Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
lığı  ilə  ucaldılan  H.Cavid  türbə-məqbərəsi,  onun  hə­
yat və yaradıcılığından bəhs  edən  muzeyin yaradılma­
sı,  əsərlərinin  nəşr  etdirilməsi  ulu  öndərimiz  Heydər 
Əliyevin  Azərbaycan  ədəbiyyatına  olan  sönməz  mə­
həbbətindən,  tükənməz  qayğılarından,  əsl  vətəndaşlıq 
qeyrətindən  xəbər  verir.
Tanınmış  yazıçımız  Hüseyn  İbrahimovun  təbirincə 
desək,  məhz  bu  qeyrətin  sahibi  Hüseyn  Cavidə  yeni 
bir  ömür  bəxş  edə  bilərdi,  onu  XX  əsr  çağdaş  şairlə­
rinin  fövqünə  yüksəldə  bilərdi.
Hüseyn  Cavid  Azərbaycan  poeziyasında  yaratdığı 
lirik-epik,  lirik-fəlsəfi  şeirləri,  ilk  mənzum  pyesləri 
ilə  ədəbiyyatımızı  zənginləşdirmiş,  mədəniyyətimizin 
tarixinə  başucalığı  gətirmişdir.
Hüseyn  Cavid  Azərbaycan  poeziyasına  Şeyx  Sənan 
məhəbbəti,  Səyavuş  cəsarəti,  Xəyyam  müdrikliyi, 
Peyğəmbər  uzaqgörənliyi  bəxş  etmişdir.  O,  humanist, 
romantik  şair  idi.  Onun  şeirləri  insanları  haqq  və  əda­
lətə  səsləyirdi:
Çalış,  parla,  yüksəl!  Unutma  ancaq,
Yaşamaq  bir  haqsa,  yaşatmaq  da  bir  haqq.
Bəli!  Hüseyn  Cavid  harada  olmuşsa,  istər  allı-güllü 
Naxçıvanda,  istərsə  də  şaxtalı,  çovğunlu  Sibirdə  xal­
qına,  Vətəninə  bəslədiyi  sönməz  məhəbbətini  qəlbin­
də  yaşatmışdır.
136
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
137


Əbülfəz  Bərəkət  (Qasımov)
CƏLİL  MƏMMƏDQULUZADƏ
Yazıçı-jurnalist,  ictimai  xadim Cəlil  Hüseynqulu  o ğ lu  
Məmmədquluzadə  (ədəbi  təxəllüsü  Molla  Nəsrəddin) 
10  fevral  1866-cı  ildə  Naxçıvanın  Nehrəm  kəndində 
anadan olmuş, 4 yanvar  1932-ci  ildə  Bakı  şəhərində dü n ­
yasını  dəyişmişdir.  Yazıçı-jurnalist,  ictimai  xadim  
C.  Məmmədquluzadə  ilk  təhsilini  mollaxanada  alm ış­
dı.  Sonra  isə  Naxçıvan  şəhər  məktəbində  oxumuşdu.
1887-ci  ildə Qori  seminariyasını  bitinnişdi.  Bir m üd­
dət  Yerevanın  yaxınlığındakı  kəndlərdə  müəllimlik 
etmişdir.  C.Məmmədquluzadənin  ictimai-ədəbi  fə a ­
liyyəti  XIX  əsrin  80-ci  illərinin  axırından  başlayaraq 
XX  əsrin  30-cu  illərini  əhatə  edir.  O,  öz  yaradıcılı­
ğında  müxtəlif janrlara  müraciət  etmişdi.  Dram,  nəsr, 
şeir,  publisistika,  ədəbi  tənqid  sahəsində  yazdığı  d ə ­
yərli  əsərlər ona dünya  şöhrəti  qazandırmışdır.  C.Məm- 
mədquluzadə,  sözün  həqiqi  mənasında,  Azərbaycan 
realist  ədəbiyyatının  yüksək  zirvələr  fəth  etməsində 
böyük  fəaliyyət  göstərmişdir.
Xalqımız  bu  böyük  ictimai  xadimin  xatirəsini  ə b ə ­
diləşdirmək  üçün  dəyərli  tədbirlər həyata keçirmişdir. 
Respublikamızın  ən  böyük  taxılçılıq  rayonlarından  bi­
ri  olan  Astarxanbazar  «Cəlilabad»  adlandırılmışdır. 
C.Məmmədquluzadənin  adı  bir çox  müəssisə,  məktəb 
və  kitabxanalara  verilmişdir.
Zaman  keçdikcə Cəlil  Məmmədquluzadənin müdrikliyi 
və  dahiliyi  daha  geniş  miqyasda  dünyaya  yayılacaqdır. 
Onun  doğulduğu  Naxçıvan  diyan  daha  da  nurlanacaqdır.
138
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
MƏMMƏD  SƏİD  ORDUBADİ
Məmməd  Səid  Hacağa oğlu  Ordubadi  24  mart  1872- 
ci  ildə  Ordubad  şəhərində  dünyaya  göz  açmış,  1  may 
1950-ci  ildə  isə  Bakıda  dünyasını  dəyişmişdir.  O,  gör­
kəmli  yazıçı,  şair,  dramaturq,  publisist,  ictimai  xadim, 
əməkdar  incəsənət  xadimi  idi.  O,  ilk  təhsilini  atası  şa­
ir  Hacağa  Fəqirdən  almışdı.  Sonra  4  il  M.T.Sidqinin 
«Əxtər»  məktəbində  oxumuşdur.
Atasını  kiçik  yaşlarında  itirən  M.S.  Ordubadi  14 
yaşından  Ordubad  İpək  Fabrikində  işləmişdi.
1920-ci  ilin  mayında  Bakıya  gəlmiş,  paytaxtın  mə­
dəni-quruculuq  işlərində  fəal  iştirak  etmişdi.  15  ya­
şından  ədəbi  yaradıcılığa  başlamış  M.S.Ordubadi 
«Şərqi-Rus»,  «İrşad»,  «Tazə  həyat»,  «Tərəqqi»,  «İt­
tifaq»  qəzetlərində  şeir  və  məqalələr  dərc  etdirir.
«Molla  Nəsrəddin»  jurnalı  ilə  daima  əməkdaşlıq 
edir.
M.S.Ordubadi  yazdığı  dördcildlik  «Dumanlı  Təb­
riz»,  «Döyüşən  illər»,  «Gizli  Bakı»,  «Qılınc  və  qə­
ləm»  əsərləri  ilə  Azərbaycan  ədəbiyyatında  tarixi  ro­
man  janrının  təməlini  qoymuşdu.
«Qılınc  və  qələm»  romanında  Ordubadi  böyük  şa­
ir  Nizami  Gəncəvinin  bədii  surətini  yaratmışdı.
M.S.Ordubadinin  şeirlərinə  Azərbaycan  bəstəkarla­
rı,  xüsusilə  Səid  Rüstəmov,  Fikrət  Əmirov  mahnı  və 
romanlar  yazmışlar.  Bu  böyük  yazıçı  və  şairin  adını
139


Əbülfəz  Bərəkət  (Qasımov)
əbədiləşdirmək  üçün  Bakıda  və  Ordubadda  ev  m u ­
zeyi  yaradılmışdır.  Naxçıvanda  M.S.Ordubadinin  b ü s­
tü  qoyulmuş,  küçə  və  kitabxanalara  onun  adı  veril­
mişdir  (bax:  Azərbaycan  Ensiklopediyası,  cild  V II, 
səh.  369).
Ən  başlıcası  da  budur  ki,  o,  öz  dahiyanə  romanları 
ilə  milyonlarla  oxucuların  qəlbində  yaşayır.
140
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
NAXÇIVAN  DİYARININ  GENERALLARI, 
ADMİRALLARI,  MÜHARİBƏ,
MİLLİ  VƏ  ƏMƏK  QƏHRƏMANLARI
Generallar,  admirallar,  hərbi  xadimlər  və  milli  qəh­
rəmanlar  ölkənin  qüvvət  və  qüdrətinin  rəhnidir,  onu 
hər  cür  təcavüzkardan,  gözlənilməz  hücumlardan  qo­
ruyub,  müdafiə  etmək  üçün  sarsılmaz  dayaqdır.  Mü­
haribə  zamanı  orduya,  xalqa  qələbə  yolu,  nicat  yolu 
göstərən  qibləgahdır.  Ölkənin  hərbi  siyasətini  müəy­
yən  edən  dühadır.  Bu  baxımdan  Naxçıvan  diyarı  xoş­
bəxtdir,  zəngindir,  əvəzsiz  bir  məkandır.  Bu  diyar, 
sözün  həqiqi  mənasında,  dünya  şöhrətli  hərbi  sərkər­
dələr  vətənidir.
Naxçıvan  diyarında  dünyaya  göz  açmış,  misilsiz  şöh­
rət  qazanmış  hərbi  sərkərdələrin  sayı-hesabı  yoxdur. 
Bizim  tədqiq  etdiyimiz  belə  görkəmli  şəxsiyyətlərin 
bir  neçəsi  barədə  yığcam  söz  deyə  bilməyimizdən 
məmnunluq  duyuruq.  Qoy,  qədim  diyarımızın  hərbi 
sərkərdələrinin  həyatı  gənc  nəslimiz  üçün  örnək  ol­
sun.  Qoy,  bütün  gənclərimiz  Vətəni,  torpağı,  xalqımı­
zı  onlar  kimi  qəlbən  sevsinlər.
General-mayor Əliyev  Heydər Əlirza  oğlu,  general- 
mayor  Ehsan  Kalbalı  Xan  oğlu  Naxçıvanski,  general- 
leytenant  İsmayıl  Xan  Ehsanxan  oğlu  Naxçıvanski, 
general-leytenant  Hüseyn  Xan  Kalbalı  Xan  oğlu  Nax- 
çıvanski,  general  Cəmşid  Cəfərqulu  oğlu  Naxçıvan-
141


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə