Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə36/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   32   33   34   35   36   37   38   39   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Azərbaycan  ədəbiyyatında  tənqidi  realizmin  qüdrətli  nüm ay­
əndəsi, Azərbaycan satirik poeziyasına inqilabi mahiyyət verən 
novator  şairdir.  O nun realizmi köhnəliyi yıxıb, yeniliyə yol aç­
maq,  tərəqqipərvər  qüvvələrin  mübarizəsinə  kömək  etmək, 
azadlıq və nəcib məqsədlər izləyən bir realizmdir.  Sabir poeziy­
ası sənətkarlıq, bədii forma etibarilə Azərbaycan,  həmçinin Ön 
və  O rta  Şərq  şeirində  xüsusi  yer  tutur.  Sabirin  şeir  dili  canlı 
xalq  dili  və  klassik  Şərq  şeirinin  ifadə  xüsusiyyətləri  əsasında 
formalaşmış  zəngin,  rəngarəng,  duzlu-məzəli  dildir.  Şair  bəzi 
əsərlərini hətta parodiya şəklində yazmışdır. Sabir Azərbaycan 
və eləcə də Şərq ədəbiyyatının ölməz, təkrarsız bir nəhəngidir.
Cəlil  Hüseynqulu  oğlu  Məmmədquluzadə,  «M olla  N əsrəd­
din»  (1866-1932).  Azərbaycan yazıçısı, jurnalist və ictimai  xa­
dim.  Azərbaycan  bədii  mədəniyyətinin  qüdrətli  ədəbi  şəx­
siyyətlərindən olan Cəlil Məmmədquluzadənin ədəbiyyat, incə­
sənət,  m aarif  və  m ətbuat  sahəsindəki  xidmətləri  özünün  ən 
yüksək, ülvi mənasını bu böyük ideala xidmətdə görmüşdür.  40 
ildən  artıq  davam   edən  çoxcəhətli  yaradıcılığı,  ictimai-ədəbi 
fəaliyyəti boyu yazdığı əsərlərilə Azərbaycan realist ədəbiyyatı­
nın yeni yüksək  pilləyə  qalxmasında müstəsna  rol  oynamışdır. 
Ədibin  ilk  qələm  təcrübəsi  olan  «Çay  dəstgahı»,  «Kışmiş  oyu­
nu»  əsərləri  ürəkdən  bağlandığı  xalqı  üçün,  el-oba  üçün  ürəyi­
nin yanğısı idi.  İlk  dəfə  1916-cı  ildə  Bakıda  tamaşaya qoyulan 
«Ölülər»  komediyası  «ideyası  inqilablı  bir  əsər»  (N.Nərima- 
nov)  kimi  hərarətlə  qarşılanmışdı.  C.Məmmədquluzadənin 
əsərlərində  dini-fanatizm  kəskin  tənqid  atəşinə  tutulm uşdur. 
Jurnalistika  sahəsində  də  C. M əmmədquluzadənin  əsas  janrı 
satira  idi.  «Molla  Nəsrəddin»in  (1906-1931)  nəşri  ilə  o,  A zər­
baycanda, həmçinin Yaxın Şərqdə satirik jurnalistikanın əsası­
nı qoymuşdur.  Çoxcəhətli dərin  bilik sahibi  olan ədib müxtəlif 
siyasi,  fəlsəfi,  dini,  sosioloji  cərəyanlar  haqqında  yazmış, 
mürtəce ideyaları ifşa etmiş, bəşər dühasının nailiyyətlərini təb­
liğ etmişdir.  O nun zəngin bədii  irsi  bu  gün də  ictimai-tərbiyəvi 
və  estetik  əhəmiyyətini  itirməmişdir.  «Sizi  deyib  gəlmişəm!»
142
İntellektual ekologiya
müraciəti xalqını və bəşəriyyəti mənəvi ünsiyyətə səsləyən əbədi 
bir müraciətnamədir.
Məhəmməd  Hadi,  Ağaməhəmməd  Hacı  Əbdülsəlim  oğlu
(1879-1920).  Azərbaycan  şairi.  Azərbaycan  ədəbiyyatında  ro-! 
mantizmin görkəmli nümayəndəsi M .H adi ədəbi-tənqidi və es­
tetik  görüşlərində  ədəbiyyatın  ideyalılığı, 
«sənət  həyat 
üçündür»  prinsiplərini müdafiə etmiş, xalq mənafeyinə xidməti 
özünün müqəddəs vəzifəsi saymış, qələmi «inqilab  bıçağı» ada- 
landırmışdır. «Dad istibdaddan», «El fəryadı» şeirlərində H adi 
məzlumların azadlıq, səadət və hüquq bərabərliyi arzularını tə­
rənnüm  etmişdir.  O nun  poeziyasında  milli  oyanış  ideyaları 
qüvvətlidir.  M .Hadinin  mütərəqqi  mahiyyətli  romantizminin 
dünya  romantizmi  ilə  səsləşən  cəhətləri  çoxdur.  M .Hadi 
özünün «Amali-vicdan» əsərində bu romantizmin  acı həyatdan 
bezmiş insanların şirin həyat xəyalı ilə bağlı olduğunu söyləyir­
di.
Üzeyir  Əbdülhüseyn  oğlu  Hacıbəyli  (1885-1948).  Azər­
baycan  bəstəkarı, musiqişünas  alim, publisist, dram aturq, icti­
mai xadim.  Ü. Hacıbəyli Azərbaycan  professional musiqi sənə­
tinin və milli operasının banisidir. 0,1899-1904-cü illərdə Qori 
müəllimlər  seminariyasında  təhsil  almışdır.  Ü.Hacıbəylinin  22 
yaşında yazdığı,  1908-ci il yanvarın 25-də  Bakıda H.Z.Tağıye- 
vin  teatrında  göstərilən  «Leyli  və  Məcnun»  operası  ilə  təkcə 
Azərbaycanda  deyil,  bütün  müsəlman  Şərqində  opera  sənəti­
nin  əsası  qoyulmuşdur.  Operanın  librettosunu  U.Hacıbəyli 
füzulinin  eyniadlı  poeması  əsasında  yazmışdır.  O,  həmçinin 
Azərbaycanda  musiqili  komediya  janrının  da  banisidir. 
Yaratdığı  bütün  kom ediyaların  mətnini  də  özü  yazmışdır. 
Ü.Hacıbəylinin dahi əsəri «Arşın mal  alan»  musiqili komediy­
ası  ingilis,  alman,  ərəb,  Çin,  fars,  polyak,  ukrain,  Belarus, 
gürcü və s.  dillərə tərcümə olunmuşdur.  O,  1921-ci ildə B ab d a  
azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini -  Azərbaycan 
Dövlət  Türk  Musiqi  M əktəbini  təşkil  etmiş  və  ilk  direktoru 
olmuşdur.  Ü.Hacıbəyli  1931-ci  ildə Azərbaycan  R adio  K om i­
təsi yamnda ilk notlu xalq çalğı alətləri orkestri tə şb l etmişdir.
143


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
1937-ci  il aprelin  30-da Azərbaycan Opera  və  Balet Teatrında 
ilk dəfə  tam aşaya qoyulan  «Koroğlu»  operası  Ü.Hacıbəyli  ya­
radıcılığının zirvəsini təşkil edir.
Bakı M usiqi Akademiyası Ü.Hacıbəylinin adını daşıyır.
Hüseyn Cavid, Hüseyn Abdulla oğlu Rəsizadə (1882-1941). 
Azərbaycan  şairi,  dram aturq,  mütəfəkkir.  O,  ilk  təhsilini  N a­
xçıvanda  almışdır.  1899-1903-cü  illərdə  Təbrizin  Talibiyyə 
mədrəsəsində  təhsilini  davam   etdirmiş,  1909-cu  ildə  İstanbul 
Universitetinin  ədəbiyyat  şöbəsini  bitirmişdir.  XX  əsr  Azər­
baycan  mütərəqqi  romantizmini  inkişaf  etdirən  sənətkarlar­
dandır.  Lirik  şeirlər,  lirik-epik,  epik  poemalar  yazan  H.Cavid 
Azərbaycan  ədəbiyyatında  ilk  mənzum  faciə  və  dramların 
müəllifidir.  O nun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları, 
üslub,  yazı  manerası,  form a  yeniliyi  baxımından  Azərbaycan 
dramaturgiyasında  yeni  bir  mərhələ  yaratdığı  kimi,  milli  teatr 
mədəniyyətinin  inkişafına  da  qüvvətli  təsir  göstərmiş,  «Cavid 
teatrı»  kimi  səciyyələndirilmişdir.  Yaradıcılığında  mühüm  yer 
tutan «İblis» (1918) faciəsində  dövrün  bütün  mürtəce qüvvələri 
-   «insan  insana  qurddur»  fəlsəfəsinin  tərəfdarları,  «XX  əsrin 
mədəni vəhşiləri» olan imperialist dairələri İblis surətində ümu­
miləşdirilmiş,  işğalçı  müharibələrə  lənət  yağdırılmışdır.  O nun 
əsərlərinin  bədii  qayəsini  bəşəriyyətin  fəlakətinə ədalətsiz,  istis­
marçı  ictimai  quruluşların  səbəb  olması  fikri  təşkil  edirdi. 
H.Cavidin  fəlsəfi,  siyasi-ictimai  görüşləri  «ümumi  məhəbbət» 
ideyasından humanizmə qədər bir inkişaf yolu keçmişdir.
Salman  Mümtaz,  Salman  Məmmədəmin  oğlu  Əsgərov 
(1884-1941).  Azərbaycan  ədəbiyyatşünası,  mətnşünas,  şair. 
S.Mümtazın  ədəbiyyat  tariximizdəki  xidmətlərinə  yalnız 
«Loğman»  adı  vermək  olar  (Rəfael  Hüseynov).  O,  doğrudan 
da,  loğmandır,  ona  görə  ki,  ulu  babalarımızın  beyinlərinin 
məhsulu  olan  elmi-ədəbi  əsərlərini  bağlı  sandıqlardan,  q aran ­
lıq  zirzəmilərdən  işıqlı  dünyaya  çıxardı,  unudulan  dünya  şöh­
rətli  alimlərimizi  üzə  çıxardı,  doğm a  xalqına  çatdırdı,  millətin 
başını  ucaltdı.  S.M ümtazın  Azərbaycan  ədəbiyyatı  klassiklə­
rindən Nəsimi,  Şah İsmayıl Xətai,  Həbibi,  Füzuli,  Vidadi,  V a­
144
İntellektual ekologiya
qif,  İsmayıl  bəy  Q utqaşm lı  və  başqalarının  həyat  və  yaradıcı­
lığına aid araşdırmaları böyük elmi əhəmiyyətə malikdir.  Qeyd 
etmək lazımdır ki, XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşa­
mış  Həbibi  haqda  m əlum atı  xalqımıza  ilk  dəfə  1921-ci  ildə 
S.Mümtaz vermişdir.
S.Mümtazın  xeyirxah  zəhməti  nəticəsində  xalqımız  dahi 
Nəsimini  yaxından  tanımışdır.  S.Mümtaz  Azərbaycan  ədə­
biyyatı  seriyasından  24  şairin  (Nəsimi,  Qövsi  Təbrizi,  N işat 
Şirvani,  Ağa  Məsih  Şirvani,  M .P.Vaqif,  Q.B.Zakir,  M.Ş.Va- 
zch və b.) kitabını  buraxdırmışdır, bunların bir çoxu həmin şa­
irlərin əsərlərinin ilk toplu nəşri idi.
Səməd  Vurğun,  Səməd  Yusif  oğlu  Vəkilov  (1906-1956). 
Azərbaycan xalq  şairi,  ictimai  xadim,  mütəfəkkir.  Yaradıcılığı 
müasir Azərbaycan  poeziyasının inkişafında mütərəqqi rol  oy­
namışdır.  Vətənpərvərlik,  beynəlmiləlçilik,  humanizm  S.Vurğ­
un  yaradıcılığının  ideya  məzm ununu  təşkil  edir.  «Xalq  şairi» 
adını  daşımaq  A zərbaycanda  ilk  dəfə  Səməd  Vurğuna  nəsib 
olmuşdur. Bu isə üm um xalq məhəbbətinin təzahürü idi.
S.Vurğun xalqın,  millətin, bəzən bəşərin qəlbindəkini qələ­
mə alıb, insanlara çatdıran dahi söz ustadı idi.
S.Vurğun  tarixi  araşdırıb,  poeziya  dilinə  gələcəyə çatdıran 
ictimai-siyasi xadim  və  filosof idi.  O, Azərbaycan və  onun  gö­
zəlliyinin vurğunu idi.
S.Vurğun A zərbaycan  keçmişini,  onun  başına  gələn  müsi­
bətləri sadə el  dilində müasirlərinə,  yetişən nəslə çatdıran el cə­
fakeşi idi.
D ağlarının başı qardır,
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır, 
Bilinməyir yaşın sənin. 
Nələr çəkmiş başın sənin, 
Azərbaycan, Azərbaycan!
Əsas  qaynaq ideyalarından  biri  vətənpərvərlik  olan  Vurğ­
145


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə