Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
körpü  vaxtilə  şəxsən  cənab  İlham  Əliyevin  köm əyi 
ilə  düzəldilmişdi.
Kitab  müəllifinin  ikinci  müşahidəsi  də  çox  d ə y ə r­
lidir.  Azərbaycan  Respublikası  Prezident  yanında 
Dövlət  İdarəçilik  Akademiyasında  Beynəlxalq  sim po­
zium  keçirilirdi.  Simpozium  səhəri  günü  Türk  b ə lə ­
diyyələrinin  və  Qafqaz  Universitetinin  alimlərinin  iş­
tirakı  ilə  Mərdəkan  bələdiyyələrində  davam  etdirildi. 
Qonaqlar  Mərdəkanda  olarkən  1918-ci  ildə  həlak  o l­
muş  türk  əsgərlərinin  məzarını,  abidəsini,  «Pir  H ə- 
sən»i  ziyarət  etdilər.  Mərdəkandan  qayıdandan  sonra 
Türkiyənin  bələdiyyələri  öz  vətənlərində  «M ərdə­
kan»  adlı  xüsusi  bir  istirahət  parkı  salaraq,  onun  açı­
lışına mərdəkanlıları  da  qonaq  dəvət  etdilər.  Bu  abad­
lıq  işləri  də  cənab  İlham  Əliyevin  hələ  prezident  se­
çilməmişdən  xeyli  əvvəl  təşəbbüsü  nəticəsində  baş 
tutmuşdu.  Bütün  bunlar  bir  daha  təsdiq  edir  ki,  cənab 
Prezidentimiz  İlham  Əliyev  öz  fəaliyyətində  həmişə 
Allaha  inanan,  İslam  dünyasının  dininə,  xalqının  adət 
və  ənənələrinə  sadiq  qalan  bir şəxsiyyətdir.  Hələ  bir fi­
kir verin möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin 
Kəbəni  ziyarət  etdikdən  sonra  dediyi  kəlamlara:
«Bu,  mənim  həyatımda  çox  əlamətdar,  tarixi  bir 
gündür.  Mən  ikinci  dəfədir  ki,  buranı  -   Məkkəni 
ziyarət  edirəm  və  müqəddəs  Kəbənin  içərisində  du­
alar  etmişəm.  Birinci  dəfə  1994-cü  ildə  prezident 
Heydər  Əliyev  burada  olarkən  onunla  bərabər  olmu­
şam.  Bu  gün  isə  yenə  də  buradayam.  Bu  hissləri  ifa-
68
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
də  etmək  çox  çətindir.  Bunu  yaşamaq  lazımdır.  Mən 
hər  bir  müsəlmana  bu  gözəl  hissləri  yaşamağı  arzu­
layıram».
Prezidentimiz  daha  sonra  demişdi:  «Mən  bu  gün 
çox  xoşbəxtəm.  Çox  şadam  ki,  ürəyimdə  olan  niyyət­
lərimi  ifadə  etdim,  dua  oxudum.  Hesab  edirəm  ki, 
mənim  həyatımda  bu,  çox  böyük  bir  hadisədir!»
Bildiyiniz  kimi,  ümumiyyətlə,  səfər  çox  uğurlu  ke­
çir.  Səudiyyə  Ərəbistanı  ilə  Azərbaycan  arasında  si­
yasi  münasibətlər  çox  yüksək  səviyyədədir.  Bu  səfər 
bunu  bir  daha  təsdiqlədi.  Biz  bir-birimizi  daim  dəs­
təkləyirik,  ikitərəfli  formatda,  regional  iş  birliyi  çər­
çivəsində  sıx  əməkdaşlıq  edirik.
Bilirsiniz  ki,  Səudiyyə  Ərəbistanı  Ermənistan-Azər­
baycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  öz  möv­
6 9


Əbülfəz  Bərəkət  (Qasımov)
qeyini  açıq  bəyan  edib  və  Ermənistanla  bu  günə  kim i 
dimlomatik  əlaqələr  qurmayıbdır.
Əziz  Prezident!  Bütün  Azərbaycan  xalqı  kimi  biz 
də  ürəkdən  deyirik:  «Ziyarətiniz  qəbul,  niyyətiniz  çin 
olsun!»  Allah  sizi  bəşər  dünyasına  çox  görməsin. 
Xalqımız  qürur  hissi  keçirir  ki,  Kral  Fəhd  bin  Əbdül­
əziz  Al  Səud  Azərbaycan  Prezidenti  İlham  Əliyevi 
Səudiyyə  Ərəbistanı  Krallığının  ali  dövlət  mükafatı  -  
«Kral  Əbdüləziz»  ordeni  ilə  təltif etmişdir.  Xalqımız 
yaxşı  bilir  ki,  bu  orden  dünyanın  ən  nüfuzlu,  ən  gör­
kəmli  siyasi  xadimlərinə  təqdim  olur.  Bu  kitabın  ya­
radıcı  heyəti  də  möhtərəm  prezidentimizi  ürəkdən  təb­
rik  edir,  ona  uzun  ömür  və  möhkəm  cansağlığı  arzu 
edir.
Respublikamızın  prezidenti  öz  ölkəsini,  xalqını  ən 
yüksək  dairələrdə  ləyaqətlə  təmsil  etmək  qabiliyyəti­
nə  malikdir.  Beynəlxalq  diplomatiyanın  incəliklərini 
dərindən  dərk  edən,  hər  sözün,  hər  bir  hərəkətin  ye­
rini  bilən,  insan  əməyini  qiymətləndirməyi  bacaran 
çox  böyük  təvazökar  bir  şəxsiyyətdir.
Cənab  Prezidentimiz  İlham  Əliyev  də  dövləti  ida­
rəetmə  sahəsində zəngin  təcrübə  toplanmışdır.  Onu  da 
qeyd  etməliyik  ki,  onda  Heydər Əliyevin  cəsarətliliyi, 
sistemli  və  ardıcıl  islahatlar  həyata  keçirmək  bacarığı 
vardır.  Məhz  buna  görədir  ki,  prezidentimiz  İpək  yo­
lunun  Vəqfı  «2004-cü  ilin  siyasətçisi»  mükafatına 
layiq  görülmüşdür.  Bu  mükafat  «Azərbaycanın  işğal 
olunmuş  ərazilərinin  azad  edilməsi  üçün  göstərdiyi
7 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
qətiyyətə,  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  ta- 
mamlanmasındakı  iradəsinə,  Bakı-Tbilisi-Ərzurum 
qaz  kəmərinin  gerçəkləşdirilməsindəki  əzmkarlığına, 
Böyük  İpək  yolunun  canlandırılınası  sahəsində  səylə­
ri  davam  etdirməsinə  Prezident  Heydər  Əliyevin 
dünyada yüksək  qiymətləndirilən  siyasətini  inkişaf et­
dirərək  Azərbaycanın  gələcəyinə  təminat  yaratması­
na,  «bir  millət,  iki  dövlət»  kəlamını  rəhbər  tutmaqla 
Türkiyə  ilə  əlaqələrin  və  əməkdaşlığın  davamlı  inki­
şafında  qətiyyətli  fəaliyyətinə  görə»  verilmişdir.
Cənab  İlham  Əliyev  xalqın  sevgisini,  hüsn-rəğbəti- 
ni  qazanandır,  insanların  qəlbinə  yol  tapandır.  İdarə­
çilikdə  bu  amillərin  çox  böyük  rolu  vardır.  Təsadüfi 
demirlər  ki,  xalqı  idarə  etmək  üçün,  onun  qəlbindən 
keçənləri  duyub  və  dərk  etmək  lazımdır.  Cənab  İlham 
Əliyev  rəhbərlik  etdiyi  ölkənin  insanları  ilə,  yaşından, 
milliyyətindən,  irqindən  asılı  olmayaraq,  onunla  məs­
ləhətləşmələr  aparır,  onların  qayğı  və  arzularına  tam 
şərik  çıxır,  insanlara  xüsusi  qayğı  göstərir,  böyük  və 
kiçiyin  yerini  bilir,  ahıl  qocalara,  ağbirçək  analara 
böyük  ehtiram  göstərir.  Bütün  bunlar  cənab  İlham 
Əliyevə  hər  addımda  böyük  hörmət  gətirir.  Belə  in­
sanı  xalq  sevir  və  dəstəkləyir.
Prezidentimiz  gənclərin  hərtərəfli  inkişaf etməsinə 
qayğı  göstərir.  Sağlam  nəslin  sağlam  və  düşüncəli 
yetişdirilməsinə  var  qüvvəsini  sərf edir.  O,  dönə-dö­
nə  vurğulayır  ki,  gənclik  -  hər  bir  dövlətin,  hər  bir 
ölkənin  gələcəyidir,  onu  irəli  aparan  əsas  qüvvədir.
71


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə