Əbülfəz Bərəkət (Qasımov)
denti akademik Mahmud Kərimov; Azərbaycan EA-
mn akademiki İsmayıl Əli oğlu İbrahimov; Azərbay
can EA-nın akademiki Toğrul Nemət oğlu Şahtaxtin
ski; Azərbaycan EA-nın akademiki Həbibulla Baxşə-
li oğlu Şahtaxtinski; Azərbaycan EA-nın akademiki
A səf Nadirov; Azərbaycan EA-nın akademiki Rəhim
Rəhimov; Cümşüd İsmayıl oğlu Zülfuqarlı, Azərbay
can EA-nın müxbir üzvü; Kərim Cabbar oğlu Kəri
mov, Azərbaycan EA-nın müxbir üzvü; Abbas Fəttah
oğlu Zamanov, Azərbaycan EA-nın müxbir üzvü;
Bəhmən Yusif oğlu Axundov, Azərbaycan EA-nın
müxbir üzvü; Qaraş Əli oğlu Mədətov, Azərbaycan
EA-nın müxbir üzvü; Azərbaycan EA-nın müxbir
üzvləri: Telman Xudam oğlu Qurbanov, Məhərrəm
Əli oğlu Məmmədyarov, Yəhya Cəfər oğlu Məmmə
dov, Həbib Mehdi oğlu Məmmədyarov və Naxçıvan
diyarının başqa yetirmələri elmə dəyərli töhfələr ver
miş və verirlər.
166
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK YUSİF MƏMMƏDƏLİYEV
SSRİ EA-nın müxbir üzvü, akademik Məmmədəli
yev Yusif Hacı Heydər oğlu 1905-ci il dekabrın 31-də
Ordubad şəhərində anadan olmuşdur.
1918-ci il iyul ayının 13-də daşnak Andronik qoşu
nunun təcavüzü zamanı Hacı Heydər kişi ailəsi ilə
birlikdə İrana, Təbrizə pənah gətirmişdir. Qaçaqaç
zamanı Hacı Heydər kişinin oğlu İlyas Arazı keçər
kən suya düşüb həlak olmuşdur.
Hacı Heydər kişi Təbrizdə yaşadığı müddətdə Yu
sif Məmmədəliyevi gimnaziya tipli yeddillik Rüş-
diyyə məktəbinə qoymuşdur. Burada oxuyarkən gənc
Yusif Məmmədəliyevin iti hafizəsi, müəllimlərinə
verdiyi elmi sualların dərinliyi, geniş dünyagörüşü
ona dərs deyən müəllimləri heyran etmişdi.
1920-ci ildə Azərbaycanda baş verən ictimai-siyasi
dövlət dəyişiklikləri Hacı Heydərin ailəsi ilə birlikdə
öz Vətəninə, doğma yurdu Ordubada qayıtmasına im
kan vermişdi. Ordubadda Yusif Məmmədəliyevin bi
likli gənc olması geniş əks-səda doğurur və ona dərs
demək, müəllimlik etmək təklif olunur.
1923-cü ildə Yusif Məmmədəliyev Bakıya gəlir və
Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq fakültəsinə
daxil olur. Əvvəlcə, o, ədəbiyyatçı olmaq istəyirdi.
Sonra nədənsə kimyaya olan tükənməz həvəs bu ar
zunu üstələyir.
167
Əbülfəz Bərəkət (Qasımov)
168
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
1924-cü ildə onun Azərbaycan Ziyalılarının I Qu
rultayında etdiyi məruzə geniş əks-səda doğurur.
1926-cı ildə təhsil aldığı Pedaqoji İnstitutu bitirib,
Gəncə şəhərində müəllimlik etmək barədə təyinat
alır. İki il Gəncə şəhərində müəllimlik etdikdən son
ra, 1928-ci ildə Yerevana göndərilir. Burada Pedaqo
ji Texnikumda və fəhlə fakültəsində azərbaycanlı tə
ləbələrə dərs deyir.
