Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
addımlarım,  Yeni  Azərbaycan  Partiyasının  sədr müavi­
ni  kimi  böyük  təşkilatçılıq  qabiliyyətini,  Avropa  Şura­
sı  Parlament  Assambleyasının  sədr  müavini  və  Büro 
üzvü  kimi  beynəlxalq  aləmdə  göstərdiyi  dəyərli  işgü­
zarlığını  müşahidə  etdikcə  heyrətlənirsən  və  fəxr edir­
sən  ki,  sənin  ölkənin  belə  prezidenti  var.
Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəmərinin  tarixi 
əhəmiyyətli  layihəsinə  Qazaxıstanın  qoşulmasını,  Ba­
kı-Ərzurum  qaz  kəmərinin  layihəsinə  prezidentimizin 
sərf etdiyi  çox  böyük  səriştəli  əməyini  xatırladıqca  is­
tər-istəməz  heyrətlənirsən.
Bütün  bunlar  cənab  Prezidentimiz  İlham  Əliyevin 
güclü  idarəçilik  potensialına  malik  olmasını  bir  daha
62
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
təsdiqləyir.  Ümummilli  liderimiz  Heydər  Əliyevin 
ideyaları  reallaşdıqca  göydəki  ulduzlar  kimi  daha  çox 
parlayır,  daha  çox  dünyaya  işıq  saçır,  daha  geniş  əks- 
səda  doğurur.  Cənab  İlham  Əliyevin  siyasət  aləmi  də 
ümummilli  liderimiz  Heydər  Əliyevin  siyasət  dünyası 
kimi  çox  aydın,  şəffaf,  bəşəri  və  ülvidir.  Cənab  İlham 
Əliyev  vurğulayır  ki:  «Xalqa  elə  bir  siyasət  lazımdır 
ki,  onun  təhlükəsizliyini  təmin  etsin.  Normal  yaşa­
ması  üçün  şərait yaratsın.  Qarışıqlıq  toxumu  səpən 
və  bölgələri  bir-birinə  qarşı  qaldıran,  düşmən  edən 
siyasət  bizə  lazım  deyil.  Xalq  artıq  bunları  yaxşı  bi­
lir.  Bunlar  bir  daha  təkrarlanmayacaqdır».
Müdrik  şəxsiyyət  Heydər  Əliyevin  zəkasından  bəh­
rələnən,  daim  bu  şəffaf bulaqdan  su  içən  cənab  İlham 
Əliyev  seçkilər  ərəfəsində  ölkədə  hay-küy  salan  mü­
xalifət  partiyalarına  çox  haqlı  olaraq  böyük  psixoloji 
düşüncə  ilə  yanaşdı.  Çünki  o  bilirdi  ki,  xalq  səhv  edə 
bilməz.  Ən  böyük  müdrik -  xalqın  özüdür.  Kimin  kim 
olduğunu  xalq  özü  daha  yaxşı  bilir.  Ümummilli  lide­
rimizin  özü  də  Vətəninin  gələcəyi  barədə  düşünəndə, 
həmişə  xalqa,  onun  müdrik  zəkasına  arxalanır.
Ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  ən  böyük 
müdrikliyi  ondadır  ki,  cəmiyyətimizdə  baş  verə  biləcək 
müxtəlif  hadisələri,  mövcud  olan  faktları,  qanunauy­
ğunluqları  və  mexanizmləri  dərindən  təhlil  etdir,  öyrə­
nir və  sülhməramlı  nəticələr  çıxarmağa  çalışır.  Məhz 
buna görədir ki,  prezidentimiz  inkişafımızın  qloballaş-
63


Əbülfəz  Bərəkət  (Qasımov)
ma  mərhələsində  insan  amilini  ön  plana  çəkir  və  ona 
böyük  əhəmiyyət  verir.
O, 
rəhbərlik  etdiyi  ölkəsini  ləyaqətlə  təmsil  etmək 
məharətinə  malikdir.  Xatırlayaq  ki,  özünüidarəetmə­
də  əhəmiyyətsiz  heç  nə  yoxdur.  Diplomatiya  aləmin­
də  hər  bir  kəlam,  davranış,  təbəssüm  və  ya  insanlar­
la  təmasda  olmaq  çox  böyük  bacarıq  tələb  edir. 
Böyük  diplomatiya  məktəbini  keçmiş,  özünüidarəet­
mə  məharətinə  yiyələnmiş,  respublikamızın  Preziden­
ti  cənab  İlham  Əliyev  ən  çətin  anlarda  belə  öz  müva­
zinətini  qoruyub  saxlamağı  bacarır.  Ölkənin  həyatın­
da  baş  vermiş  çətin  günlərdə  də  yüz  minlərlə  insan 
qarşısında  nitq  söyləyəndə  də,  ağbirçək  ananın,  qaç­
qın  və  köçkün  vətəndaşın  kədərinə  şərik  çıxanda  da, 
o,  özünü  çox yetkin,  mərd,  cəsarətli,  xeyirxah  bir şəx­
siyyət  kimi  təqdim  edə  bilir.  Bütün  bu  xüsusiyyətlər 
cənab  İlham  Əliyevə  xalqın  hörmət  və  ehtiramını,  sevgi 
və  məhəbbətini  artırır.
Bu  baxımdan  cənab  İlham  Əliyevin  psixologiyası, 
idarəçilik  məharəti,  mətinliyi  xalqa  böyük  ümidlər 
verir.  Xalqımız  bu  şəxsiyyətdə,  çətin  hadisələrdən 
baş  çıxarmağı  bacaran,  fövqəladə  qərarlar  qəbul  edə 
bilən,  ölkədə  sülhün  və  əmin-amanlığın  bərqərar  ol­
masını  təmin  edən,  xalqımızın  daimi  mənəvi  Prezi­
denti  Heydər  Əliyevin  sarsılmaz  iradəsini  tapır.
Burada  qanuni  olaraq  sual  oluna bilər:  Cənab  İlham 
Əliyevin  malik  olduğu  xüsusi  keyfiyyətlər  hansılar­
dır?  Bu  barədə  çoxlu  kitablar  yazılmış,  filmlər  çəkil-
64
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
miş  və  bir çox  dəyərli  fikirlər  söylənilmişdir.  Biz  bu­
rada  yalnız  özümüzə  məxsus  olan  bəzi  fikirlərimizi, 
əziz  oxucularımızla  bölüşdürmək  istərdik:
1. 
Cənab  Prezident  İlham  Əliyev  istər  elmi-psixo- 
loji  düşüncə  tərzinə  görə  və  istərsə  də  professional 
diplomatik  və  idarəçilik  məharətinə  görə  nadir  bir 
şəxsiyyətdir.  Onun  istər  xarici  siyasətdə  və  istərsə  də 
ölkədaxili  siyasətdə  mövqeyi  sülh  məramlıdır.  Bu 
şəxsiyyətin  başqa  millətlərlə  yaratdığı  dostluq  müna­
sibətləri  beynəlxalq  aləmdə  dəyərli  örnəkdir.  Cənab 
İlham  Əliyevin  bu  xüsusiyyəti  gənclərdən  tutmuş 
dövlət  xadimlərinə  qədər hamıya  xoş ovqat  bəxş edir.
65


Əbülfəz  Bərəkət  (Qasımov)
2.  Cənab  ilham  Əliyev  beynəlxalq  məclislərdə,  y ı­
ğıncaqlarda,  forumlarda,  simpoziumlarda  özünü  yetkin 
bir  diplomat  kimi  idarə  etmək  bacanğına  malikdir.  O, 
rəhbərlik  etdiyi  ölkəsini  ləyaqətlə  təmsil  edə  bilir. 
Onun  özünüidarəetmə  bacanğı,  diplomatiyası  insanları 
heyran  edir.
3.  Cənab  İlham  Əliyevin  xalqı  duyub  -  dərk  etm ə­
si  də  onun  idarəçiliyində  mühüm  rol  oynayır.  Xalqı 
idarə  etmək  üçün,  onun  qəlbindən  keçənləri  duyub, 
dərk  etməklə  onu  öz  arxasınca  apara  bilərsən.
Respublikada  prezident  olmaq  arzusuna  düşən  çox 
adamlar  var  idi.  Lakin  onların  heç  biri  xalqı  öz  arxa­
sınca  aparmadı.  Çünki  onlar,  xalqın  qəlbinə  yol  tapa 
bilmədilər.  Onlar  yalnız  şəxsi  mənafeləri  üçün  vəzi­
fə  istəyirdilər.  Xalq  onları  yaxşı  tanıyırdı.  Vaxtilə  on­
lar  xalqı  və  ölkəni  qarət  etmişdilər.  Göbələk  xəstə­
liyinə  tutulmuş  taxılın  çörəyini  insanlara  yedirtmişlər. 
Yaxşı  xatırlayırıq:  90-cı  illərdə  biz  mətbuat  səhifələ­
rində,  radio  və  televiziyada  tez-tez  çıxışlar edir,  həyə­
can  təbili  çalırdıq.  O  zaman  biz  bilirdik  ki,  xalqa  ye- 
dizdirilən  çörəyin  taxılı  üzərində  qeyd  edilmişdir  ki, 
laboratoriya  müayinəsindən  keçirildikdən  sonra,  onu 
ancaq  yem  kimi,  mal-qaraya  vermək  olar.  Sözə  diq­
qət  yetirin:  yoxlanıldıqdan  sonra  mal-qaraya  yem  kimi 
verilirdi.  O  zamankı  «üzdəniraq»  respublika  rəhbərlə­
ri  həmin  yemlik  taxılı  əhaliyə  çörək  əvəzi  yedirirdi­
lər.  Mütəxəssislər yaxşı  bilirlər  ki,  bu  qida  körpələri­
mizin  mədəsində  göbələk  xəstəliyi  yarada  bilər.  Ye­
66
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
diyimiz  çörəyin  içərisinə  sanki  şirə  doldurulmuşdur. 
İçərisi  şirə  salmış  çörək  saqqız  kimi  insanın  mədəsi­
nə  yapışırdı.  Görəsən  xalqa  belə  münasibət  bəsləyən 
insanlar,  hansı  üzlə  yenidən  ortaya  çıxıb,  respubli­
kaya  rəhbər  olmaq  istəyirdilər?  Üstəlik  də,  gəncləri 
yoldan  çıxarır,  küçələrə  tökür,  min  bir  yalançı  vəd­
lər verir,  böyük  zəhmətlə  başa  gələn,  gözəl,  yaraşıq­
lı  vitrinləri,  maşınları,  yaşıl  parkları  dağıdır,  viran 
edirdilər.
4. 
Cənab  İlham  Əliyevin  şəxsi  keyfiyyətlərindən 
danışarkən,  onun  İslam  dininə  etiqadı  da  insanlara  xoş 
ovqat  bəxş  edir.  Lakin  bu  başqa  millətlərin  dininə  gös­
tərilən  ehtiram  və  hörməti  əsla  azaltmır.  Bu  hal  hər 
zaman,  hər bir addımda  özünü büruzə  verir.  Məhz  bu­
na  görədir  ki,  dinindən  və  əqidəsindən  asılı  olmaya­
raq  bütün  millətlər  onu  qəlbən  sevir  və  dəstəkləyir. 
Belə  bir  hadisəni  xatırlamaq  yerinə  düşərdi:  Bu  əsə­
rin  müəllifi  avtobusla  Lahıc  qəsəbəsindən  İsmayıllıya 
gələrkən  yolda  körpünün  üstündə  sərnişinlərin  daya­
nıb  cənab  İlham  Əliyevə  xeyir-dua  verdiklərini  müşa­
hidə  etmişdir.  Selin  yuyub-apardığı  bu  körpü  cənab 
İlham  Əliyevin  böyük  qayğıları  sayəsində  tikilib  istifa­
dəyə  verilmişdir.  İndi  Lahıc  qəsəbəsinin  sakinləri:  ix­
tiyar  qocalar,  ağbirçək  analar  «Girdman  çayına»  gir­
mədən,  suya  batmadan  asfalt  çəkilmiş  yolla  körpünün 
üzərindən  rahatlıqla  gedib-gəlirlər.  Ona  görədir  ki, 
Lahıca  gedib-gələn  hər  bir  adam  bu  körpüdən  keçər­
kən  cənab  İlham  Əliyevə  xeyir-dua  verir,  çünki  bu
67


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə