Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL-MAYOR  EHSAN 
KƏLBƏLİ  XAN  OĞLU  NAXÇIVANSKİ
XIX  əsrin  birinci  yarısında  yaşamış,  atası  Rusiya 
ilə  hərbi  əlaqələr  yaratdığına  görə  İran  hökuməti  tə ­
rəfindən  həbs  edilmişdi.  Altı  il  həbs  cəzası  çəkdikdən 
sonra,  Fətəli  şahın  hakimiyyəti  zamanı  azad  edilmiş, 
lakin  İrəvan  xanlığında  yaşamalı  olmuşdu.  Abbas 
Mirzə  (İran)  tərəfindən  o,  Naxçıvana  vali  təyin  olun­
muşdu.  Lakin  Məkkəyə  ziyarətə  getmək  adı  ilə  o,  öz 
yerini  oğlu  Ehsan  xana  vermişdi.
1826-1828-ci  illərdə  Rusiya-İran  müharibəsində 
Ehsan  xan  əsasən  naxçıvanlılardan  ibarət,  on  min  nə­
fərlik  orduya  başçılıq  etmişdir.  1828-ci  ilin  fevralında 
Rusiya  və  İran  arasında  Türkmənçay  sülh  müqavilə­
sini  imzalayanlardan  biri  Ehsan  xan  olmuşdur.  Həmin 
günlərdə  Aleksandr  Qriboyedov  və  Abbasqulu  Ağa 
Bakıxanov  Ehsan  xanın  evində  qonaq  olmuşlar.
1853-1854-cü  illərdə  gedən  Krım  müharibəsində 
general  Ehsan  xan  iştirak  etmişdi.  Müharibədə  göstər­
diyi  şücaətlərə  görə  o,  ali  hərbi  ordenlərlə  təltif edil­
mişdir.  Kremlin  Georgi  salonunda  general  Ehsan  xa­
nın  adı  görkəmli  sərkərdələr  sırasında  qızıl  hərflərlə 
yazılmışdır.
148
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
GENERAL  KƏLBƏLİ  XAN  NAXÇIVANSKİ
Naxçıvan  diyarının  hərbi  cəhətdən  böyük  qüdrətə 
malik  olduğunu  bir  daha  təsdiqləyir.  O,  Naxçıvanın 
sonuncu  hakimi  Ehsan  xanın  oğludur.  On  dörd  yaşın­
da  Peterburqda  zadəgan  övladlarının  təhsil  aldığı  hər­
bi  korpusa  daxil  olmuşdu.  Lakin  xəstələndiyi  üçün 
təhsilini  davam  etdirməmiş,  yenidən  vətənə,  rus  or­
dusunda  hərbi  xidmətə  qayıtmışdı.
1853-cü  ildə  Krım  müharibəsi  başlananda  Kəlbəli 
xan  yerli  bəylərdən  süvari  alayı  təşkil  etmişdi.  1854- 
cü  ildə  apardığı  uğurlu  hərbi  əməliyyata  görə  podpo- 
ruçik  rütbəsində  dördüncü  dərəcəli  müqəddəs  Georgi 
ordeni  ilə  təltif edilmişdir.  1856-cı  ildə  o,  leyb-qvar- 
diya  Qusar  alayına  komandir  təyin  edilmişdi.
1874-cü  ildə  göstərdiyi  hərbi  xidmətlərə  görə  ona 
general-mayor  rütbəsi  verilmişdir.
1883-cü  ildə  o,  dünyasını  dəyişmişdir.
149


Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL  İSMAYIL  XAN 
EHSAN  XAN  oğlu  NAXÇIVANSKİ
Kəngərli  tayfasından  olub,  böyük  qəhrəmanlıqlar 
göstərmişdi.  1853-cü  ildə  başlanan  Krım  müharibə­
sində  iştirak  edən  İsmayıl  xan  1854-cü  ildə  müsəl­
manlardan  ibarət  hərbi  dəstəyə  kapitan  rütbəsində 
başçılıq  etmiş,  süvari  qoşun  üzrə  ona  general-leyte­
nant  rütbəsi  verilmişdi.
General-leytenant  İsmayıl  xan  Naxçıvanski  hərbi 
xidmətini  başa  vurduqdan  sonra  xeyriyyəçiliklə  məş­
ğul  olmuşdu.  O,  ata-baba  mülkünü  məktəbə  bağışla­
mışdı.  Naxçıvan  şəhərinə  su  çəkdirmiş,  kəhrizlər qaz­
dırmış,  hamam  və  digər  obyektlər  tikdirib  xalqın  isti­
fadəsinə  vermişdi.
150
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
GENERAL  HÜSEYN  XAN 
KƏLBƏLİ  XAN  OĞLU  NAXÇIVANSKİ
15  yaşında  Peterburq  hərbi  məktəbinə  daxil  olub, 
1881-ci  ildə  oranı  əla  qiymətlərlə  bitirmişdi.  1887-ci  ildə 
orduda  podporuçik  rütbəsində  xidmət  etməyə  başlamışdı. 
1903-ci  ildə  polkovnik  rütbəsinə  layiq  görülmüşdü.
1904-1905-ci  illərdə  Rus-Yapon  müharibəsində  Da­
ğıstan  və  44-cü  Nijni-Novqorod  süvari  alaylarının  tər­
kibində  döyüşmüş,  süvari  birləşmələrinə  komandan­
lıq  etmişdi.  1907-ci  ildə  ona  general-mayor  rütbəsi 
verilmişdir.
1915-ci  ildə  Birinci  Dünya  müharibəsi  dövründə 
general  Hüseyn  xan  Naxçıvanski  Cənub-Qərb  cəbhə­
sində  ikinci  süvari  diviziyasının  komandiri  olmuşdur. 
Çox  keçmədən  o,  Zaqafqaziya  cəbhəsinin  komandanı 
olur.  O,  Rusiyanın  dörd  hərbi  ordeni  və  çoxlu  medal­
larına  layiq  görülmüşdür,  Avstriya,  Bolqarıstan  və  Ru­
mıniyanın  yüksək  hərbi  mükafatlarını  almışdı.  Rus- 
Yapon  müharibəsi  ərəfəsində,  İranın  «Şire-Xorşid» 
ordeninin  iki  dərəcəsi  ilə  təltif edilmişdi.
1917-ci  il  Fevral  Burjua-demokratik  inqilabından 
sonra,  o,  hərbi  xidmətdən  istefaya  getmişdir.  1918-ci 
ilin  sonunda  Bakıya  gəlmiş  və  məşhur  generallar 
S.Mehmandarov  və  Ə.Şıxlinski  ilə  görüşmüşdür.
1919-cu ildə o,  Peterburqda dünyasını  dəyişmiş,  Alek­
sandr Nevski  Monastır qəbiristanlığında  dəfn  edilmişdir.
151


Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL  CƏMŞİD 
CƏFƏRQULU  OĞLU  NAXÇIVANSKİ
10  avqust  1895-ci  ildə  Naxçıvan  şəhərində  anadan 
olmuşdu.  Atası  Kəngərli  nəslindəndir və  rus  ordusun­
da  zabit  vəzifəsində  çalışmışdır.
1915-ci  ildə  o,  Tiflisdə  yunkerlər məktəbini  və Ye- 
lizavetqrad  qvardiya  məktəbini  bitirdikdən  sonra  Bi­
rinci  Dünya  müharibəsində  müsəlman  atlı  alayında 
eskadron  komandiri  təyin  edilmişdi.  Avstriya  və  Ru­
mıniya  cəbhələrindəki  döyüşlərdə  üç  dəfə  yaralan­
mışdı.  Rusiyanın  üç  ordeninin  altı  dərəcəsi  ilə  təltif 
edilmişdir.
1917-ci  il Fevral  Buıjua-demokratik inqilabından sonra 
müəyyən  müddət  Zaqafqaziya  seymi  hərbi  hissələrin­
də  xidmətdə  olmuşdu.  Cəmşid  Naxçıvanski  Şuşada 
yerləşdiyi  zaman  daşnaklara  qarşı  mübarizədə  böyük 
fəallıq  göstərmişdi.  Sonra  o,  Azərbaycan  Xalq  Komis­
sarları  Şurasının  sədri  Nəriman Nərimanovun təklifi  ilə 
Milli  Ordunun  yaradılmasına  cəlb  edilmişdi.  Bir  qədər 
keçdikdən  sonra  Cəmşid  Naxçıvanski  Bakıda  yaradıl­
mış  Birləşmiş  Hərbi  Komanda  Məktəbinin  rəisi  təyin 
edilmişdi.  1922-1931 -ci  illərdə  o,  Azərbaycanın  ilk 
677  saylı  milli  atıcı  diviziyanın  komandiri  olmuşdur.
1931-1933-cü  illərdə  Moskvada,  M.V.Frunze  adına 
Hərbi  Akademiyada  oxumuş  və  oranı  fərqlənmə  dip­
lomu  ilə  bitirmişdi.  Onun  istedadlı  olması  nəzərə  alı­
152
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
naraq  dərs  demək  üçün  həmin  akademiyada  saxlanıl­
mışdı.  Ensiklopedik  biliyə  və  böyük  bacarığa  malik 
olan  Cəmşid  Naxçıvanski  Frunze  adma  Moskva  Ali 
Hərbi  Akademiyasında  az  bir  müddətdə  böyük  hör­
mət  qazanır  və  «Hərbi  Təlim»  kafedrasına  rəis  təyin 
edilir.  Həmyerlimizin  bilik  və  təcrübəsindən  bəhrələ­
nən  A.A.Qreçko  Sovet  İttifaqının  marşalı,  iki  dəfə 
Sovet  İttifaqı  qəhrəmanı,  SSRİ  Müdafiə  naziri  sə­
viyyəsinə  yüksəlmişdir.
Cəmşid  Naxçıvanskinin  sanballı  əsərlərindən,  onun 
dərin  biliyindən  bəhrələnən  hərbi  sərkərdələrin,  gör­
kəmli  şəxsiyyətlərin  adlarını  saymaqla  qurtarmaz.
Cəmşid  Naxçıvanskinin  İranda  şah  ordusunda  xid­
mət  edən  iki  qardaşının  (Davud  və  Kəlbəli)  1934-cü 
ildə  edam  etmişdilər.  Kəngərli  nəslindən  olan  so­
nuncu  general  Cəmşid  Naxçıvanski  1938-ci  ildə 
Azərbaycanda  «xalq  düşməni»  kimi  güllələndi.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü 
ilə  yaradılmış  Bakı  Hərbi  Zabitlər  Liseyinə  Cəmşid 
Naxçıvanskinin  adı  verilmişdir.  Bununla  Naxçıvan 
diyarının  yetirməsi,  həmyerlimiz  Cəmşid  Naxçıvans- 
kinin  adı  daimi  olaraq  əbədiləşdirilmişdir.  İndi  bu  li­
seydə  təhsil  alan  zabitlər,  onun  adı  ilə  fəxr  edir  və 
Cəmşid  Naxçıvanski  kimi  dərin  hərbi  biliyə  və  baca­
rığa  malik  olan  sərkərdə  olmağa  çalışırlar.
153


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə