Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
104
f
e
te
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Azərbaycan,  onun  taleyi,  gələcəyi,  istiqbalı  onun 
balalarının  taleyindən  əsla  ayrı  deyildi.  Çünki  işıq 
üzünə  həsrət  qalan  insanlar  Zərifə  xanıma  pənah  gə­
tirir,  ondan  ümidlər  gözləyirdilər.  Bu  tale,  bu  şərəf 
hər  kəsə  nəsib  olmur,  həyatda  bu  mənəvi  sərvəti,  bu 
məhəbbəti  qazana  bilmir.
Qədirbilən  xalqımız  öz  bilik  və  bacarığı  ilə  dünya­
nın  gözəlliklərini  görməkdən  məhrum  olan,  işıq 
üzünə  həsrət  qalan  insanlara  nur bəxş  edən  Zərifə  xa­
nımın  xatirəsini  əbədiləşdirmək  üçün  əlindən  gələni 
edir.  Dünyasını  dəyişdikdən  sonra,  onun  mərmərdən 
düzəldilmiş,  göz  oxşayan  heykəli  respublikamızın 
paytaxtı  Bakı  şəhərində  İncəsənət  muzeyini  bəzəyir. 
Muzeyə  gələn  insanlar  bu  heykəlin  qarşısında  daya­
nır,  onu  ziyarət  edir,  gözlərinin  nuru  azalanlar  sanki 
ondan  kömək  diləyir,  məsləhət  alırlar.
Zərifə  xanım  isə  mehriban,  qayğılı  baxışları  ilə, 
sanki  «Allah  Sizə  kömək  olsun»  deyir.
Belə  bir cazibədar  mərmər büst  Zərifə  xanım  Əliye­
vanın  adını  daşıyan  Naxçıvan  poliklinikasında  da  in­
sanların  diqqətini  özünə  cəlb  edir.
Ümummilli  liderimiz Heydər Əliyev Naxçıvan  Mux­
tar  Respublikasının  75  illik  yubileyi  münasibətilə  ke­
çirilən  bayram  günlərində  bu  poliklinikada  olarkən 
xatirə  kitabında  öz  ürək  sözlərini  belə  ifadə  etmişdir: 
«Mənim  ömür-gün  yoldaşım  mərhum  Zərifə  xanımın 
adını  daşıyan  poliklinika  ilə  tanış  olmaq,  onun  xatirə­
sinə  həsr  edilmiş  guşəni  seyr  etmək  məni  həyəcana
105


gətirdi.  Xatirimdən  heç  vaxt  çıxmayan,  mənim  ü ç ü n  
çox  əziz  olan  insanın  həyat  və  yaradıcılığını  əks  e td i­
rən  bu  guşə  məni  coşdurdu.  Bunların  hamısı  onun  i n ­
sani  keyfiyyətlərinə,  böyük  ürəyinə,  böyük  elmi  v ə  
praktik  xidmətlərinə  layiqli  abidədir.  Bu  xeyirxah  iş ­
də  zəhmət  çəkənlərin  hamısına  təşəkkür  edirəm».
Bu  da  çox  önəmlidir  ki,  Azərbaycan  Universiteti­
nin  Elmi  Şurasının  qərarı  ilə  28  aprel  1993-cü  ild ən  
70  illik  yubileyi  ilə  əlaqədar  olaraq  akademik  Z ərifə 
Əliyeva  adma  təqaüd  təsis  edilmişdir.  İndiyədək 
Azərbaycan  Dövlət  Tibb  Universitetindən  5  nəfər, 
Bakı  Dövlət  Universitetinin  biologiya  fakültəsindən  2 
nəfər  və  Azərbaycan  Universitetindən  6  nəfər  bu  şə ­
rəfli  təqaüdə  layiq  görülmüşdür.  Azərbaycanda  irido-
Əbülfəz  Bərəkət  (Qasımov)
106
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
logiya  elminin  banisi,  keçmiş  SSRİ  məkanında  irido- 
diaqnostikanın  əsasını  qoyanlardan  biri,  dəyərli  mo­
noqrafiyaların müəllifi  kimi  akademik Zərifə  Əliyeva­
nın  75  illik  yubileyi  münasibətilə  yeni  kitab  nəşr  ol­
malıdır.
Bu  nurani  xanımın  övladı  da  məhz  İlham  Əliyev 
kimi  bir  xeyirxah,  ülvi  və  nurlu  bir  insan  ola  bilərdi. 
Bunu  da  dünyanın  zəkalı  və  ağıllı  adamları  başa 
düşür  və  onu  qiymətləndirirlər.
Bir  sıra  xarici  ölkələrdə  də  Zərifə  xanım  xatirəsi­
ni  əbədiləşdirmək  üçün  abidələr  ucaldılmış,  parklar 
salınmış,  muzeylər  təşkil  edilmişdir.  Xalqımız  əhsən 
deyir  belə  Azərbaycan  xanımına,  tibbi  aliminə,  xeyir­
xah  həkiminə.
Qoy  Tanrı,  sənin o  dünyanı  da  nurlu  və  behiştlik  et­
sin.  Bütün  türk  dünyası  əmindir  ki,  dünya  işığına  həs­
rət  gözlərə  nur  bəxş  edən  təbib  Zərifə  xanım  həm  bu 
dünyası  üçün  çalışıb,  həm  də  o  dünyası  üçün.  Bu 
onun  Allaha  sidqi-ürəkdən  inamından  irəli  gəlibdir. 
Məzarın  nurla  dolsun,  mənə  ürək-dirək  verən  təbib. 
Gənclik  illərində  mənim  həyatımda  yandırdığın  ümid 
çırağı  inşallah  heç  bir  zaman  sönməyəcəkdir.  Ruhun 
şad  olsun,  məzarın  nurla  dolsun.  Gözlərə  nur  bəxş 
edən  mərhəmətli  əziz  ana,  əziz  təbib.
Mən  Bakıda  hər  dəfə  ulu  öndərimizi  ziyarət  et­
məyə  gedəndə,  onunla  yanaşı  qəlbimə  nur  saçan  Zə­
rifə  xanımın  da  heykəlini  ziyarət  edərək  tər  çiçəklə­
rimi  onun  abidəsi  yanma  qoyuram.
107


Əbülfəz  Bərəkət  (Qasımov)
MEHRİBAN  XANIM  ƏLİYEVA  -  
YUNESKO-nun  XOŞMƏRAMLI  SƏFİRİ
Mehriban  xanım  Əliyeva  barəsində  söhbət  açarkən, 
bəzi  psixoloji  düşüncələr  mənə  hakim  kəsildi.  Ölkə 
başçısına  uğurlar  qazandıran  bir  çox  amillər  mövcud­
dur:  xalq  məhəbbəti,  Vətənə  sədaqət,  mətinlik,  sülh- 
sevərlik,  hərbi  qüdrət,  uzaqgörənlik,  professional  dip­
lomat  olmaq,  natiqlik  məharəti  və  şəxsi  ailə  mehri- 
bançılığı.  Etiraf  edək  ki,  dövlət  başçısının  vaxtında 
dincəlməyə,  istirahət  etməyə  vaxtı  çatmır.  Olduğu 
hər  bir  cəmiyyətdə  başçılıq  etdiyi  ölkə  və  xalqı  barə­
də  düşünür  və  qarşıda  duran  problemlərin  həlli  yolla­
rını  axtarır.  Belə  şəxslər  öz  istirahətlərini,  rahatlıqla­
rını  yalnız  evlərində,  ailələrində  tapa  bilirlər.  Bu  mə­
nada  ölkə  prezidenti  ilə,  onun  gündəlik  qayğıları  ilə 
yaşamaq,  onun  mənəvi  aləmini  dərindən  başa  düş­
mək  evin  xanımından  çox  böyük  dünyagörüşü,  psixo­
loji  düşüncə  tələb  edir.  Beynəlxalq  aləmdə  vaxtaşırı 
prezidentlə  çiyin-çiyinə  dayanmağı  bacarmaq,  psixo­
loji  düşüncə  və  böyük  diplomatiya  səriştəliliyi  tələb 
edir.  Bu  mənada  Mehriban  xanım  çox  böyük  siyasi 
fəaliyyət  göstərir.  O,  öz  evində  ailə  qayğıları  ilə  ya­
şayır,  beynəlxalq  aləmdə  isə  həyat  yoldaşının,  yəni 
ölkə  prezidentinin  yetkin,  uzaqgörən,  mənəvi  dayağı­
na  çevrilir.  Bu  baxımdan  Mehriban  xanım  Əliyevanın 
fəaliyyət  dairəsi  həqiqətən  geniş  və  məsuliyyətlidir.
108
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
109


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə