Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə41/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Y olun əyrisinə getmə,
D oğru yola nəzər eylə.
Nadir şah Əfşar, N adirqulu xan  (1688-1747).  Dövlət xadi­
mi,  sərkərdə.  N adir  şah  tarixdə  qətiyyətli  hökmdar,  bacarıqlı 
hərbiçi  və  sərkərdə  kimi  tanınmışdır.  Onun  hakimiyyətə  gəl­
məsi  A zərbaycanın  taleyində  m ühüm   rol  oynamışdır.  Belə ki, 
ölkə daxilində  türk tayfalarının bir dövlət halında birləşməsinə 
nail olmuş,  hərbi sahəni yeniləşdirmiş və möhkəmləndirmişdir. 
M üasir  tarixçilər  onu  M akedoniyalı  İsgəndər,  Çingiz  xan, 
Əmir Teym ur, Şah İsmayıl, N apoleon kimi dövlət xadimləri və 
sərkərdələrilə bir sıraya  qoyurlar.  N adir şahın əsas məqsədi və 
arzusu  Böyük  Turan,  İslam -Türk  dövləti  yaratmaq  olmuşdur. 
O,  həmişə  O sm anlı  türkləri ilə  azəri  türklərinin eyni  bir  millət 
kimi birləşməsinə səy göstərmiş, iki nəhəng türk dövləti xalqla­
rının yalnız məzhəbə görə bir-biri ilə düşmənçilik etməsinin qə­
ti əleyhinə  olmuşdur.  N ad ir  şahın  dahiliyi  onda idi ki,  o bəzən 
münaqişələri müharibəsiz həll etməyi bacarırdı. Nadir şah «hər 
şey  Vətən  üçün»,  «hər  şey  Azərbaycan  üçün»  kəlamlarını  çox 
işlədərmiş.
N adir  şah  ilk  dəfə  hərbi  dəniz  donanması  yaratmışdır.  O, 
1743-cü  ildə  Xəzərdə  gəm iqayırm a  zavodu  tikdirmişdi.  Onun 
səyi ilə top istehsal edən zavodlar inşa edilmiş, yeni şəhərlər sa­
lınmışdı.  N ad ir  şahın  bilavasitə  səyi  ilə  milli  kadrlar  hazırla­
m aq üçün hərbi m əktəblər açılmışdı.  Erməni hiyləsi Nadir şah­
dan  da  yan  keçməmişdir.  O nun  görüşünə  gələn erməni  katoli- 
kosu  A b ram   N adir  şahdan  xahiş  edir  ki,  bir  fərman  versin, 
bütün  alban  kilsələri  ermənilərə  tabe  olsun.  Həmin  kilsələrdə 
erməni kahinləri xidmət etsin.  Hiyləgər katolikos onu da xahiş 
edir ki,  Q arabağa bir neçə erməni ailəsi köçürülsün.  Əlbəttə ki, 
N adir şah kimi dahi dövlət xadim ini aldatmaq o qədər də asan 
deyildi.
Nadir şahın kəlamlarından:
D oğrusu,  şiə  və  sünni  adı  eşidə  bilmirəm.  Gərək  bu  iki 
məzhəb  birləşə.  Çünki  ədavət  bilmərrə  götürülər,  mədəniyyət
162
İntellektual ekologiya
artar, millət qüvvətlənər.
...xəzinədə pul  olmasa,  qoşun  saxlamaq  olmaz.  Qoşun  ol­
mazsa, vətən saxlamaq  olmaz.  Vətən gedərsə, məscid də olmaz 
və bəlkə din də əldən gelər...
Bir dövlətin ki,  fəqiri çox oldu, o dövlətin tez puç olmağına 
ehtimal var...
Ağa  Məhəmməd  şah  Qacar  (1742-1797).  Dövlət  xadimi, 
hərbi sərkərdə.  1794-cü ildə çətin və ağır mübarizələr nəticəsin­
də  İranda  hakimiyyəti ələ  alan,  1796-cı  ildə isə  özünü  şah  elan 
edən A ğa  Məhəmməd  şah  Q acar  azərbaycanlı,  daha  doğrusu, 
Qacarlar  tayfasından  olan  Azərbaycan  türkü idi.  İstər  xan,  is­
tərsə də şahlıq edərkən onun döyüşən ordusunun xeyli hissəsini 
Azərbaycan türkləri təşkil etmişlər.
Bu bir  tarixi həqiqətdir ki,  Səfəvilər dövründən  başlayaraq 
bütün  aran  və  dağ  Q arabağda,  xüsusən  Gəncədə,  fasilələrlə, 
təxminən 300 il  Qacarlar sülaləsindən olanlar hakimiyyətə baş­
çılıq ediblər. Ağa  M əhəmməd  şah Qacar da həmin nəslin yetiş- 
dirməsi idi.
Hakimiyyət  başına  gələn  Qacarı  o  vaxt  3  məsələ  xüsusilə 
narahat edirdi:
1.  tik növbədə, Azərbaycanın qədim və tarixi torpaqlarının 
Rusiya  tərəfindən  işğal  olunm ası və həmin ərazilərdə yerli əha­
linin sıxışdırılması hesabına xristianların məskunlaşdırılması.
2.  Bir ovuc,  erməninin  nəyin hesabına  olursa-olsun,  Q ara­
bağı  Rusiyanın  tərkibinə  daxil,  etdirib  bu  yerlərdə  əl-qol  aça­
raq erməni məskənləri yaratm aq niyyətləri.
3.  Gürcüstanın hər yerində müsəlmanları sıxışdıraraq,  R u­
siyaya baş əyən və  bütün  Qafqazı  Rusiya imperiyasının ayağı­
na verməyə can-başla hazır olan, bütün bunlar da az imiş kimi, 
Qarabağ  hakimi  İbrahim   xanın  nə  yolla  olursa-olsun,  mütə- 
madiyən digər Azərbaycan xanlıqlarından uzaqlaşmasına, onu 
yalnız öz tərəfinə  çəkməyə can   atan  II  İraklinin  çoxbaşlı  siya-
163


Ənvər Mete Həmidov, Zərnurə Həmidova 
səti.
Bunlardan başqa qətiyyətlə demək lazımdır ki,  Qacar Qaf­
qaza hücum planı hazırlayarkən, əsasən, vaxtilə mövcud olmuş 
Səfəvilər dövlətinin sərhədlərini bərpa etmək məqsədi güdürdü.
Hörmətli  oxucu!  Deyilənləri  nəzərə  alaraq  qeyd  etməliyik 
ki, Ağa  M əhəmm əd şah  Qacarla bağlı Azərbaycan tarixşünas- 
lığında,  bədii  ədəbiyyatımızda  mövcud  olan  əsərlərin  çoxu 
dövrün  siyasi  süzgəcindən  keçdiyi  üçün,  heç  də  obyektiv  qələ­
mə alınmayıb.
Dərin  düşünsək,  görərik  ki,  bu   gun  Q arabağda  baş  verən 
faciələrin,  onun  işğalının  bir  qolu  məhz  həmin  dövrlərə  gedib 
çıxır.
Bəhmən Mirzə Qacar (1811-1884). Dünyada hələ heç kimə 
verilməmiş «Qəhrəm an ata» fəxri adına layiq görülmüş yeganə 
şəxsdir.  Tarixçi,  A bbas  M irzənin  oğlu,  «Məhəmməd  şah  təz- 
kirəsi»  (1832)  və  s.  əsərlərin  müəllifidir.  1842-ci  ildən  Cənubi 
Azərbaycanın  hakim i  olmuşdur.  63  övladının  hamısına  ali 
təhsil  verib,  onların  21-i  zabit  olub,  8  nəfəri  general  rütbəsi 
alıb.
Şeyx  Şamil  (1797-1871).  D ağıstan  və  Çeçenistanda  çar- 
rus  müstəmləkəçilərinə  qarşı  mübarizənin  rəhbəri,  imamlığm 
başçısı.  1835-ci  ilin  yayında  im am   seçilən  Şamil  o  vaxtdan 
dağlıların azadhq mübarizəsinə  başçılıq etmişdir.  Şəxsi igidliyi, 
sərkərdəlik  bacarığı,  gözəl  natiqliyi  Şamilə  geniş  şöhrət 
qazandırmışdır. A zad kəndlilərə və ruhanilərə arxalanan Şamil 
-  teokratik  dövlət  -  imamlıq  yaratmışdır.  İm am lıqda  dünyəvi 
və dini hakimiyyət Şamilə məxsus idi.  1859-cu ilin  avqustunda 
Şamil çar ordusu tərəfindən mühasirəyə düşmüş,  fəxri şərtlərlə 
təslim  olmuşdur.  1870-ci  ildə  Şamilə  Məkkəyə  ziyarətə  get­
məyə icazə verilmişdi.  Lakin o,  M əkkəyə çatmamış, Mədinədə 
vəfat etmişdi.
Mustafa  Kamal  Paşa  Atatürk  (1881-1938).  Dövlət  xadi­
mi,  böyük  sərkərdə.  Tanınm ış  naşir-jurnalist  «M üdrik 
A tatürk»  (Bakı,  2006)  əsərinin  müəllifi  Səfalı  Nəzərli  yazır: 
«Şəxsən mənim  A tatürkün şəxsiyyətinə vurğunluğum un ilk sə­
164
İntellektual ekologiya
bəbi  yaxşı  yadımdadır.  Bir  dəfə  Türkiyədən  «Göytürk»  nəş­
riyyatına) qonaq  gəlmiş bir  türk ziyalısı A tatürkün qəhrəm an­
lığından  danışaraq,  onun  müharibənin  ən  gərgin  bir  vəziyyə­
tində öz əsgərlərinə:  «M ən  sizə ölməyi əmr  edirəm!» -  deyərək 
hücuma  səsləndiyini  söyləyəndə  tüklərim   biz-biz  oldu.  D ünya 
müharibə tarixində analoqu olmayan belə bir əm ri kim verə bi­
lərdi? Ancaq A tatürk! Vətənini cam ndan artıq  sevən Atatürk!»
M ustafa Копий A tatürk:
«Mən  hər  şeydən  əvvəl  türk  milliyyətçisiyəm.  Belə  doğul­
dum.  Belə öləcəyəm.  T ürk birliyinin bir gün həqiqət olacağına 
inancım vardır.  Sabahın  tarixi  yeni  səhifələrini  türk  birliyi  ilə 
açacaqdır.  D ünya  asudəliyini  bu  səhifələr  içərisində  tapaca­
qdır.»
Bəli,  bu  m üdrik  kəlam lar  türk  millətinin  mərd,  cəngavər 
oğlu,  qeyrətli  sərkərdə,  Türkiyə  Respublikasının  yaradıcısı, 
m arşal Qazi M ustafa K am al A tatürkə məxsusdur.
H eydər Əliyev A tatü rk haqqında:
M ustafa  K am al  A tatürk  nə  qədər  m üdrik  adam dır...
Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham  mənbəyidir.
* * *
Unudulm az  A tatürkün  müqəddəs  adı,  solmayan  siması 
min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və q ar­
daşlığının gələcək yoluna parlaq işıq saçır.
Türkiyə islam ölkəsi olsa da, heç vaxt dünya dem okratiya­
sından,  Şərq  aləm indən,  İslam   aləmindən  ayrı  düşməmişdir. 
Bunun da əsasım, təməlini unudulm az öndərimiz M ustafa K a­
mal Atatürk qoym uşdur.
Azərbaycan xalqı öz milli azadhğı uğrunda  mübarizə  apa­
rarkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini ya-
165


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə