Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə42/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   38   39   40   41   42   43   44   45   ...   134

ratm ağa çalışarkən daim  Türkiyə xalqının dəstəyinə,  dayağına 
arxalanmış,  M ustafa  K am al  A tatürkin  qoyduğu  yolla  gedən 
Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir.
Nuru  Paşa  (1889-1949).  Türk  generalı,  sərkərdə.  N u ru  
Paşa  Trablis-Qərb  cəbhəsində  italyan  qoşunlarına  qarşı  döyü­
şlərdə göstərdiyi  qəhrəmanlıq və  sərkərdəlik  qabiliyyətinə  görə 
tarixi ədəbiyyatda «Trablis qəhrəm anı» kimi şöhrətləndirilir.
1918-ci  ilin  yazında  Osm anlı  Türkiyəsi  Azərbaycanı  və 
Dağıstanı xilas etmək üçün qərargah yaradanda,  Qafqaz İslam  
O rdusunun kom andanı vəzifəsinə,  29 yaşı olmasına  baxm aya­
raq,  böyük  döyüş  təcrübəsi  olan  və  cəsur  hərbçi  kimi  tanınan 
N uru Paşa təyin edildi. O na növbədənkənar general rütbəsi ve­
rildi.
N uru Paşa bir hərbiçi kim i uğurunu Azərbaycanda əldə et­
di.  B urada qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin dey­
il,  Azərbaycanın  da  hərb  tarixinə  və  ümumən  Türkiyə-Azər­
baycan  tarixinə  parlaq  səhifələr  yazdı.  1918-ci  ilin  m ayında 
Azərbaycana gələn N uru Paşa Qafqaz İslam O rdusunun y a ra ­
dılmasında  və  təşkilatlanm asında,  Azərbaycana  türk  qüvvələ­
rinin vaxtında gətirilməsində,  nəhayət,  Azərbaycanın düşmən­
lərdən  təmizlənməsində  əvəzsiz  rol  oynamışdır.  N uru  Paşanın 
qoşunları  1918-ci  il  iyunun  17-dən  sentyabrın  14-dək  bir-biri­
nin  ardınca  uğurlu  döyüş  əməliyyatları  apararaq,  Azərbaycan 
torpaqlarım   bolşevik-daşnak  qaniçənlərindən  təmizlədi  və  hə­
m in  ilin  15  sentyabrında  Bakı  azad edildi.  Bakının  azad  olun­
ması ilə əlaqədar Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər P a ­
şanın Xəlil Paşa və N uru Paşaya göndərdiyi təbrik teleqramın­
da  deyilirdi:  «Böyük  Turan  im peratorluğunun  Xəzər  kənarın­
dakı  zəngin  bir  yeri  olan  Bakı  şəhərinin  fəthi  xəbərini  böyük 
sevinc  və  m əm nunluqla  qarşıladım.  Türk  və  İslam  tarixi  bu  
xidmətləri  unutm ayacaqdır.  Qazilərimizin  gözündən  öpür,  şə­
hidlərimizə fatihələr ithaf edirəm».
Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli, Mehmet Nu­
ll  Bərköz  (1889-1975).  Q urtuluş  savaşının  iştirakçısı,  peşəkar
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
166
İntellektual ekologiya
hərbçi,  general-polkovnik.  O,  Türkiyə  Silahlı  Qüvvələri  Baş 
Qərargah  rəisinin  əməliyyat  məsələləri  üzrə  müavini,  Türkiyə 
Jandarmeriyasının  Baş  kom andanı  olmuşdur.  Əslən  azər­
baycanlıdır. Şəkidə anadan olmuşdur.
Mahmud Nuru  Hacı  İlyas  oğlu  Sarıkərimli,  Mahmud  Bər­
köz  (1895-?).  M ehm et Bərközün kiçik qardaşı -  ordu generalı. 
Ilazırda  Türkiyə  ordusunun  Ərzincan  ərazisindəki  təlim  m ər­
kəzlərindən  birinin  azərbaycanlı  (əslən  şəkili)  ordu  generalı 
M ahm ud Bərközün adını daşıması onun türk milləti və dövləti 
qarşısındakı xidmətlərinin unudulm adığım  göstərir.
Həsən Behçət (?-?). T ürk ordusunun generalı, azərbaycanlı 
(əslən şəkilidir).
ƏUağa İsmayıl Ağa oğlu Şıxlinski (1865-1943). Azərbayca­
nın görkəmli hərb xadimi, çar Rusiyası və Azərbaycan ordusu­
nun  generalı,  tanınmış  hərbiçi  alim.  O,  1904—1905-ci  illərdə 
Rusiya -  Y aponiya müharibəsində iştirak etmiş,  göstərdiyi  ig­
idliyə  görə  4  ordenə,  podpolkovnik  rütbəsinə,  qiymətli  hə­
diyyələrə  layiq  görülmüşdür.  Ə. Şıxlinski  1914-cü  ilin  sentyab­
rında  Petroqradm   artilleriya  hücum undan  müdafiəsinin  rəisi 
təyin  edilmişdir.  1917-ci  ilin  aprelində general-leytenant  rütbə­
sinə  layiq görülmüşdür.  O,  1917-ci il dekabrın  11-dən təşkilinə 
başlanan  Müsəlman  K orpusunun  kom andiri  təyin  edilmişdir. 
1920-ci ilin iyununda bolşevik həbsinə məruz qalsa da, N .N əri- 
m anovun müdaxiləsi ilə azad edilmişdir.  1920-ci ilin avqustun­
da S.M ehm andarov ilə birlikdə Ə.Şıxlinski Baş Q ərargahda iş­
ləmək  üçün  M oskvaya  göndərilərkən N .N ərim anov  V.İ.Leni- 
nə yazmışdır: « ...  Biz onları Q ərargahda işləmək üçün Sizin sə­
rəncamınıza  göndəririk,  çünki  bir  hərbi  mütəxəssis  kimi  onlar 
əvəzedilməzdirlər.  O nlardan  biri -   Şıxlinski Nikolay  ordusun­
da «artilleriyanın Allahı» hesab o lu n u rd u .. .»
Şıxlinski  artilleriya  nəzəriyyəsinə  yeniliklər  («Şıxlinski 
üçbucağı», «Şıxlinski formulu») gətirmişdir.
O,  «Cəbhədə  səhra  toplarının  işlədilməsi»,  «Rusca-türkcə 
müxtəsər  hərbi  lüğət»  kitablarının və  bir  çox  hərbi-nəzəri  mə­
qalənin müəllifidir.
167


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
1942-ci ildə görkəmli Azərbaycan filosofu,  SSRl EA Azər­
baycan  filialının  sədr  müavini  Heydər  Hüseynovun  təklifi  ilə 
Ə. Şıxlinski  öz  xatirələrini  yazm ağa  başlamış,  1943-cü  ildə  ta ­
m am layaraq  rus  dilində  çap  etdirmişdir.  «Xatirələrim»  1984- 
cü ildə Azərbaycan dilində nəşr olunmuşdur.
Cavad  bəy Məmmədağa  oğlu  Şıxlinski  (1875-1959).  Hərbi 
xadim,  Azərbaycan  Xalq  Cümhuriyyəti  ordusunun  general- 
mayoru,  Əliağa  Şıxlinskinin  qardaşı  oğludur.  O,  1918-ci  ilin 
sentyabrm  3-də  Azərbaycan  və  Türkiyə  hərbi  hissələrindən 
ibarət  olan  Qafqaz  İslam  O rdusunun  kom andanı  N uru  Paşa 
tərəfindən  Türkiyənin  hərbi  m edalına  təqdim  olunmuşdur. 
C.Şıxlinski A zərbaycan X alq  Cümhuriyyəti Nazirlər Şurasının
1919-cu il 25 iyun tarixli qərarı ilə general-mayor rütbəsinə lay­
iq görülmüşdü.
Cavad  bəy  Şıxlinski  Gəncə  üsyanının  (1920)  rəhbərlərin­
dən biri olmuşdur.
Səməd  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  (1857-  1931). 
Azərbaycan X alq  Cümhuriyyətinin  hərbi naziri,  görkəmli  hər­
bi  xadim,  tam   artilleriya  generalı  (general-polkovnik)  S.Meh­
m andarov  1904—1905-ci illər R usiya-Y aponiya müharibəsində 
iştirak  etmiş,  Port-A rturun  Şərq cəbhəsinin  artilleriya rəisi  ol­
muşdur.  Birinci dünya müharibəsində (1914-1918) diviziya ko­
mandiri  olan  S. M ehm andar ov  şəxsi  igidlik  göstərməklə  fərq­
lənmişdir.
1918-ci  il  dekabrın  25-də  o,  Azərbaycan  X alq  Cümhu­
riyyətinin  hərbi  naziri  təyin  edildi.  Zabit  kadrlarının  sayının 
artırılmasım  S.M ehm andarov  ordu  quruculuğunun  milh  zə­
min üzərində  təkmilləşdirilməsinin  mühüm  şərti  sayırdı.  Məhz 
onun  təşəbbüsü ilə  Gəncə  hərbi  məktəbinin  bazasmda  əvvəlcə 
praporşiklər, sonra isə hərbiyyə m əktəbləri açıldı.  Eyni zaman­
da  Istehkam çılar məktəbi,  H ərbi  dəmiryolçular məktəbi,  Şuşa 
hərbi-feldşer məktəbi fəaliyyətə başladı.
S.M ehm andarov  orduda  rəsmi  dilin  Azərbaycan  dili  ol­
duğunu  elan  edərək,  azərbaycanlı  döyüşçülərin  Qurani-Kəri­
min  altından  keçməklə,  Vətənə  sədaqət  andı  içmələrini  vacib
168
İntellektual ekologiya
sayırdı.  Azərbaycan  dilinin  öyrənilməsinə  göstəriş  verən 
S.Mehmandarov,  əsgər  marşlarının Azərbaycan dilində  oxun­
masım  tələb edirdi.  O,  milli  və  tarixi  rəmzləri özündə əks  etdi­
rən döyüş bayraqlarının və geyim form alarının layihələrim təs­
diq etdi. Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilmə­
sinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin 
qida  rasionunda  milli xörəklərin  üstünlük  təşkil  etməsinə  çalı­
şırdı.
1920-ci  ildə  aprel  işğalı ilə əlaqədar  S.M ehm andarov vəzi­
fəsindən  istefa  verdi.  Azərbaycan  müstəqilliyinin  qənimi  olan 
bolşevik-daşnak  başkəsənləri  M ehm andarovu  Gəncə  üsyanı­
nın  təşkilində  günahlandıraraq Ə.Şıxlinski ilə  birlikdə həbs  et­
dilər.  Yalnız  N .N ərim anovun  işə  qarışması  sayəsində  hər  iki 
vətənpərvər hərbiçi bolşevik-daşnak terrorundan azad oldu.
S.M ehm andarov  xalqın  maariflənməsini  son  dərəcə  vacib 
sayırdı və dövri m ətbuat orqanlarında bu mövzuda bir sıra ya­
zılar  çap  etdirmişdi.  O nun  ictimai  narahathğını  əks  etdirən: 
«Müsəlmanların  geriliyinin  səbəbləri»,  «Nə  etməli»,  «İbtidai 
qiraət  dərsləri»,  «M üsəlman  mühafizəkarlıq  əleyhinə»,  «Şiələ­
rin  dini  şəbihləri»,  «M üsəlmanların  öz-özlərinə  işgəncə  vermə­
ləri  haqqında»  və  s.  məqalələri Tiflisdə  nəşr  olunan  «Novoye 
obozreniye» qəzetinin səhifələrində dərc olunmuşdu.
Məhəmməd  Əmin  Hacı  M olla  Ələkbər  oğlu  Rəsulzadə 
(1884-1955).  G örkəm li  siyasi  və  dövlət  xadimi,  Azərbaycan 
Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şu­
rasının  sədri,  A zərbaycan  X alq  Cümhuriyyəti  Parlamentində 
«Müsavat»  və  bitərəflər  fraksiyasımn  sədri,  publisist.  Gənc 
yaşlarından  inqilabi  hərəkata  qoşulmuş,  «M üsəlman  Gənclik 
Təşkilatı»  adlı  gənc azərbaycanlı inqilabçılar  dərnəyi  yaratm ış 
və  ona  başçılıq  etm işdir  (1902-1903).  1904-cü  ildə  o,  Rusiya 
Sosial-Demokrat  Fəhlə  Partiyası  Bakı  Komitəsi  nəzdində 
«Müsəlman  sosial-dem okrat  «Hümmət»»  qrupunun  yaradıl­
masında iştirak etmişdir.
M .Rəsulzadə  m ətbuatda  millətlərə,  tayfalara,  siniflərə,  in­
sanlara  hüquq  bərabərliyi,  azadlıq  tələb  edən  yazılarla  çıxış
169


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə