Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL  QAMBAY 
MƏMMƏD  OĞLU  VƏZİROV
19  avqust  1899-cu  ildə  Naxçıvan  şəhərində  anadan 
olmuşdu.  1922-1925-ci  illərdə  Moskvada  Hərbi  A ka­
demiyada  təhsil  almışdır.
1925-1927-ci  illərdə  Azərbaycanda  yaradılmış  ilk 
qoşun  hissələri  məktəbinin  rəisi,  1927-ci  ildə  Qafqaz 
atıcı  diviziyasının  qərargah  rəisi,  1928-1929-cu  illər­
də  isə  Azərbaycan  milli  atıcı  diviziyasının  qərargah 
rəisi  olmuşdur.
1930-1931 -ci  illərdə  Qambay  Vəzirov  Belarusiya 
hərbi  dairəsində  alay  komandiri  olmuşdur.  Sonra 
Azərbaycana  dəvət  olunaraq  77-ci  milli  dağ  atıcı  di­
viziyasına  komandir  təyin  edilmişdir.  1935-ci  ildə  bu 
diviziya  Qırmızı  Bayraq  ordeni  ilə  təltif  edilmişdir. 
1936-cı  ilin  yanvarında  Qambay  Vəzirovun  özü  «Qır­
mızı  ulduz»  ordeninə  layiq  görülmüşdü.  Bütün  bu  uğur­
lara  baxmayaraq,  tale  bu  gənc  generalın  üzünə  gülmə­
di.  O,  vətənə  qarşı  təxribatçılıqda  ittiham  edilərək,  13 
oktyabr  1937-ci  ildə  edam  olmuşdur.
Vəzirovlar  nəslindən  olan  Heydər  Vəzirov  repres­
siya  qurbanı  oldu.  Azərbaycanda  Hərbi  Komissar, 
Xalq  Torpaq  Komissarı  vəzifələrində  işləmiş  genera­
lın  yeganə  oğlu  Yavuz  Vəzirov  1942-ci  ildə  Stalin­
qrad  uğrunda  gedən  döyüşlərdə  həlak  olmuşdur.
154
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
GENERAL  BAHADUR  HÜSEYNOV
1921-ci  ilin  dekabrında  Naxçıvan  şəhərində  anadan 
olmuşdur.  1940-cı  ildə  hərbi  xidmətə  gedərək,  Sər­
hədçilər Məktəbində  təhsil  almışdır.  Birillik təhsildən 
sonra  kiçik  leytenant  rütbəsi  almış  Bahadur  Hüseynov 
İkinci  Dünya  müharibəsində  vuruşmuşdu.  246-cı  atıcı 
diviziyasının  tərkibində  Smolensk  ərazisində  Rjev  şə­
həri  yaxınlığında  gedən  ağır  döyüşlərdə  üç  dəfə  ya­
ralanmışdı.
1948-1963-cü  illərdə  podpolkovnik  Bahadur Hüsey­
nov  Azərbaycan  sərhəd  qoşunları  hissəsində  xidmət 
etmişdi.  1963-1968-ci  illərdə  o,  Azərbaycan  Respub­
likası  Dövlət  Təhlükəsizliyi  orqanlarında  məsul  vəzi­
fələrdə  çalışmışdır.
1969-cu  ildə  podpolkovnik  B.Hüseynov  Naxçıvan 
Muxtar  Respublikası  Dövlət  Təhlükəsizliyi  Komitəsi­
nin  sədri,  1976-cı  ildə  isə  Azərbaycan  Respublikası 
Dövlət  Təhlükəsizliyi  Komitəsinin  sədr  müavini  təyin 
edilmişdir.
1978-ci  ildə  ona  general-mayor  rütbəsi  verilmişdir.
1987-ci  ildə  general-mayor  Bahadur  Hüseynov  Res­
publika  Veteranlar  Şurasının  sədri  seçilmişdir.  Onun 
döşünü  Qırmızı  Əmək  Bayrağı  və  digər  ordenlər  və 
medallar  bəzəyir.
155


Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL  AKİM  ABBASOV
1911-ci  ildə Naxçıvanda  dünyaya  göz  açmış,  on  al­
tı  yaşında  hərbi  xidmətə  getmişdi.  Bakıda  və  Tiflisdə 
hərbi  məktəbləri  bitirmiş,  1931-1937-ci  illərdə  leyte­
nant  rütbəsi  almış  Akim  Abbasov  Azərbaycan  divi­
ziyasında,  1938-1940-cı  illərdə  isə  Naxçıvanda  xid­
mət  etmişdir.
İkinci  Dünya müharibəsi başlanarkən kapitan A.  Ab­
basov  iyirmi  birinci  ordunun  tərkibində  olan  76-cı 
diviziyada  qərb  cəbhəsində,  Poltava  və  Şimali  Don 
rayonlarında  hərbi  əməliyyatlarda  fəal  iştirak  etmiş­
di.
1942-ci  ildə  milli  hərbi  birləşm ələr  yaradıldıqda 
mayor  Akim  Abbasov  azərbaycanlılardan  təşkil  olu­
nan  402-ci  milli  atıcı  diviziyasının  qərargahının 
əməliyyat  şöbəsinin  rəisi,  diviziya  qərargahının  rə­
is  müavini,  az  sonra  isə  alay  komandiri  təyin  edil­
mişdi.  Həmin  ilin  avqustunda  diviziya  Şimali  Qaf­
qazda  faşizmə  qarşı  hərbi  əməliyyatlara  cəlb  edil­
mişdi.
Akim  Abbasovun  komandir  olduğu  alay  döyüşçülə­
ri  Qafqaz  uğrunda  döyüşlərdə  böyük  qəhrəmanlıqlar 
göstərmişlər.
Polkovnik  A.Abbasov  diviziya  komandirinin  müavi­
ni,  motorlaşdırılmış  nişançı  diviziyası  komandiri  vəzi­
fələrində  13  il  çalışmışdır.  1953-1956-cı  illərdə  pol-
156
BƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
157


Əbülfəz  Bərəkət  (Qasımov)
kovnik  Akim  Abbasov  M.V.Frunze  adma  Hərbi  Aka­
demiyada təhsil  almış və  ona general-mayor rütbəsi  ve­
rilmişdir.
1967-ci  ildə  hərbi  xidmətdən  ehtiyata  gedən  gene­
ral-mayor  Akim  Abbasov  Azərbaycan  Respublikası 
Avtomobil  nazirinin  müavini,  Bakı  Şəhər  Veteranlar 
Komitəsinin  sədri  vəzifələrində  çalışmışdır.  General 
A.Abbasov  dörd  döyüş  ordeni,  bir  çox  hərbi  medal­
larla  təltif edilmişdi.
158
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
VİTSE-ADMİRAL  HƏMİD  QASIMBƏYOV
1923-cü  ildə  Naxçıvan  şəhərində  anadan  olmuşdur. 
Orta  təhsilini  Gəncə  şəhərində  aldıqdan  sonra  Mosk­
vada  Yol  Mühəndisləri  İnstitutunun  İnşaatçı  fakültə­
sini  bitirmişdir.
Moskva  Əlvan  Metallar  Zavodunda  çilingər  işləyə­
rək,  eyni  zamanda  İnstitutda  hərbi  hava  hücumların­
dan  xalqı  müdafiə  etmək  əməliyyatlarında  iştirak  et­
mişdir.
İnstitutun  Novosibirsk  şəhərinə  köçürülməsi  ilə  əla­
qədar  olaraq,  H.Qasımbəyov  Tbilisi  Dəmir  Yolu  İns­
titutuna  daxil  olur.  Tbilisiyə  gedərkən  yolda  hərbi  qa­
tar  düşmən  bombalarına  məruz  qalır.  Bu  zaman 
H.Qasımbəyov  ağır  yaralanır.  Xəstəxanada  müalicə 
edildikdən  sonra  Tbilisiyə  göndərilir.  Buradan  hərbi 
komissarlığın  göndərişi  ilə  Bakıya  gəlir  və  Xəzər  Ali 
Hərbi  Dənizçilik  Məktəbinə  daxil  olduqdan  sonra, 
Leninqradın  (indiki  Sankt-Peterburqun)  müdafiəsində 
fəal  iştirak  edir.
1942-ci  ilin  yanvarından  1945-ci  ilin  fevralınadək 
burada  hərbi  xidmətdə  olur.
Qara  Dəniz  Hərbi  Donanmasında  və  Xəzər  dəniz 
flot  döyüş  gəmisində  çalışır.  H.Qasımbəyov  leytenant 
hərbi  rütbəsi  alaraq  Qara  Dəniz  Donanmasında  Sual­
tı  qayıqda  şturman  təyin  edilir.  Bir  neçə  müdavim  ilə
159


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə