Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
denti  akademik  Mahmud  Kərimov;  Azərbaycan  EA- 
mn  akademiki  İsmayıl  Əli  oğlu  İbrahimov;  Azərbay­
can  EA-nın  akademiki  Toğrul  Nemət  oğlu  Şahtaxtin­
ski;  Azərbaycan  EA-nın  akademiki  Həbibulla  Baxşə- 
li  oğlu  Şahtaxtinski;  Azərbaycan  EA-nın  akademiki 
A səf Nadirov;  Azərbaycan  EA-nın  akademiki  Rəhim 
Rəhimov;  Cümşüd  İsmayıl  oğlu  Zülfuqarlı,  Azərbay­
can  EA-nın  müxbir  üzvü;  Kərim  Cabbar  oğlu  Kəri­
mov,  Azərbaycan  EA-nın  müxbir  üzvü;  Abbas  Fəttah 
oğlu  Zamanov,  Azərbaycan  EA-nın  müxbir  üzvü; 
Bəhmən  Yusif  oğlu  Axundov,  Azərbaycan  EA-nın 
müxbir  üzvü;  Qaraş  Əli  oğlu  Mədətov,  Azərbaycan 
EA-nın  müxbir  üzvü;  Azərbaycan  EA-nın  müxbir 
üzvləri:  Telman  Xudam  oğlu  Qurbanov,  Məhərrəm 
Əli  oğlu  Məmmədyarov,  Yəhya  Cəfər  oğlu  Məmmə­
dov,  Həbib  Mehdi  oğlu  Məmmədyarov  və  Naxçıvan 
diyarının  başqa  yetirmələri  elmə  dəyərli  töhfələr  ver­
miş  və  verirlər.
166
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  YUSİF  MƏMMƏDƏLİYEV
SSRİ  EA-nın  müxbir  üzvü,  akademik  Məmmədəli­
yev  Yusif Hacı  Heydər  oğlu  1905-ci  il  dekabrın  31-də 
Ordubad  şəhərində  anadan  olmuşdur.
1918-ci  il  iyul  ayının  13-də  daşnak  Andronik  qoşu­
nunun  təcavüzü  zamanı  Hacı  Heydər  kişi  ailəsi  ilə 
birlikdə  İrana,  Təbrizə  pənah  gətirmişdir.  Qaçaqaç 
zamanı  Hacı  Heydər  kişinin  oğlu  İlyas  Arazı  keçər­
kən  suya  düşüb  həlak  olmuşdur.
Hacı  Heydər  kişi  Təbrizdə  yaşadığı  müddətdə  Yu­
sif  Məmmədəliyevi  gimnaziya  tipli  yeddillik  Rüş- 
diyyə  məktəbinə  qoymuşdur.  Burada  oxuyarkən  gənc 
Yusif  Məmmədəliyevin  iti  hafizəsi,  müəllimlərinə 
verdiyi  elmi  sualların  dərinliyi,  geniş  dünyagörüşü 
ona  dərs  deyən  müəllimləri  heyran  etmişdi.
1920-ci  ildə  Azərbaycanda  baş  verən  ictimai-siyasi 
dövlət  dəyişiklikləri  Hacı  Heydərin  ailəsi  ilə  birlikdə 
öz  Vətəninə,  doğma  yurdu  Ordubada  qayıtmasına  im­
kan  vermişdi.  Ordubadda  Yusif  Məmmədəliyevin  bi­
likli  gənc  olması  geniş  əks-səda  doğurur  və  ona  dərs 
demək,  müəllimlik  etmək  təklif olunur.
1923-cü  ildə  Yusif Məmmədəliyev  Bakıya  gəlir  və 
Azərbaycan  Pedaqoji  İnstitutunun  hazırlıq  fakültəsinə 
daxil  olur.  Əvvəlcə,  o,  ədəbiyyatçı  olmaq  istəyirdi. 
Sonra  nədənsə  kimyaya  olan  tükənməz  həvəs  bu  ar­
zunu  üstələyir.
167


Əbülfəz  Bərəkət  (Qasımov)
168
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
1924-cü  ildə  onun  Azərbaycan  Ziyalılarının  I  Qu­
rultayında  etdiyi  məruzə  geniş  əks-səda  doğurur.
1926-cı  ildə  təhsil  aldığı  Pedaqoji  İnstitutu  bitirib, 
Gəncə  şəhərində  müəllimlik  etmək  barədə  təyinat 
alır.  İki  il  Gəncə  şəhərində  müəllimlik  etdikdən  son­
ra,  1928-ci  ildə  Yerevana  göndərilir.  Burada  Pedaqo­
ji  Texnikumda  və  fəhlə  fakültəsində  azərbaycanlı  tə­
ləbələrə  dərs  deyir.
1929-cu  ildə  təhsilini  davam  etdirmək  üçün  Moskva 
Kimya  Tədqiqatlar  İnstitutunun  (indiki  Moskva  Dövlət 
Universitetinin)  kimya  fakültəsinə  daxil  olur.  Burada 
dünya  kimya  elminin  korifeylərindən  biri  N.D.Zelin- 
skinin  laboratoriyasında  çalışır.
1931- 
ci  ildə  Moskva  Dövlət  Universitetini  bitirdikdən 
sonra  Moskva zavodlarında mühəndis  vəzifəsində çalışır.
1932- 
ci  ildə  respublika  rəhbərliyinin  dəvəti  ilə Azər­
baycana  gəlir  və  Gəncədə  indiki  Kənd  Təsərrüfatı 
Akademiyasına  kafedra  müdiri  təyin  olunur.  Bir  il  bu­
rada  çalışdıqdan  sonra  Azərbaycan  Neft-Kimya  Proses­
ləri  İnstitutuna  dəvət  edilir.  O,  burada  laborantlıqdan 
akademikliyə  qədər  şərəfli  bir  yol  keçir.
1932-ci  ildə  Y.Məmmədəliyev  dünyada  ilk  dəfə 
olaraq  sintetik  kauçuk  istehsal  etməyin  texnologiyası­
nı  işləyib  hazırlayır və  onun  elmi  məsləhətləri  əsasın­
da  Sumqayıtda  sintetik  kauçuk  zavodu  yaradılır.  Alim 
eyni  zamanda  Azərbaycanın  torpaq  və  iqlim  şəraitin­
də  təbii  kauçuk  bitkisinin  yetişdirilməsinin  mümkün 
olduğunu  sübut  edir.
169


Əbülfəz  Bərəkət  (Qasımov)
1936-cı  ildə  Y.Məmmədəliyev  «Azərbaycanın 
təbii  və  süni  qazları  və  onların  kimyəvi  emalı»  ad­
lı  monoqrafiyasını  nəşr  etdirir.  Bu  monoqrafiya  elm 
aləmində  çox  hörmətlə  qarşılanır.  Həmin  illərdən 
başlayaraq  alim  müntəzəm  surətdə  neft  qazlarının 
xlorlaşması,  bromlaşması  və  onlardan  sənayedə,  tə­
babətdə  istifadə  olunması  m əsələləri  üzərində  ça­
lışır.
170
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
1938-ci  ildə  Moskva  Dövlət  Universiteti  Y.Məm­
mədəliyevə  neft  qazları  tədqiqi  sahəsində  apardığı 
tədqiqatların  nəzəri  və  praktik  əhəmiyyətini  yüksək 
qiymətləndirərək,  ona  dissertasiya  müdafiə  etmədən 
kimya  elmləri  namizədi  alimlik  dərəcəsi  verir.
Bu  vətənpərvər  alim  İkinci  Dünya  müharibəsi  baş­
lanan  kimi,  öz  elmi  tədqiqatlarını  faşizm  üzərində  qə­
ləbə  çalmaq  işinə  yönəldir.
Onun  başçılığı  ilə  xüsusi  partlayıcı  maddə  işlənib 
hazırlanır.  Şüşə  butulkalara  doldurulmuş  bu  maddə 
faşist  tanklarını  darmadağın  edirdi.
Bu  partlayıcı  maddə  faşizm  üzərində  qələbə  çalın­
masında  əfsanəvi  katyuşalardan  da  güclü  rol  oynayır­
dı.  Alim  sutkada  bir  neçə  saat  yatır,  gecəsini  də, 
gündüzünü  də  kimya  laboratoriyasında  keçirirdi.  O  za­
man  respublika  rəhbərliyinə  yazılmış  məktubda  deyi­
lirdi:  «Laboratoriyanın  alim  və  mühəndislərinin  gər­
gin  əməyi  sayəsində  63  yeni  elmi  iş  hazırlanmışdır».
Y.Məmmədəliyev  alkilləşmə  metodu  ilə  oktan  ədə­
di  100  olan  benzin  alınması  prosesini  işləyib  hazırla­
mışdır.  SSRİ  Neft  Sənayesi  Komissarlığının  xətti  ilə 
Bakıda  alkilbenzol  istehsal  edən  12  milyon  manat  dəyə­
rində  zavod  tikilir.  Belə  bir  ixtiranın  sayəsində  1943- 
1944-cü  illərdə  Bakı  neftayıranları  cəbhəyə  10  milyon 
42  min  ton  yüksək  keyfiyyətli  benzin  vermişlər.  Bu  el­
mi  rəşadətinə  görə  alim  yüksək  mükafatla  təltif edilir.
Beləliklə,  Yakovlev,  Mikulin,  Məmmədəliyevin  bö­
yük  səyləri  nəticəsində  ölkədə  hamıdan  yüksəkdə,
171


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə