Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dan olan hunlar eram ızdan əvvəlki dövrlərdə Baykal gölü və
M onqolustan ərazisində yaşamışlar. Böyük Hün - Türk dövlə
tinin əsası e.ə. 220-ci ildə qoyulm uşdur. Məhz bu vaxtdan eti
barən qədim türklərin əsl dirçəlişi, dünyanın siyasi və coğrafi
xəritəsində tutduqları hakim mövqe getdikcə artm ağa başla
mışdır. H unların - türklərin bir xalq kimi dünya miqyasında
tanınması M etenin adı ilə bağlıdır.
M eteni tarix boyu bəşər övladlarına sevdirən xüsusiyyətlə
rindən biri onun vətənpərvərliyidir. O, bir türk övladı kimi Və
tən torpağının, əcdadlarımız tərəfindən bizə irs qoyulmuş bu
torpağın qorunub saxlanm asına əsl qəhrəman, layiqli övlad
münasibəti bəsləmişdir. M etenin torpaq ilə əlaqədər əfsanələş
miş rəvayəti min illər boyu nəsildən-nəslə ötürülür, ən m üqəd
dəs ərməğan kimi xalqın qan yaddaşında qorunub saxlanır. Bu
rəvayət tarixin dolaylarm da saysız-hesabsız igidlər tərbiyələn
dirmiş, yurduna dönük çıxanları daim düz yola səsləmişdir.
«Torpaq dövlətin təməlidir, onu heç kimə vermək olmaz.
Torpağı əcdadlarımız bizə irs qoyub getmişdir, orada babaları
mızın sümükləri uyuyur. T o rp aq mənim deyil, xalqındır. X al
qın torpağını verməyə heç kim in ixtiyarı çatmaz. M ən öz atı
mı, yaraşıqlı kənizimi tunqhulara ona görə verdim ki, onlar
mənim özümün idi. Am m a torpağı verə bilmərəm, bu torpaq
gələcək nəslə çatdırılmalıdır. Y a xalq məhv olmalı, ya da to r
pağını öz qanı hesabına qorum alıdır.. . » (Mete)
Çox ibrətam iz tarixdir. U lu babası Metenin torpaq haq
qındakı müqəddəs fikirlərinə sadiq qalan böyük xalq şairi Bəx
tiyar V ahabzadə 1959-cu ildə yazdığı «Gülüstan» poemasında:
.. .Hanı bu ellərin m ərd oğlulları...
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsm, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın,
D aim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasm!..
Bir deyən olmadı, durun, ağalar!
174
İntellektual ekologiya
Axı bu ölkənin öz sahibi v a r ...
Hunların - türklərin, bizim əcdadlarımızın kim olduğunu
gələcək nəslə çatdırm aq üçün fəlsəfə elmləri doktoru Vəli Həbi-
boğlunun «Mete» məqaləsindən bəzi məqamları diqqətinizə
çatdırmağı özümüzə borc bildik: «H unlar hələ Metedən çox-
çox əvvəl özlərini dünya meydanında qəhrəm an - döyüşkən bir
xalq kimi göstərmişlər. Təsadüfi deyildir ki, 300 il Çində, 350 il
O rta Asiyada imperiya qurmuş, 700 il bütün Türk dünyasında
«Şanyu («Ulu xaqan») titulunu yaşatmış H un imperatorluğu
dünyamn ən qüdrətli və böyük dövləti kimi müxtəlif xalqları öz
bayrağı altında birləşdirdi. Böyük O keandan Xəzər dənizinə,
Tibetdən, Kəşmirdən Şimali Sibirə qədər olan torpaqlar bu
qüdrətli H un im peratorluğuna - türklərə tabe idi... Böyük
I lu n - Türk im peratorluğunun yaradılması dünya miqyasında
türklərin qüdrətini açıq-aşkar nümayiş etdirdi. Mete təkcə
Asiyada 26 dövləti öz imperiyasına qatmışdır.
Çin salnaməçisi bu haqda yazmışdır: «Metenin vaxtında
I Iun imperiyası həddindən artıq möhkəmləndi və yüksəldi. O,
Şimalda və C ənubda bütün köçəri tayfaları özünə tabe etdir
di.» («Hərbi and» qəzeti, 1-15; 16-31 m art, 2004)
Böyük H un imperiyası dağıldıqdan sonra hunların 24 tay
fası əsrlər boyu yaşadıqları yerləri tərk edirlər. Qərbə doğru
irəliləyən bu tayfalar IV əsrdə Volqa və D on çayları ərazisində
məskunlaşaraq Qərbi H un və ya A vropa H un dövləti kimi ta
nınan güclü dövlət yaradırlar. H un tayfalarının Qərbə doğru
hərəkəti dünyada böyük dəyişikliklərə səbəb oldu. H unların
yolu üstündə yaşayan tayfalar onlarm təzyiqinə davam gətir
məyib, yaşadıqları əraziləri tərk edir, Q ərbə - Avropanın içəri
lərinə doğru çəkilirdilər. Tarixdə «xalqların böyük köçü» adla
nan bu proses bir neçə əsr çəkdi, təsəvvür edin, bir neçə əsr.
445-ci ildə bütün H un imperiyasında hakimiyyəti ələ alan
Attila, ilk növbədə, ölkə daxilində vəziyyəti nizama salmağa
başladı. Bu dövrdə H un dövlətinin tabeliyində 45-ə yaxın xalq
175
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
yaşayırdı. A ttilanın apardığı siyasət nəticəsində onun haki
miyyəti dövründə bir dəfə də olsun üsyan baş vermədi.
Tarixi araşdırm alar göstərir ki, Attila A vropanı yalnız qı
lıncı ilə deyil, həm də alicənablığı, dühası ilə fəth etmişdi. O,
mənəvi qələbə qazanmışdı. Öz hərəkətləri ilə A ttila rom alıların
barbar saydıqları hunların m ənən onlardan daha yüksəkdə
durduğunu göstərmişdi. Yəqin elə buna görə A vropanın bir
çox xalqları Attilam öz milli qəhrəm anları hesab edirlər...
A ttilam n ölümündən (15 m art 453-cü il) som a oğulları
onun yerini tu ta bilmədilər. Ölkədə hərc-mərclik, hakimiyyət
uğran d a müharibələr başladı və H u n dövləti dağıldı.
H unların bir hissəsi əcdadlarının V əsr əvvəl gəldiyi yolla
geri qayıtdılar, digərləri isə A vropada qalıb, yerli tayfalara qa
rışdılar.
Hindistanın görkəmli siyasi və dövlət xadimi, ölkənin ilk
baş naziri Cəvahirləl N ehrunun (1889-1964) «Ümumdünya ta
rixinə nəzər» kitabından bir m araqlı faktı nəzərinizə çatdır
m aq istərdik: «A vropada hunların ən görkəmli başçısı həm
Romam, həm də K onstantinopolu uzun illər dəhşətə gətirən
Attila olub. Təqribən həm in illərdə H indistana gəlmiş H un
tayfaları və ağ hunlar (eftalitlər) o tayfalarla qohum luq əlaqə
sində idilər. O nlar da M ərkəzi Asiyadan gəlmə idilər... H unla
rın yeni axını Mərkəzi Hindistam bürüdü və nəticədə onların
başçısı T aram ana padşah kimi taxtda möhkəmləndi... H unla
rın xeyli nəsli H indistanda qalıb, tədricən ari əhalisinə qay
nayıb-qarışdı. Mərkəzi H indistandakı və R acəputandakı bəzi
qəbilələrin qam nda ağ hunların qanı vardır.» (Bakı, 1986, s.
157)
Professor V aqif A bbasovun «Liderlik fəlsəfəsi» (Bakı,
2004) əsərində verdiyi m əlum ata görə, Uess R obert 1988-ci il
də ABŞ-da «H un Attilamn sirləri» adlı kitab yazmışdır. Bu ki
tab haqqında dünyanın bir çox görkəmli şəxsiyyətləri olduqca
yüksək fikirlər söyləmişlər.
«General M otors C orporation»un eks-prezidenti Pol
Q.Zaletski demişdir: «M ən on u 20 dəfə oxudum və hər dəfə
176
İntellektual ekologiya
özüm üçün yeni bir şey kəşf etdim. H esab edirəm ki, bu, nadir
işdir, çoxlu sayda adam lar üçün məsuliyyət daşıyan hər kəs
onu oxumalıdır.»
«Success» jurnalının baş redaktoru Skott De Qarmo yaz
mışdır: «Kitab çox gözəldir» fikri oyadır. Cəlbedici və aydın
dır, amma bununla yanaşı, hər bir rəhbər üçün olduqca aktu
ald ır... bir çox planlarla, müdrikliklə doludur.»
Əziz oxucu, «H un Attilamn sirləri» kitabından Attilamn
bir sıra fikir və tövsiyələrini sizin nəzərinizə çatdırmağı vacib
bildik.
Hunlar bütün həyatları boyu oxumalıdırlar, yeni ideyaları,
novatorluq prosedurlarım və metodları öyrənməli və imkanı
heç vaxt əldən verməməlidirlər.
***
Xidmətin ilk başlanğıcından bizim rəhbərlərimiz müəyyən,
əsas keyfiyyətləri əldə etməli və onlarla təkmilləşməlidirlər.
***
Hunlara rəhbərlik edən qorxu bilməməlidir. O, cəsarətə və
güclü ruha malik olmalıdır ki, rəhbər olm aqdan qorxmasın.
***
Hunlara öz vəzifələrinin ağır yükünü çəkə bilən rəhbər la
zımdır. Rəhbər öz bədənini sadə və sağlam şeylərlə qidalandır
malıdır. Rəhbər yataqda əmr verə bilməz. Öz qarmnı artıq qi
da və ya içki
ilə nəşələndirməklə, o, bədənini zəiflədər. Romalı-
larm bihuşedici tütünü ancaq ağlı başdan çıxarır. Ondan istifa
də edən bədən ağırlaşır. Hücuma başçılıq etmək üçün bizim
rəhbərlərimiz bədəncə möhkəm olmalıdırlar.
***
Başçı hökmən ruhən qələbəyə can atmalıdır. Heç də
m əcburi deyil ki, hər dəfə qalib gələsən, am m a ən vacib döyü
şləri udm aq lazımdır. Rəhbər başa düşməlidir ki, rəqabət həm
bizim xalqın arasında, həm də ondan xaricdə çox qüvvətlidir,
o n u nəzərə alm am aq olmaz. Məhz azğm rəqabət ruhu döyüş
meydanında, danışıqlar masası arxasında və daxili nifaqlar
177