Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə48/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   44   45   46   47   48   49   50   51   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
axtarmışdı.  Peyğəmbərin  (s.)  sağ olduğunu görəndə:  «Bundan 
sonra başım a gələcək bütün müsibətlər mənim üçün heç nədir», 
-  demişdi.
Q adınlar  hətta  dəniz  müharibələrində  də  iştirak  edirdilər. 
Həzrət Peyğəmbərin (s.) bibisi Ümmü H aram  (r.a.) dəniz döyü­
şlərində şəhid olmağı arzulayırdı.  Bununla bağlı Rəsulullahdan 
(s.) dua etməsini istəmişdi.  Nəticədə Ümmü H aram  (r.a.)  Kipr 
adasının fəthi əsnasında şəhid  olmuşdu.  (Elşad Miri, göstərilən 
əsəri, s. 23-24)
Tarixi faktlar göstərir ki,  müsəlman qadını din yolunda ilk 
şəhiddir,  kişilərlə  bərabər  məslək  yolunda  vuruşmağı  bacarır. 
Hələ  1400 il bundan əvvəl müsəlman qadını  bəşər tarixində ilk 
şəfqət bacısı olmuşdur.
«Kitabi-Dədə  Qorqud»  dastanında  təsvir  edilən  mərd,  əy­
ilməz  qadınlardan  Qazan  xam n  qadım   Burla  xatun  igidlikdə 
ərindən geri qalmır,  döyüş m eydanında hünər göstərir.  Banuçi- 
çək, Selcan xatun və başqaları da namuslu, tədbirli, ağıllı,  təm­
kinli və  dözümlüdürlər.  D astanda  ana  obrazı vətən  rəmzi  kimi 
ümumiləşdirilir, Tanrı haqqı kimi qiymətləndirilir.
Ə l-M uxtadir  xəlifənin  hakimiyyəti  dövründə  [908-932] 
bütün dövlət işlərinə onun anası nəzarət edirdi və o, saray nazi­
ri  vəzifəsinin  icrasını  Suməyya  adlı  qadm a  tapşırmışdı.  Su- 
məyya  bütün  mübahisəli  məsələlərə  baxaraq  onlar  haqqında 
qərar çıxarm aq hüququna m alik idi.
Səidə xatun  (997-1029).  İranın  Reya-M ac-ad-Daul vilayə­
tinin  kiçikyaşlı  hökm darının  anası.  Ö,  uzun  illər  hökmdarı 
əvəz etmişdir.
Türkan  xatun.  Səlcuq  sultanı  Məlik  şahın  arvadı.  12  min 
atlıya  m alik  şəxsi  qvardiyaya  rəhbərlik  etmişdir.  1092-ci  ildə 
sultan  M əlik  şah  öldükdən  sonra  Türkan  xatun  kiçikyaşlı 
oğlunun əvəzinə hökm dar elan  olundu və elə həmin il də Səlc­
uq dövlətində hakimiyyət u ğ ran d a mübarizədə öldürüldü.
Mömünə  xatun.  Eldəgəz  hökm darı  [1136-1175],  Azər­
baycan Atabəyləri -  Eldəgəzlər sülaləsinin və Eldəgəzlər dövlə­
tinin  banisi,  görkəmli  dövlət  xadimi,  sərkərdə  Şəmsəddin  El-
190
İntellektual ekologiya
dogəzin zövcəsi, M əhəmməd C ahan Pəhləvan və Qızıl Arslanın 
anasıdır.  Mömünə  xatun  ərinin  və  oğlanlarının  hakimiyyəti 
dövründə böyük siyasi nüfuza malik  olmuş,  sultanla Atabəylər 
arasında normal  münasibətlərin  qurulm asına  çalışmış,  bir sıra 
ara  müharibələrinin  qarşısını  almışdır.  Naxçıvanda  dahi Əcə­
minin  ucaltdığı  möhtəşəm  M ömünə  xatun  türbəsi  (1186)  bu 
qadının şərəfmə tikilmişdir.
Terken  xatun.  X arəzm   şahı  M əhəm m əd  II  Əlaəddinin 
[1200-1220]  anası.  Hərbi  aristokratiyanın  müdafiəsinə  arxala­
nan  Terken  xatun  yüksək  hərbi  və  mülki  vəzifələr  tu tan   mə­
m urlardan olan şikayətlərə baxar və günahkarlar haqqında qə­
rar  çıxarardı.  Bu,  ona  «Dünyanın  hökm dar  qadını»  titulunu 
qazandırıb.
Raziyə xatun.  Dehli  türk-müsəlman dövlətinin- sultanlığı­
nın  hökmdarı  Şəmsəddin  İltutm uşun  [1211-1236]  qızı.  Şəm­
səddin  İltutmuş  qızını  öz  taxt-tacımn  varisi  təyin  etmişdir  ki, 
bu da tarixdə hakimiyyəti vərəsəlik yolu ilə alan yeganə müsəl­
m an  qadınıdır.  Raziyə xatun  1236-1240-cı  illərdə hakimiyyət­
də  olmuş, ədalətli və qüdrətli hökm dar  kimi tanınmışdı.  O nun 
dəfn olunduğu yer insanların ziyarətgahına çevrildi.
Fatimə xatun.  Çingiz xanın  oğlu  Ugedey  öldükdən  sonra 
dövləti 4 il Çingiz xanın gəlini Turakina idarə etmişdir və onun 
baş vəziri müsəlman qızı Fatimə xatun olmuşdur.
Mehrican xatun (X III əsr).  Sultan Toğrulun qızı,  görkəmli 
dövlət xadimi,  Atabəylər dövlətinin axırıncı hökm darı Müzəfə- 
rəddin  Özbəyin  arvadı.  Xarəzmşah  Cəlaləddin  Azərbaycana 
girəndə Özbək  Əlincə qalasm a qaçmışdı.  Təbrizdə qalan arva­
dı  Mehrican xatun Xoy,  Səlmas və Urmiyəni öz idarəçiliyində 
saxlamışdır.  Bu  igid  qadm   Təbrizin  müdafiəsini  təşkil  etmiş 
(1225),  qonşu dövlət başçıları ilə ittifaq  bağlayıb düşmənə qar­
şı  ardıcıl mübarizə aparmışdı. Təbriz, Xoy, Naxçıvan şəhərləri­
nin işğalçılardm azad edilməsində böyük igidlik göstərmişdir.
Sara xatun.  XV  əsrdə A ğqoyunlu dövlətinin sultanı  Uzun 
Həsənin  [1468-1478] anası.  Həm də diplom at olan Sara xatun 
Ağqoyunlu dövlətinin möhkəmlənməsində yaxından iştirak et-
191


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
miş,  ağqoyunlulann  xarici  siyasətinin  müəyyənləşdirilməsində 
əsas rol  oynamışdır.  U zun  Həsənin ən məsul diplomatik tapşı­
rıqlarım  uğurla yerinə yetirən Sara xatun  1461-ci ildə Osmanlı 
sultanı  II  M ehmetlə  müqavilə  bağlamışdır.  Yassıçəmən  adla­
nan b u  müqavilə ağqoyunlulann dövlət müstəqilliyinin saxlan­
m asında  m ühüm   rol  oynamışdır.  Sultan  II  Mehmet  Trabzon 
im peratorluğuna son qoyduqda, Sara xatun gəlini Dəspinə xa- 
tunun (I  Şah İsmayılın nənəsi) vərəsəliyini irəli sürmüşdür.  Bu­
nunla o, T rabzon xəzinəsini bölüşdürməyə nail olm uşdur.
S ara xatu n  Osmanlı sultanı II M əhəmməd Fateh  (II M eh­
met) dövründə səfir olm uş və səfirlik missiyasım uğurla həyata 
keçirmişdir.  S ara xatunun adı tarixə ilk səfir qadın və diplomat 
kimi  düşmüşdür.  Osmanlı  sultanı  ona  həmişə  hörmətlə  yanaş­
mış, S ara xatunu ana adlandırmışdır.
T arixi  araşdırm alar  göstərir  ki,  türk  qadınları  at  belində 
qılınc  oynatm aqda,  vuruşm aqda heç  də kişilərdən geri  qalm a­
mışlar.
1514-cü  ildə  Sultan  I  Səlimin  [1512-1520]  başçılıq  etdiyi 
Osm anlı ordusu ilə Ç aldıran düzündə baş vermiş döyüşdə qızıl­
başlar  məğlubiyyətə  uğradılar.  Sultan  Səlimin  əlinə  keçmiş 
əsirlər arasm da  Şah İsmayılın döyüş paltarı geyinmiş arvadları 
Bəhruzə  xanım   və  Taclı  xanım   da  vardı.  Döyüşlərdən  sonra 
Çaldıran  düzündə  kişi  p altarı  geyib  öz  ərləri  ilə  birlikdə  vuru­
şan xeyli qadm  meyiti tapılmışdır. Azərbaycan qadınlarının və­
tənpərvərlik və igidliyindən heyran olmuş Sultan Səlim onların 
döyüşçüyə xas ehtiram la basdırılması üçün əmr vermişdir.
T uti  Bikə  (7-1786).  Q uba xanı  Fətəli xamn  arvadı,  Qara- 
qaytaq  hakim i  Əm ir  H əm zənin  bacısı,  dövlət  xadimi.  1766-cı 
ildən D ərbənd şəhərinin idarəsi T uti Bikəyə tapşırılmışdı. Gav- 
duşan  vuruşm asında  Ə m ir  Həmzə  və  onun  müttəfiqlərinə 
məğlub  olan  Fətəli  xan  geri  çəkildikdə,  Tuti  Bikə  Dərbəndin 
müdafiəsini  öz  üzərinə  götürmüş  və  şəxsən  rəhbərlik  etmişdir. 
Ərinin  həlak  olm ası  şayiəsinə  inanm ayan  Tuti  Bikə  qardaşı­
nın m üdafiədən əl çəkmək təklifini rədd etmişdir. O, döyüşə gi­
rərək  q ala  müdafiəçilərini  ruhlandırm ış,  başçılıq  etdiyi  Dər­
192
İntellektual ekologiya
bənd süvariləri ilə  düşməni  9  ay  Dərbəndə yaxın buraxmamış, 
şəhərdən uzuqlaşdırmışdır.
Rüstəmə  (XIX  əsr).  1850-ci  ildə  Azərbaycanın  Zəncan  şə­
hərində baş vermiş böyük xalq üsyanımn başçılarından biri ol­
muşdur. Rüstəmə qılınc oynatm aqda, sərrast güllə atm aqda ad 
çıxarmışdır.
Nigar.  X alq  qəhrəm anı  K oroğlunun  silahdaşı,  sədaqətli 
həyat yoldaşı olm aqla yanaşı, həm də ən yaxın məsləhətçisi idi.
Həcər  (XIX  əsr).  X alq  qəhrəmanı  Q açaq  Nəbinin  arvadı. 
O  da əri kimi  25  il  at belində çarizmə qarşı mübarizə aparm ış­
dır.
Belə  misallar  çox  çəkmək  olar.  A raşdırm alar  göstərir  ki, 
insanlıq  tarixində  qadm  liderliyinin  beşiyi  qədim  Şərqdir.  Şər­
qin bir hissəsi olan müsəlman dünyasında, qadın nüfuzu, qadm  
zəkası,  qadın  müdrikliyi  yüksək  qiymətləndirilib.  Onların  cə­
miyyətin  inkişafında,  elmin  çiçəklənməsində,  əmin-amanlığın 
bərqərar olmasında  iştirakı  danılmazdır.  Q adm   zəkası müsbət 
intellektual amillərin yaradıcısıdır.  Q oca Şərqin müsəlman qa­
dınları ağbirçək  analarm  müqəddəs yolu ilə gedərək neçə-neçə 
nəsillər  böyütmüş,  dünyaya  dahilər  bəxş  etmişlər.  Qədim  əsr­
lərdən  keçib  gələn  bu  yolda  Məhsəti  xanım  Gəncəvinin  könül 
təravətləndirən rübailəri klassik Şərq poeziyasının ən yaxşı inc­
iləri kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuşdur.
Məhsəti Gəncəvi. X II əsr Azərbaycan şairi. Tədqiqatlar gö­
stərir  ki,  Gəncədə  mükəmməl  təhsil  almış,  Şərq  ədəbiyyatına 
və  musiqisinə yaxm dan  bələd olmuşdur.  M əhsəti Gəncəvi fars 
dilində,  əsasən,  rübai  janrında  yazmışdır.  M əhəbbət  lirikası 
Məhsəti yaradıcılığında əsas yer tutur.  O nun rübailəri dünyəvi­
liyi, humanizmi,  nikbinliyi ilə seçilir. Ədəbi irsi dövrümüzə tam 
halda  gəlib  çatmamışdır.  X III-X V  əsrlərə  aid  cüng və  təzkirə- 
lərdə 200-ə yaxın rübaisi və bir neçə lirik şeiri saxlanılmışdır.
Məhsəti  Gəncəvi  rübailərində  insam n  mənəvi  azadlığım 
müdafiə  etmişdir.  Şeirlərində  xalqın,  xüsusilə  Şərq  qadınının 
azad  və  xoşbəxt  həyat  haqqında  rom antik  arzuları  əks  olun­
muşdur.
193


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə