Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
bir  üzvü,  iqtisadçıların  ağsaqqalı  mərhum  Aqil  Əli­
yevin,  istedadlı  rəssam  Hüseyn  Əliyevin  tarixi  xidmət­
lərindən  danışılır.
Kitabda  Naxçıvan  diyarında  dünyaya  göz  açmış  di­
gər  alimlərin,  şair və  yazıçıların,  rəssam  və  incəsənət 
xadimlərinin  fəaliyyətləri  barədə  də  dəyərli  fikirlər 
söylənilir.
Şərqin  qapısı  Naxçıvan  diyarında  dünyaya  göz  aç­
mış  dühalar  oxucunu  səfərbər  edir,  onda  iftixar  hissi 
doğurur.  Kitabla  tanış  olan  oxucu  bu  diyarda  doğul­
muş,  dünyada  məşhur generallarla,  admirallarla,  vətən 
müharibəsi  və  əmək  qəhrəmanları  ilə,  Qarabağ  vu­
ruşmalarında,  Vətən  torpağının  qorunmasında,  böyük 
fədakarlıq  göstərən  şəxsiyyətlərlə  fəxr  edir.
10
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Şərqin  qapısı  Naxçıvan  diyarı  barədə  bu  ikicildli 
sosial-iqtisadi  oçerki  yazarkən,  həmkarım  və  qələm 
dostum  Əjdər  Qiyaslının  «Naxçıvana  gəl,  indi»  şeri 
mənə  hakim  kəsildi  və  istədim  ki,  ürəyimin  hökmü 
ilə  onu  qədirbilən  oxucularımıza  ərməğan  edim.
Naxçıvanda daş da çiçək açıbdır.
Qızılgüllər tər ətrini saçıbdır.
Dağ yamacı sanki təzə gəlindi,
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
Mən heyranam aranına,  dağına.
Köniil verdim  «Batabat» yaylağına.
Bəhrə dolub bağçasına,  bağına.
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
Yayılıbdır hər tərəfə ney səsi,
Cəh-cəh  vuran quşların da nəğməsi,
Baldan şirin  Ordubadın meyvəsi,
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
Dostluq olmuş hər insanın amalı,
İşıqlıdır müdriklərin kamalı,
Hikmətlidir hər insanın salamı,
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
Babaların yadigarı dil açır,
«Möminə Xatun» hər tərəfə nur saçır,
Çöllərində ceyran,  cüyürlər qaçır,
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
Sevinci var burda keçən hər anın,
Gülür üzü ömrün,  günün, zamanın,
Qonağı ol hər ağbirçək ananın,
Seyrinə çıx,  Naxçıvana gəl,  indi.
11


Əbülfəz  Bərəkət  (Qasımov)
ÖN  SÖZ
Bəşər  dünyasında  elm  və  mədəniyyət  mərkəzi  kim i 
böyük  şöhrət  tapmış  qədim  Naxçıvan  diyannın  m uxta­
riyyət  statusu  qazanmasının  80  illik  yubileyinin  təntp- 
nəli  surətdə  qeyd  edilməsi  böyük  bayrama çevrildi.  B u 
bayramı  mənalandıran,  təravətləndirən,  daha  fərəhli  v ə 
önəmli  edən  cəhətlərdən  biri  budur  ki,  ümummilli  li­
derimiz,  xalqımızın  qəlbində  dərin  izlər  buraxmış 
Heydər  Əliyevin  uzaqgörən  siyasəti,  respublikamızın 
Prezidenti  cənab  İlham Əliyev  tərəfindən böyük sədaqət 
və  cəsarətlə  həyata  keçirilir.  Naxçıvan  diyarı  gündən- 
günə  inkişaf edir,  beynəlxalq  aləmi  heyran qoyur.  Nax­
çıvanda  gedən  böyük  quruculuq  işləri,  tarixi  abidələrin 
abadlaşdırılması,  muzeylərin  dünyaya  səs  salması  Nax­
çıvan  Muxtar  Respublikasının  qədimliyindən,  müqəd­
dəsliyindən,  dahilər  diyarı  olmasından  xəbər  verir.
-  İkincisi,  Naxçıvan  Muxtar  Respublikası  müstəqil­
lik  illərində  hərbi  qüdrətini  möhkəmləndirən,  sosial- 
iqtisadi  inkişafını  sürətləndirən,  beynəlxalq  əlaqələri­
ni  genişləndirən  və  get-gedə  mətinləşən,  əyilməz  bir 
diyar  kimi  tanınır.
Məhz  buna  görə  də  Naxçıvan  diyarının  yubiley 
bayramı  beynəlxalq  aləmin  diqqətini  özünə  cəlb  etdi. 
Bayram  şənliklərində  bir  çox  ölkələrin  nümayəndələ­
ri  iştirak  etdilər.  Bu  diyarın  zəngin  ənənələri  və  mə- 
tinliyi  hamını  heyran  qoydu.  Yaxşı  yadımdadır,  Nax­
12
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
çıvan  Muxtar  Respublikasının 75  illik yubileyi  də  çox 
təmtəraqlı  keçirildi.  Ümummilli  liderimiz  Heydər 
Əliyevin  başçılığı  ilə  dünya  ictimaiyyətinin:  Türkiyə, 
İran,  Rusiya,  Fransa,  Yunanıstan,  Almaniya,  İsrail, 
İtaliya,  Ukrayna,  Sudan  Respublikası,  Amerika  Bir­
ləşmiş  Ştatları,  Gürcüstan,  Özbəkistan,  Qazaxıstan, 
Rumıniya,  Türkmənistan,  Hindistan,  Səudiyyə  Ərəbis­
tanı  Krallığı,  Liviya  Cümhuriyyəti,  Norveç  Krallığı, 
Çin  Xalq  Respublikası,  Böyük  Britaniya,  Qırğızıstan, 
Birləşmiş  Millətlər  Təşkilatı  nümayəndələri,  respub­
likamızın  Milli  Məclisinin  üzvləri,  dövlət,  elm  və  in­
cəsənət  xadimləri  muxtar  respublikanın  yubiley  şən­
liklərində  iştirak  etdilər.
Biz  xoşbəxtik  ki,  o  zaman  da  bu  qədim  diyarın 
muxtar  respublika  olmasının  75  illiyinə  ikicildli  əsər 
həsr  etmişdik.  Diyarın  80  illik  yubileyinə  həsr edilmiş 
bu  ikicildlik  kitab  da  həmin  əsərin  məntiqi  davamı­
dır.  Yəni  ötən  beş  il  ərzində  Naxçıvan  Muxtar  Res­
publikasında  baş  vermiş  sosial-iqtisadi  inkişaf hazırkı 
cildlərdə  də  daha  geniş  şəkildə  öz  əksini  tapmışdır. 
Hörmətli  Prezidentimiz  cənab  İlham  Əliyevin  rəhbər­
liyi  altında  Naxçıvanda  ümummilli  liderimiz  Heydər 
Əliyevin  arzuları  həyata  keçirilir.  Bu  diyar  daha  da 
gözəlləşir  və  daha  da  fıravanlaşır.  İndi  bu  diyara  da­
ha çox  xarici  investisiyalar  axıdılır,  burada  ağlasığmaz 
yeniliklər  həyata  keçirilir  və  yeni-yeni  iş  yerləri  açı­
lır.  Avropa  standartları  səviyyəsində  aeroport  tikilib 
istifadəyə  verilmiş,  əzəmətli  məktəblər  fəaliyyətə  baş-
13


Əbülfəz  Bərəkət  (Qasımov)
lamışdır.  Naxçıvan  diyarını  ziyarət  edən  qonaqlar, 
diplomatik  korpusun  nümayəndələri  bir  daha  əmin 
olurlar  ki,  sülhsevər  Azərbaycan  Respublikası  və 
onun  ayrılmaz  hissəsi  olan  Naxçıvan  diyarı  bəşəri 
qayğılarla  yaşayır,  insanların  dinc  və  firavan  həyat 
sürməsi  üçün  bütün  imkanlardan  istifadə  edir.
Blokada  şəraitində,  ciddi  çətinliklər  içərisində  ya­
şamasına  baxmayaraq,  muxtar  respublikanın  əhalisi 
çox  mühüm  sosial-iqtisadi  problemləri  həll  edir,  in­
sanların  maddi-mənəvi  rifahı  naminə  qurub-yaradır.
Bizə  elə  gəlir  ki,  indi  Naxçıvan  Muxtar  Respubli­
kasının  sosial-iqtisadi  inkişaf  problemlərini  hərtərəfli 
tədqiq  etmək,  həmişə  olduğundan  daha  vacib  və  əhə­
miyyətlidir.  Belə  bir  tədqiqatın  çox  böyük  elmi-nəzə­
ri  və  praktik  əhəmiyyəti  vardır.
Elmi-nəzəri  əhəmiyyəti  bundadır  ki,  həmin  prob­
lemlər  çox  az  öyrənilmişdir.
Praktik  əhəmiyyəti  isə  onunla  izah  edilir ki,  belə  bir 
tədqiqat  müasir  şəraitdə  muxtar  respublikanın  inkişaf 
istiqamətlərini  düzgün  müəyyən  etməyə,  sosial-iqtisa­
di  sahədə  istifadə  edilməmiş  ehtiyat və  imkanları  aşka­
ra  çıxarmağa,  onlardan  tam  və  səmərəli  istifadə  edil­
məsinin  konkret  yollarını  axtarıb  tapmağa  imkan  verər.
Öncə  etiraf edək  ki,  tədqiqat  zamanı  Naxçıvan  diya­
rının  keçmişini  öyrənərkən,  tarixi  salnaməsini  vərəq­
ləyərkən  bizə  qəribə  hisslər  hakim  kəsildi.  Naxçıvan 
diyarı  deyilən  bu  sirli  aləmə  daxil  olduqda  ağlasığ­
maz  bir  müqəddəslik  duyduq.  Müqəddəs  olmaya  da
14
.
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
bilməzdi,  ona  görə  ki,  bu  diyar  dünyada  heç  bir  ana­
loqu  olmayan,  insanları  muradına  çatdıran,  onlara  min 
bir  şəfa  bəxş  edən  möcüzəli  pirlərin,  ziyarətgahların 
nur  saçdığı  bir  diyardır.
Qurani-Kərimdə  adı  çəkilən,  dünyada  bənzəri  ol­
mayan,  «Əshabi-Kəhf»  ziyarətgahı  Naxçıvan  diyarını 
tarixən  müqəddəsləşdirmişdir.
Ordubadın  Nüs-Nüs  kəndində  sıldırım  qayalar  içə­
risindən  qaynayıb  qalxmış  «40  kimsənə»  adı  ilə  məş­
hur  olan  pir  insanlara  şəfa  bəxş  edir.  Uzaq-uzaq  yer­
lərdən  bu  pirə  ziyarətə  gələn  insanlar  naümid  qayıt­
mırlar.  Çoxlarının  elə  oradaca  əhd-peymanı  vüsala 
yetir.  Əli-qolu  iflic  olmuş,  ağzı-çənəsi  əyilmiş  adam­
lar  bir  saat  Nüs-Nüs  pirində  yatmaqla  tam  sağalıb  ev­
lərinə  qayıdırlar.
Şərq  memarlıq  məktəbinin  banisi  Əcəmi  Əbubəkr 
oğlu  Naxçıvaninin  dühası  ilə  qədim  Naxçıvan  diya­
rında  inşa  edilən  möcüzəli  Yusif  Küseyr  oğlunun 
məqbərəsi,  dünya  memarlıq  sənətinin  nadir  incisi 
sayılan  Möminə  xatun  türbəsi,  qoşa  minarəli  portal  da 
Naxçıvan  diyarına  xüsusi  bir  gözəllik,  müqəddəslik 
bəxş  edir.
Müstəqillik  illərində  inşa  edilmiş,  Kazım  Qarabə- 
kir  Paşa  və  Həzrəti  -  Zəhra  məscidləri  də  qədim 
Naxçıvan  diyarına  yeni  bir  müqəddəslik  gətirir.
Məlum  olduğu  kimi,  Naxçıvan  Muxtar  Respublika­
sı  dağlıq  ərazidə  yerləşir,  buranın  torpaq  və  iqlimi  na­
dir  və  təbabət  əhəmiyyətli  meyvələr  yetişdirməyə
15


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə