Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Məkana,  zamana,  mövcud  vəziyyətə  tez  uyğunla­
şar,  diplomatiyası,  düşüncə  tərzi  dərin  mənalı  və 
cəlbedici  idi.
Özünə  nəzarət,  özünü  idarə  etmək  bacarığı,  möh­
kəm  yaddaşı,  təəccüb  doğuran  hafizəsi,  nitq  mədə­
niyyəti,  mənalı  baxışları  insanı  düşündürərdi.
Fövqəladə  surətdə  ciddi  qərar  qəbul  etmək  məha­
rətinə  malik,  siyasi,  sosial-iqtisadi,  ədəbiyyat,  incəsə­
nət,  musiqi,  rəssamlıq,  heykəltəraşlıq,  memarlıq  və 
digər  sahələrdə  intellektual  səviyyəsi,  daxili  mədə­
niyyəti  çox  yüksək  olan  şəxsiyyət  idi.
Hər  bir  davranışı  insanda  gözəl  və  bəşəri  hisslər 
oyadırdı.  Duruşu,  oturuşu,  gülüşü,  insanlarla  görüş­
məsi,  təmasda  olması  örnəyə  çevrilərdi.  İncə  və  zə­
rif qəlbə  malik  idi.
Bəli,  ümummilli  liderimiz  Heydər  Əliyev  bəşər 
dünyasında  belə  dəyərli  keyfiyyətlərə  malik  olan  şəx­
siyyət  idi.
Amansız  ölüm  dünya  miqyaslı  bir  şəxsiyyətin 
dünyasını  dəyişdi.
12  dekabr  2003-cü  ildə  Azərbaycanda  insan  seli­
nin  qarşısı  alınmaz  idi.  Xalqımız  özünün  böyük  oğ­
lunu  son  mənzilə  yola  saldı.  Yeri-göyü  bürüyən  qı­
zılgüllər,  tər  çiçəklər  xalqın  gözyaşları  ilə  suvarıldı. 
Axşamdan  səhərə  kimi  Heydər  Əliyev  məzarını 
ziyarət  edənləri  ətrafı  bürüyən  azan  səsi  və  qış 
gecəsinin  şaxtası  müşayiət  etdi.  Heç  kəs  gecənin 
soyuğundan  sarsılmadı.  Çünki  hamı  ümummilli  lide-
50
 
-
51


Əbülfəz  Bərəkət  (Qasımov)
rimizin  xalqa  olan  hədsiz  məhəbbətindən  və  h ə ra rə ­
tindən  qızınırdı.
Dünya  ictimaiyyətinin  və  bütün  Azərbaycan  xalqı­
nın  ümummilli  liderimiz  Heydər  Əliyevə  olan  sonsuz 
məhəbbəti,  onun  ildönümündə  də  geniş  nümayiş  etdi­
rildi.  «Fəxri  xiyaban»da  yaşıllıqlar  içərisində  ucalan 
ümummilli  liderimizin  əzəmətli  heykəli  sanki  A zər­
baycana  şəfəqli  yol  göstərir.
Şair  Elşadın  bu  şeri  bu  gün,  necə  də,  milyonların 
qəlbində  güclü  nidaya  çevrildi.
RUHUN  ŞAD  OLSUN,  BABA!
Azərbaycan  adını  ürəyində  gəzdirən,
Ömrünü  zərrə-zərrə xalqına  qurban  verən,
Dünyaya  şən  bir  dünya  bəxş  edən  gözəl  insan! 
Həmişə  üzü gülər,  həmişə  müdrik  insan!
Məzarının  önündə  milyon  insan  baş  əydi,
Ruhunun  qarşısında  Azərbaycan  baş  əydi.
Doğma  Azərbaycanı  canından  çox  sevirdin, 
Ölümünlə  ölümü  ölməzliyə  çevirdin.
Sən  xalq  ilə  ucaldın,  xalqla  ucalan  ölməz, 
Yandırdığın  bu  ocaq  heç  zaman,  əsla  sönməz. 
Vətənimin yüksələn  üçrəngli  bayrağı  tək,
Sənin  müqəddəs  adın  heç  zaman  enməyəcək.
Sən  elin  bayramına,  toyuna  gələcəksən,
Ağır günlərimizdə  ruhun  dayaq  olacaq,
Azərbaycan  durduqca  Heydər  də yaşayacaq.
52
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Sən  ilham  verəcəksən  hər  oğula,  hər  qıza, 
Şan-şöhrət gətirəndə  Azərbaycanımıza.
Səni  dağ  tək  ucaldan  bu  əqidə,  bu  amal,
Qızılı  da  eylədi  sanki  qiymətsiz  metal.
Adını yazmaq  üçün  vətən  salnaməsinə,
Zaman  özü  verəcək  əsl  qiyməti  sənə.
Səksən  illik  ömrünü  sonsuzluğa  uzadan, 
Heykəlini xalqının  ürəyində  ucaldan,
Ümidsiz  insanlara  ümid  verən  babamız! 
Kəlamıyla  nadanı  insan  edən  babamız! 
Cəsarəti,  qüdrəti,  qeyrətidaşar  insan! 
Əbədiyyət  simvolu  həmişəyaşar  insan!
Gəlin  ağlamayaq  biz,  necə  ağır  olsa  da, 
Gözümüzün yaşları  içimizə  dolsa  da.
Ta  ki,  Azərbaycanın  gözyaşını  görməsin,
Ta  ki,  millətin  dərdi  ona  əzab  verməsin.
Ən  böyük  arzuların,  axı,  çin  oldu,  baba!
Axır Azərbaycanın  müstəqil  oldu,  baba!
Qoy  heç  vaxt  sevinməsin  haqqı  nahaq  edənlər, 
Çünki  azadlıq  verdi  daima yaşar  öndər.
İlham  tək şəxsiyyəti  əmanət  qoydu  getdi, 
Yaratdığı  dövləti  əmanət  qoydu  getdi. 
Məzarının  önündə xalq  əyərək  başını,
Deyəcək,  asta-asta  tökərək gözyaşını:
-  Sənin  əmanətinə  kədər yad  olsun,  baba! 
Azərbaycan  sağ  olsun,  ruhun  şad  olsun,  baba!
53


Əbülfəz  Bərəkət  (Qasımov)
* * *
Ulu  öndər!  Məzarın  nurla  dolsun!  Siz  bizə  İlham 
Əliyev  kimi,  vətənpərvər,  insanpərvər  bir müdrik  dip­
lomatı  əmanət  qoyub  getdiniz.  Tam  arxayın  ola  bilər­
siniz  ki,  Azərbaycan  xalqı,  sülhsevər bəşər dünyası  si­
zin  əmanətinizə  heç  bir  zaman  xəyanət  edə  bilməz.
Tarix  heç  bir  vaxt  «əmanətə  xəyanət»  edənləri 
bağışlamayıbdır.  Biz  də  bağışlaya  bilmərik.  Azərbay­
can  Respublikasının  Prezidenti  hörmətli  cənab  İlham 
Əliyev  siyasi  varisiniz  kimi  Müstəqil  Azərbaycan 
dünyasına  rəvac  verir,  onu  çiçəklənən  bir  diyara  çe­
virir.  Onun  hazırda  həyata  keçirdiyi  regional  siyasət 
ölkəmizdə  işsizliyin  və  yoxsulluğun  tezliklə  aradan 
qaldırılmasına  zəmin  yaradır.  Beynəlxalq  əlaqələr 
get-gedə  güclənir,  xalqımızın  yaşayışı  yaxşılaşır.
54
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
İLHAM  ƏLİYEV  -   ÜMUMMİLLİ 
LİDERİMİZİN  LAYİQLİ  SİYASİ  VARİSİ
«Mən  onu  daha  tanınmış  siyasətçi  kimi 
görürəm.  O,  məndən  fə rq li  olaraq  A zər­
baycan,  rus,  ingilis, fra n sız  və  alman  dil­
lərini  daha  mükəmməl  və  səlis  bilir».
Heydər  Əliyev
Respublikamızın  Prezidenti  cənab  İlham  Əliyevin 
ümummilli  liderimiz  Heydər  Əliyevin  siyasi  varisi  ol­
ması,  xalqımızın  ürəyindən  xəbər  verdi.  Cənab  İlham 
Əliyev öz  fitri  istedadı,  qurub-yaratmaq bacarığı,  ümum­
milli  liderimiz  Heydər  Əliyevin  layiqli  siyasi  varisi  ol­
ması  bütün  bəşər dünyasını,  məşhur siyasətçiləri  riqqə­
tə  gətirdi.  Ötən  bir  il  ərzində  İlham  Əliyevin  beynəl­
xalq  aləmdə  və  respublikamızda  sülhün  və  stabilliyin 
qorunub  saxlanılması  və  ölkə  iqtisadiyyatının  dinamik 
inkişafı  naminə  həyata  keçirdiyi  kompleks  tədbirlər 
çox  dəyərli  nəticələr  verdi.  Bəşər  dünyası  bir  daha 
əmin  oldu  ki,  ümummilli  liderimiz  və  xalqımız  özünün 
prezident seçimində əsla yanılmamışdır.  Bunu  xalqımız 
hər  addımda  tam  aydınlığı  ilə  görür  və  dərk  edir.
Tədqiqatımız  göstərir ki,  ölkəmizin  dinamik yüksə­
lişində  cənab  İlham  Əliyevin  diplomatiyası,  siyasi  bi­
liyi,  idarəçilik  metodları,  psixoloji  düşüncələri  hər 
şeyə  qalib  gəlir.
55


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə