Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Buna  baxmayaraq  o,  az  müddət  ərzində  elmin,  səhiy­
yənin,  incəsənətin  və  idmanın  inkişafına  böyük  əm ək 
sərf edir,  Azərbaycanı  bütün  dünyaya  tanıtmaqda  bi­
lik  və  bacarığını,  idarəçilik  məharətini  sərf edir.  Məhz 
buna  görədir  ki,  xalqımız  Mehriban  xanımı  sevir,  hər 
addımda  ona  hörmətini  bildirir.
Əliyeva  Mehriban  Arif  qızı  1964-cü  ildə  Bakı  şə­
hərində  anadan  olmuşdur.  1982-ci  ildə  23  saylı  orta 
məktəbi  qızıl  medalla  bitirmiş  və  N.Nərimanov  adına 
Azərbaycan  Dövlət  Tibb  İnstitutuna  daxil  olmuşdur.
1983-cü  ildə  M.Seçenov  adma  birinci  Moskva  Döv­
lət  Tibb  İnstitutunun  tələbəsi  olmuş  və  1988-ci  ildə 
oranı  fərqlənmə  diplomu  ilə  bitirmişdir.
Növbəti  dörd  il  ərzində  Moskvada  akademik  Kras- 
novun  rəhbərliyi  altında  göz  xəstəlikləri  elmi-tədqiqat 
institutunda  işləmişdir.
110
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Mehriban  xanım  Əliyeva  ictimai  və  xeyriyyəçilik 
işləri  ilə  fəal  məşğuldur.  1995-ci  ildə  onun  təşəbbüsü 
ilə  “Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondu»  tə­
sis  olunmuşdur.
1996-cı  ildə  Azərbaycan  mədəniyyətinin  ölkədə  və 
xaricdə  təbliğ  olunması  məqsədilə  üç  dildə  (Azərbay­
can,  ingilis  və  rus)  çap  olunan  “Azərbaycan  -  İrs” jur­
nalı  təsis  olunmuşdur.
2002-ci  ildən  Mehriban  xanım  Əliyeva  Azərbaycan 
Gimnastika  Federasiyasının  prezidentidir  və  həmin 
vəzifədə  özünü  gözəl  təşkilatçı  kimi  təsdiqləmiş  və 
beynəlxalq  aləmdə  şöhrət  tapmışdır.  Məhz  Mehriban 
xanım  Əliyevanın  nüfuzu  Beynəlxalq  Gimnastika  Fe­
derasiyasının  Bədii  gimnastika üzrə  Dünya  Kuboku ya­
rışlarının  2003  və  2004-cü  illərdə  və  dünya  çempiona­
tının  2005-ci  ildə  Azərbaycanda  keçirilməsinə  dair  qə­
rarının  qəbul  olunmasında  böyük  rol  oynamışdır.
Diplomatik  məharəti  ilə  seçilən  Mehriban  xanım 
Əliyeva  eyni  zamanda  2004-cü  ilin  may  ayından 
ümummilli  liderimiz  Heydər  Əliyevin  zəngin  irsinin 
öyrənilməsi  və  onun  milli  dövlətçilik  ideyalarını  yeni 
nəsillərə  aşılamaq  məqsədilə  yaradılmış  «Heydər 
Əliyev  Fonduna»  rəhbərlik  edir.
Azərbaycanın  şifahi  xalq  ədəbiyyatının  və  musiqi 
irsinin  qorunub  saxlanılması  və  inkişaf  etdirilməsi 
sahəsindəki  yorulmaz  səylərinə  görə  Mehriban  xanım 
Əliyeva  2004-cü  il  sentyabrın  9-da  YUNESKO-nun 
Xoşməramlı  Səfiri  seçilmişdir.
ı ı ı


Əbülfəz  Bərəkət  (Qasımov)
Mehriban Əliyevanın  fəaliyyətinin başlıca prinsipləri 
Azərbaycanın  imicini  dünyada  yüksəltmək,  doğma 
ölkəsini  inkişaf  etmiş  ölkələr  sırasına  qaldırmaq,  v ə ­
təndaşları  daha  xoşbəxt  etmək.
