastanları və nağıllarda,
digər folklor nümunələrində öz əksini tapmışdır.
Azərbaycan mifologiyasının elmi əsaslarla öyrənilməsinə
X IX əsrdən başlanmışdır. Azərbaycan şərqşünası, şərqşünaslıq
elminin banilərindən olan M irzə K azım bəy (1802-1870) Şərq,
o cümlədən Azərbaycan mifologiyasının təşəkkülünü və qay
naqlarını ilk tədqiq edən alimlərdən biridir.
Antrpomorfizm (yunanca anthropos - insan, morphe -f o r
m a sözündəndir)- cansız təbiətin əşya və hadisələrinə, heyvan
lara, bitkilərə, göy cismlərinə, mifoloji obrazlara insani sifətlər
verilməsidir. Dünyagörüşünün ilkin form alarından olan antr
pomorfizm bir sıra din üçün xarakterikdir. Bu dinlər allahları
insan obrazında təsəvvür edir. Məsələn, ilahiyyatda inkar edil
sə də, iudaizmdə Yəhva (yəhudi dinində VII əsrə qədər baş al
lah. VII əsrdən sonra Qüdsdə Yəhvanın məbədi tikilmiş, digər
allahlara sitayiş qadağan edilmişdir), öz hərəkət və danışıqları
n a görə, insan kimi təsvir olunur. Antrpomorfizm xalq yara
dıcılığına da xasdır. Nağıl və m ahnılarda heyvanlar, bitkilər və
əşyalar çox vaxt insan kimi danışır və hərəkət edir.
Tarixi mənbələrdən aydın olur ki, qəbilə quruluşunun son
dövrlərində patriarxm - tayfa başçısının, həmçinin, ölmüş baş
çıların ruhuna, əcdada sitayiş başlamışdı. İctimai inkişafın bu
mərhələsində bir sıra xalqlar arasında şamanizm də yayılmışdı.
Şamanizm zamanın (coşqun, ehtiraslı, keyləşmiş adam) ruh
larla ünsiyyətinə arxalanır. Bəzi xalqlarda şamanizm qalıq ha
lında qalmaqdadır. Şamanizmin qalıqları sonrakı bir çox dini
sistemlərə də daxil olmuşdur.
Cəmiyyətin siniflərə bölünməsi və dövlətin meydana gəl
məsi ilə Qədim Misirdə, Babilistanda, Assuriyada, İranda, Y u
nanıstanda, Rom ada və s. ölkələrdə politeizm (çoxallahlılıq)
yarandı.
Politeizm (yunanca
poly - çox,
theos - Allah sözündəndir) -
çoxallahlılıq, çoxlu allaha sitayiş . Politeizm erkən sinfi cə
miyyətdə yaranmışdır.
İbtidai icma quruluşunun dağılması
59