1929-cu ildə təhsilini davam etdirmək üçün Moskva
Kimya Tədqiqatlar İnstitutunun (indiki Moskva Dövlət
Universitetinin) kimya fakültəsinə daxil olur. Burada
dünya kimya elminin korifeylərindən biri N.D.Zelin-
skinin laboratoriyasında çalışır.
1931-
ci ildə Moskva Dövlət Universitetini bitirdikdən
sonra Moskva zavodlarında mühəndis vəzifəsində çalışır.
1932-
ci ildə respublika rəhbərliyinin dəvəti ilə Azər
baycana gəlir və Gəncədə indiki Kənd Təsərrüfatı
Akademiyasına kafedra müdiri təyin olunur. Bir il bu
rada çalışdıqdan sonra Azərbaycan Neft-Kimya Proses
ləri İnstitutuna dəvət edilir. O, burada laborantlıqdan
akademikliyə qədər şərəfli bir yol keçir.
1932-ci ildə Y.Məmmədəliyev dünyada ilk dəfə
olaraq sintetik kauçuk istehsal etməyin texnologiyası
nı işləyib hazırlayır və onun elmi məsləhətləri əsasın
da Sumqayıtda sintetik kauçuk zavodu yaradılır. Alim
eyni zamanda Azərbaycanın torpaq və iqlim şəraitin
də təbii kauçuk bitkisinin yetişdirilməsinin mümkün
olduğunu sübut edir.
169
Əbülfəz Bərəkət (Qasımov)
1936-cı ildə Y.Məmmədəliyev «Azərbaycanın
təbii və süni qazları və onların kimyəvi emalı» ad
lı monoqrafiyasını nəşr etdirir. Bu monoqrafiya elm
aləmində çox hörmətlə qarşılanır. Həmin illərdən
başlayaraq alim müntəzəm surətdə neft qazlarının
xlorlaşması, bromlaşması və onlardan sənayedə, tə
babətdə istifadə olunması m əsələləri üzərində ça
lışır.
170
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
1938-ci ildə Moskva Dövlət Universiteti Y.Məm
mədəliyevə neft qazları tədqiqi sahəsində apardığı
tədqiqatların nəzəri və praktik əhəmiyyətini yüksək
qiymətləndirərək, ona dissertasiya müdafiə etmədən
kimya elmləri namizədi alimlik dərəcəsi verir.
Bu vətənpərvər alim İkinci Dünya müharibəsi baş
lanan kimi, öz elmi tədqiqatlarını faşizm üzərində qə
ləbə çalmaq işinə yönəldir.
Onun başçılığı ilə xüsusi partlayıcı maddə işlənib
hazırlanır. Şüşə butulkalara doldurulmuş bu maddə
faşist tanklarını darmadağın edirdi.
Bu partlayıcı maddə faşizm üzərində qələbə çalın
masında əfsanəvi katyuşalardan da güclü rol oynayır
dı. Alim sutkada bir neçə saat yatır, gecəsini də,
gündüzünü də kimya laboratoriyasında keçirirdi. O za
man respublika rəhbərliyinə yazılmış məktubda deyi
lirdi: «Laboratoriyanın alim və mühəndislərinin gər
gin əməyi sayəsində 63 yeni elmi iş hazırlanmışdır».
Y.Məmmədəliyev alkilləşmə metodu ilə oktan ədə
di 100 olan benzin alınması prosesini işləyib hazırla
mışdır. SSRİ Neft Sənayesi Komissarlığının xətti ilə
Bakıda alkilbenzol istehsal edən 12 milyon manat dəyə
rində zavod tikilir. Belə bir ixtiranın sayəsində 1943-
1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 10 milyon
42 min ton yüksək keyfiyyətli benzin vermişlər. Bu el
mi rəşadətinə görə alim yüksək mükafatla təltif edilir.
Beləliklə, Yakovlev, Mikulin, Məmmədəliyevin bö
yük səyləri nəticəsində ölkədə hamıdan yüksəkdə,
171
Dostları ilə paylaş: |