Fəxr olunası  haldır ki,  Mehriban  xanımın  göstərdiyi 
fəaliyyət  dünya  ictimaiyyətinin  diqqətini  özünə  cəlb 
etmişdir.  Azərbaycan prezidentinin xanımı,  YUNESKO­
nun Xoşməramlı  Səfiri  Mehriban  Əliyeva YUNESKO­
nun  qeyri-maddi  mədəni  irsin  qorunmasına  dair  Ka­
zanda  keçirdiyi  regional  seminarda  iştirak  etmək üçün 
Tatarıstanın  paytaxtında  səfərdə  olmuşdur.
YUNESKO-nun  Xoşməramlı  Səfiri,  Azərbaycan 
Respublikası  prezidentinin  xanımı  Mehriban  Əliyeva 
2004-cü  il  dekabrın  15-də  Kazan  Kremlində  Tatarıs­
tan  Respublikasının  prezidenti  Mintimer  Şaymiyev  ilə 
görüşmüşdür.
Prezident  Şaymiyev  Mehriban  xanım  Əliyevanı  bö­
yük  hörmətlə  və  ehtiramla  qarşılamış  və  tədbirdə  işti­
rak  etmək  üçün  Kazana  səfərə  gəlməsindən  məm­
nunluq  duyduğunu  bildirmişdir.
Mehriban  xanım  Əliyeva  Kazanda  səmimiyyətlə  qar­
şılandığına  görə  prezident  Mintimer  Şaymiyevə  təşək­
kür  etmiş  və  burada  olmasından  məmnunluq  duyduğu­
nu  bildirmişdir.
Tatarıstan prezidenti  və  YUNESKO-nun Xoşməram­
lı  Səfiri  görüşdə  qeyri-maddi  mədəni  irsin  qorunub 
saxlanılmasına  dair  birgə  regional  layihələrin  perspek­
tivlərini  müzakirə  etmişlər.
112
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Tatar xalqının  milli  Sabantuy bayramının  YUNESKO­
nun qeyri-maddi  irs  siyahısına  daxil  edilməsinin  müm­
künlüyündən  də  söhbət  getmişdir.  Mehriban  xanım 
Əliyeva  demişdir  ki,  Sabantuy  bayramı  YUNESKO­
nun  dünya  inciləri  siyahısına  daxil  edilməyə  layiqdir. 
O,  Tatar  xalqının  milli  ənənəsini  əks  etdirir.
Mehriban  xanım  Əliyeva  həm  də  xatırlatmışdır  ki, 
YUNESKO  Azərbaycanın  ənənəvi  musiqi  sənətinin 
incisi  olan  muğamı  da  irs  siyahısına  daxil  etmişdir. 
Azərbaycan  xalqının  bəzi  bayramları  da  bu  siyahıya 
daxil  edilə  bilər.
Bütün  bunlara  görə  də  Mehriban  xanım  xalqımız 
tərəfindən  qəlbən  alqışlanır  və  fəal  ictimai  xadim  ki­
mi  tanınır.
Mehriban  xanım  özünün  ictimai  fəaliyyəti  ilə  bir 
daha  sübut  etdi  ki,  dövlət  quruculuğunun  bütün  sahə­
lərində  xüsusi  xidmətləri  olan  Azərbaycan  qadınları 
ölkədə  ictimai-siyasi  sabitliyin  qorunması,  milli  döv­
lətçiliyimizin  möhkəmləndirilməsi,  mədəniyyətimizin 
inkişafı  naminə  öz  dəyərli  töhfələrini  verməyə  qadir­
dilər.  Azərbaycan  qadını  ailədə  qayğıkeş  ana,  ictimai- 
siyasi  proseslərdə  də  həlledici  ictimai  xadimdir.  Azər­
baycan  qadınları  bu  gün  cəmiyyətdə  aparıcı  qüvvə  ki­
mi  çıxış  edirlər.  Qanunlarımızın  işlənib,  hazırlanma­
sında  böyük  fəallıq  göstərirlər.  Azərbaycan  BMT-nin 
«Qadınlara  münasibətdə  hər  cür  ayrı-seçkiliyin  ləğv 
olunması»  Konvensiyasına  qoşularaq  Qadın  Problem­
ləri  üzrə  Dövlət  Komitəsi  yaratmışdır.
113


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə