Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə112/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Aşıq Ələsgər:
V arlıya dost olub yoxsula gülmə,
Çox d a havalam b coşma dünyada.
V axt olacaq ömür yetəcək bada,
H örm ət qoy hamıya, hörmətlə yaşa.
Aşıq Abbas  Tufarqanlı:
Bu dünya karvansaradı,
H ər gələn qonaq əylənməz.
D ünya dediyin bir fanidir, fani,
Əzəl N u h  gəlmişdi, görünmür, ham?
Xəstə  Qasım:
Y ola saldı İsgəndər tək xaqanı,
Bizə də əsəcək bad elə, insan!
Seyid Əzim Şirvani:
D ünyaya gələn getmək üçündür, bu nə qəmdir? 
Bir fikir eylə, bu xilqəti-aləm nə üçündür?
Səməd Vurğun:
Q oym a ki, yerlərdə sürünsün bəşər, 
D ünyada qalmasın nə pislik, nə şər. 
Yaxşılıq insana bir sənət olsun,
D ünya başdan-başa qoy cənnət olsun.
482
İntellektual ekologiya
Əzəldən belədir çünki kainat,
C ahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi gedərik, sən yaşa dünya!
Bəxtiyar  Vahabzadə:
Gözəldir dünyada məsləklə addım  atmaq,
Məslək varsa -  O bilir ki, yaşamağın mənası nə,
Məslək yoxsa -  O,  bir yükdür həm dünyaya, həm özünə.
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Çıxmağa təpə deyil, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşam aq istəyirəm.
Kədərdəki nəşəni, zövqü anlamayanlar,
Həyatın  nəşəsindən, fərəhindən nə anlar?
X ırda duyğulardan uzaq ol,  uzaq,
Böyük duyğularla yaşa, kiçilmə.
Hər şeyin sonu v a r...  H əyata düz bax,
Gecəni, gündüzü əbədi bilmə.
Dünya fırlanır ki, dönsün bu gərdiş,
İdrakın önündə an əyilməsin.
Dünya fırlanır ki, insan ölməmiş,
Dünyadan dünyaya köçə bilməsin.
Çox əyilən görmüşəm əyilməyən başları,
Sular duruldu, gördük dibindəki daşları.
Ünvanım dəyişdi dünənin alqışları,
Niyə də dəyişməsin, axı dünya fırlanır.
483


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Enişin ardıdır, hər dik, hər yoxuş,
Tufan dediyimiz sükutdan qopmuş.
A talar düz deyib, tərs qoyulubmuş,
Binədən dünyanın xımı, sən demə.
***
Kim i gəlir b u  dünyada, bu dünyanı unutmağa, 
Kimi gəlir dünyaya yox, öz qəlbinə züy tutmağa. 
K im i gəlir bu dünyanın nəşəsinə yaşamağa,
Kim i gəlir bu dünyam n dərdlərini daşımağa. 
Kim i gəlir b u  dünyadan um duğunu götürməyə, 
K im i gəlir b u  dünyaya öz odundan nur verməyə. 
Kimi gəlir bu  dünyada olanlara daş atmağa, 
K im i gəlir b u  dünyada olmayanı yaratmağa. 
H a q q  istədin,
D edin niyə adı vardır, özü yoxdur?
D edin niyə b u  dünyanın əyrisi var, düzü yoxdur?
Məmməd Araz:
Çaydı, dəhnəsində xırsız əjdaha,
Gecəsi salam at çıxmaz sabaha.
İti bazarında atından baha,
M ən belə dünyanın nəyindən küsüm? 
K im insə dünəni qəbirsiz qalıb,
K otançı babası dəmirsiz qalıb.
K örükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb,
D ünya düzəlmir ki, düzəlmir, baba!
G edir yol davası, sümük davası,
G edir vurhavurla çəpik davası.
G edir m ilyonçunun qəpik davası,
484
İntellektual ekologiya
Çürük fikirlərin, çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədi qəhqəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
N əbi Xəzri:
Ömür səadətimdir, ya əbədi zülmümdür?
Tez də ölsən ölümdür,
Gec də ölsən ölümdür!
Tez öləndə hayıf oldu -  deyərlər,
Gec öləndə yenə öldü, -  deyərlər.
Misbah  Yəzdi:
Əgər  dünya  olmasaydı,  insanlar  hansı  savabla  behiştə  ge­
dərdi?  Dünya  Allah dostlarının təkamül yeridir.  Həzrət Əli (ə) 
buyurur:  «Dünya  ona  baxan  insanı  agah,  onun  zinətinə  alda­
nam  kor  etdi».  Bəli,  dünyaya  bəsirət  gözü  ilə  baxanlar  ondan 
faydalanır,  nəfsinə  uyanlar isə zərərə düşürlər.  D ünyadan dərs 
almayan kəs, kamillik mərtəbəsinə ucala bilməz.
Ərəb atalar sözləri:
M ən  bütün dünyanı fikrimə tapm dırm aq istərkən,  ölümdə- 
ki bir həqiqəti anlamıram?!
485


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Ölüm  dırnaqlarım   ilişdirsə  heç  bir  dua,  tilsim  fayda  ver­
məz.
Bayatı:
Su gələr, axar gedər,
Dumalar qatar gedər.
D ünya bir pəncərədir,
H ər gələn baxar gedər.
M üdriklərdən  biri  deyib  ki,  dünya  bir  səhnə,  insanlar  isə 
aktyordur.  H ərənin  öz  taleyi,  hər  fərdin  oynadığı  bir  rol  var: 
mənfi-müsbət,  komik-faciəvi,  qəhrəman-qorxaq,  millətini, 
vətənini,  dinini  sevən-xəyanətkar,  müdrik-nadan,  mərhəmətli- 
zalım ...  B unlardan  bir  qismi  çox,  bir  qismi  az  yaşayır.  B.Va­
habzadə dediyi kimi,  cavana  tez öldü deyirlər,  qocaya da yenə 
öldü deyirlər.  Əgər insana ömür bəxş eləmək mümkün  olsaydı, 
ondan soruşsaydılar ki, yüz illik, yoxsa sonsuz bir həyatı istəy­
irsən,  nə cavab verərdi?  Biz bu suala cavab vermək istəmirdik. 
Bu sualın cavabını oxucuların ixtiyarına veririk.  Öz yaxınlarım, 
qohum larım , dostlarını itirən insan, var-dövlət içində olsa belə, 
necə xoşbəxt ola bilər.
Dəli könül, məndən sənə əmanət,
D em ə, bu dünyada qalım, yaxşıdı.
Bir gün olar qohum , qardaş yad olar,
D em ə, ulusum var, elim yaxşıdı.
Xəstə Qasını.
Çünki bu fani dünyanın əsası belə qoyulub.  Gələn getməli­
dir,  getməlidir  ki,  yadlaşmasın,  dirikən  unudulmasın.  Tanrıya 
qovuşduqdan sonra hafizələrdə yaşasın, yad edilsin.
Ey insan,  çalış bu mənasız dünyada ömür sürdüyün zaman
486
İntellektual ekologiya
nakam   getməmək  üçün  bir  məna  kəsb  edəsən.  Həqiqi  mənə­
viyyat  sahibi  olan,  cəmiyyətə  bacardığı- qədər  xidmət  edən, 
mənfi intellektual amillərdən uzaq olan insan,  hər an düşünmə­
lidir ki,  o,  dünyaya getmək üçün gəlib.  Əsl insan bu dünyam öz 
ürəyində  dinləməyi  bacarmalı  və  dərk  etməlidir  ki,  ömrün... 
nəhayəti ölümdür. Şərəfli ölüm,  şərəfsiz həyatdan yaxşıdır.
Əziz  oxucu!  Bütün  bu  araşdırm alardan  sonra  belə  qərara 
gəldik  ki,  fikirlərimizi  yekunlaşdırm aq üçün  bir  daha  Bəxtiyar 
Vahabzadə fəlsəfi xəzinəsinə müraciət edək:
Y aranışdan  bilirik, ömrə nəhayətdi ölüm,
Zam anın hökmü budur: hər kəsə qismətdi ölüm.
Hələ dərk etməmişik, am m a ölümdən o tayı,
Bizim idrakımıza gör necə sərhəddi ölüm.
Nə imiş hikməti dünyamızı tərk eyləməyin?
Ulular söylədi torpaq ilə vəhdətdi ölüm.
Nə olarmış, görəsən, saxlaya bilsək zamanı?
Kim bilir,  bəlkə də insana bir hörmətdi ölüm.
Ölənin qəbrinə qan-yaş axıdıb ağlaşırıq,
Nə bilək, bəlkə şərəf, bəlkə fəzilətdi ölüm.
Bəşər ölməzsə, bu dünya təzələnməz, qocalar,
Bütün insanlıq üçün bir əbədiyyətdi ölüm.
Bir daha dahi sənətkar Bəxtiyar fəlsəfəsinə müraciət edək:
Gəlin özümüzü bir insan sayaq,
Hissdən, həyəcandan gəlin qorxmayaq.
Qorxaq şirin-şirin təbəssümlərin,
487


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə