Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə45/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
dövründə qalib gələnləri hərəkətə gətirir.  R əqabət ruhu olm ay­
an rəhbər zəifdir, xırda çətinliklər qarşısında geri çəkilir.
Siz,  hətta müqavimət və əks  fəaliyyət qarşısında geri  çəkil­
məməlisiniz.
M ürəkkəb problemləri həll edərək, siz, ilk növbədə, sağlam  
düşüncəyə əsaslanmalısınız.
Siz  nə  şöhrət,  nə  də  təşəkkür  gözləmədən  xidmət etdikləri­
niz və  sizə  xidmət edənlərin  nam inə  könüllü qurban verməlisi­
niz.
Sizi  müvəffəqiyyət  qazanm aq  ehtirası  incitməlidir  -  
özünüzü və hunlarınızı zirvəni fəth etməyə tələsdirən ehtiras.
Siz  həvəslə  belə  bir  adi  həqiqəti  etməlisiniz  ki,  özünüz 
qüsurlardan xali deyilsiniz.  Və bu gün dünənkindən yaxşı  başçı 
olm aq üçün hər gün çalışmalısınız.
H u n u n  xeyrinə nə varsa, bütün xalq üçün də xeyirli olm alı­
dır.  Və əksinə,  tayfa və xalq üçün nə faydalıdırsa,  hun üçün də 
faydalı olmalıdır.
H u n  olm aq üçün millətə sadiq və sədaqətli olmaq lazımdır. 
Adətlərimizi  gözləmək  bizim irsimizə,  keçmişimizə və gələcəyi­
mizə hörmətdir.
Bütün hunlara istisnasız olaraq şəxsi və milli qeyrət xasdır. 
Bu,  vacib  qəhrəmanlıqdır.  Əgər  söz  vermisənsə,  o,  bütün  istə­
nilən  fikirlərdən,  hətta  siyasi  məqsədəuyğunluqdan  da 
üstündür.  A m m a  eşidilən  vədi  verməzdən  əvvəl  düşünmək  la­
zımdır.
Asiyalı və avropalı əcdadlarım ızdan bizə irs qalan irqi, mə­
dəni,  əxlaqi  və  sosial  konsepsiyalar  həmvətənlərimizə,  onların
178
İntellektual ekologiya
istedad  və  rifahına  hörmətdən  keçməklə  hər  şeyi  qəbul  etməli 
və ehtiram göstərməlidir.
Piramidanı  öz  şəxsi  şərəfin  üzərində  qurm aq  yolverilməz­
dir.  Nə  qədər  ki,  biz  şəxsi  və  milli  adətlərimizi  möhkəm  sax­
layırıq,  bizim həyat  enerjimizi sümürən  təmtəraqlı özünüsevmə 
oyunlarının qurbanı olmamalıyıq.
Biz  vahid  hun  xalqı  kimi  özünüdərketməni  möhkəmlədən 
mahnılarımızı,  rəqslərimizi,  oyunlarımızı,  zarafatlarım ızı  və 
bayramlarımızı qorumalıyıq.
M ərd  əcdadlarımıza  ehtiram  əlaməti  olaraq  bizim  m ahnı­
larımız və rəqslərimiz,  bir  növ,  vahid  olmalıdır.  O nlara  istəni­
lən kənar  ləkələri  daxil  etm ək  olmaz,  yoxsa  bizim  irsimiz  itib- 
batar.
Əxlaq və intizamsız birlik də ola bilməz.
Başçı var gücü ilə çalışmalıdır ki,  həyatda intizam və əxlaq 
formalaşsın, sonra isə yorulm adan on u  möhkəmləndirməlidir.
Əxlaq  bizim  h un  olmağımızın  qürurundan  axır.  İntizam  
isə əxlaqdan yaranır.
Başçıya  əxlaqın  və  ya  intizamın  zəifləməsi  ilə  barışmaq 
yolverilməzdir. O, əxlaq və intizama söykənir, elə özü də onları 
yayır.
H unlar  intizama  can  atır  və  həvəslə  öz  başçılarının  arxa­
sınca gedirlər, çünki özləri də intizamlıdırlar.
*=н*
Başçı  heç  vaxt  üstünlüklərin  qayğısına  qalmamalıdır,  hə­
mişə birinci yerdə məsuliyyət olmalıdır. Yalnız üstünlüklərə gö­
rə vəzifə axtarm ayan başçı hörmətə layiq olur.
179


Ənvar M ete Həmidov, Zərnurə Həmidova
Həmişə  sizə  tabe  olan  rəhbərlərə  lazımi  hörm ət  göstərin, 
onlara  hörmət  göstərməsəniz,  onların  tabeliyində  olanlar  da 
sizdən nümunə götürəcəklər.
Rəqiblərinizə də hörm ət etməlisiniz.  Əgər siz onların qabi­
liyyətini,  təsirini  və  potensiahnı  nəzərə  almasanız,  onlar  sizin 
qarşınızda üstünlük əldə edəcəklər.
Əgər  başçının xarici görünüşü nəcibliklə doludursa,  hunlar 
da, düşmənlər də ona nəcib kim i münasibət bəsləyəcəklər.
Yenilməz  və  rəhmsiz  düşmənlə  razılaşmaya  cəhd  edərkən 
gücə arxayın olmayın. Yaxşısı budur ki, onu daha güclü vasitə­
lərlə ram  edəsiniz.
Əgər  bir  işi  başqasına  tapşırmısmızsa,  onu  öz  əlinizə  al­
mayın,  yaxşı  işdən  kənarlaşdırılmış,  tabeliyinizdə  olan  adamı 
özünüzə düşmən edərsiniz.
Böyük  və  ya kiçik  olm asından  asılı  olmayaraq,  sabah sizə 
qarşı  çıxış  edəcək  düşmənin  gücünü  qiymətləndirməmək  ol­
maz.
Seçdiyiniz  düşmənin  hansısa  üstünlük  əldə  etməsinə  heç 
vaxt im kan verməyin.
Düşmənin zəifliyindən öz xeyrinizə istifadə etmək imkanını 
əldən  verməyin.  Digər  tərəfdən,  onun  çox  təhlükəli  olduğunu 
bildikdə,  geri  çəkilin  və  onu  aradan  qaldıra  biləcəyiniz  vaxt 
qayıdın.
***
Rəhbər,  tabeliyində  olan  kom andirlər  arasında,  əxlaq, 
düzlük və ədaləti sözlə yox, əməli ilə yayır.  Sözün əməldən fərq­
lənməsi yolverilməzdir.
180
İntellektual ekologiya
Rəhbər  tabeliyindəkilərin,  ona  bərabər  olanların  və rəislə­
rin yüksək qarşılıqlı inam  ruhuna nail olmağa çalışmalıdır.
Rəhbər tabeliyindəkilərin təhsil və təcrübə qazanm aq hesa­
bına daim kamilləşməsinə nail olmalıdır.
Rəhbər  öz  hunlarını  hər  saatda  idarə  etməlidir  ki,  onlar 
məqsədsiz dolaşmasınlar.
Başçı hər bir halda hakimiyyətdən sui-istifadə etməməlidir. 
Belə hallar ciddi ixtilaflar yarada bilər, tayfada və millətdə qiy­
ama gətirib çıxara bilər.
Başçı tabeliyindəkilərin arasında sağlam rəqabəti həvəslən­
dirməli,  amma  tayfanm  və ya millətin məqsədlərinə ziyan vur­
duqda qarşısını almalıdır.
***
Başçı  başa düşməlidir  ki,  qanun  tələbi həmişə  onun  özün­
dən yüksəkdir.
Başçıların  hamısı  bilməlidirlər ki,  qələbə yalnız nəyin  edil­
məli  olduğunu  bilənlərə  yox,  həm  də  nə  vaxt  etməyi  bilənlərə 
qismət olur.
Müdrik  başçı  mahiyyətə  varm adan  heç  vaxt  qərar  qəbul
etmir.  Qərar qəbul edənin şücaəti ağıldır.
***
Başçı  tabeliyindəkilərə  onların  öz  məsuliyyətləri  daxilində 
qərar qəbul  etmək səlahiyyətləri verməlidir.  O  başçı zəifdir ki, 
hakimiyyətini  itirmək qorxusundan  bütün məsələlər haqqında
qərar çıxarmaq səlahiyyətlərini yalnız özündə saxlayır.
***
Bəlkə də qərar  qəbul etmək üçün hər  şeydən  əhəmiyyətlisi 
onun zam anında qəbul olunmasıdır.
181


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə